Sağlamlıq
Baş travmatoloq 40 yaşdan sonra bu idman növlərini məsləhət görür
İdman növü seçərkən müayinədən keçmək və idmana mane olan bir xəstəlik olub-olmadığını yoxlamaq vacibdir.
Bunu Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov deyib.
Mütəxəssis qeyd edib ki, olduğumuz yaş idman edə bilmək və idmandan faydalanmaq üçün çox vacibdir. Yaşımıza uyğun idmanla məşğul olmadığımız təqdirdə, idman zədələrinə məruzqalma və sağlamlıq baxımından narahatolma riskimiz çox yüksəkdir. Mühüm bir qayda təkcə idmanla məşğul olmaq deyil, bunu düzgün etməkdir. İdman edərkən nəzərə alınması lazım olan amilləri bilsək, idmanın faydasını fiziki və zehni olaraq daha çox hiss edə bilərik:
"Gənclər idmana daha çox forma almaq üçün müraciət edirlər. Əsas da fitness zalları, "bodybulding" məşqləri gənclərin ən çox müraciət etdikləri sahədir. Bəzən idman zallarında yetkinlik yaşına çatmayan uşaqlar görürük. Bu, doğru deyil. Boy zonaları var, qığırdaq zonaları böyüyür və onlara vətərlər, tendonlar birləşir. Bu səbəbdən yeniyetməni yükləmək doğru deyil. Məsləhətim əzələ və sümük inkişafını tamamlayana qədər ağırlıqsız, kardio məşqlərin seçilməsidir. 40 yaşdan sonra ümumiyyətlə sosial mühitlərdə ediləcək üzgüçülük, tennis, golf, velosiped sürmə, qaçış, gəzinti kimi idman növləri seçilməlidir. İnsan orqanizmi yaşlandıqca maddələr mübadiləsi zəifləyir, yanaşı sağlamlıq problemləri artır və eyni zamanda, sümüklərdə elastiklik azalır. Bu da öz növbəsində diqqət edilməzsə, ciddi zədələrə gətirib çıxara bilir. Məhz bunun səbəbidir ki, professional idman sahələrində də idmançıların fəaliyyətləri çox zaman 40 yaşına belə çatmır".
İ.Qasımov deyib ki, idman zədələnmələrinin meydana gəlməsinə səbəb olan amillər iki başlıq altında qruplaşdırıla bilər: "Bunlar endogen (fərdi) və ekzogen (ətraf mühit) amillərdir. Şəxsi faktorlar: Fiziki çatışmazlıqlar (əzələ zəifliyi, oynaqların məhdudlaşması, qeyri-kafi elastiklik), yorğunluq və həddindən artıq yüklənmə, anatomik problemlər, psixoloji amillər (risk qəbulu, həddindən artıq istək), əvvəllər müalicə olunmamış zədələr, əzələ sərtliyi, yaş, cinsiyyət. Ətraf mühit faktorları: yanlış idman texnikası, qeyri-kafi məşq, pis materiallardan istifadə, ətraf mühit (hava şəraiti), torpaq, qaydalara tabe olmamaq".
Baş travmatoloq idman zədələrinin qarşısının alınması üçün ümumi qaydalardan da danışıb: "Hər şeydən əvvəl, ediləcək ilk şey idmançıların nizamlı/periodik sağlamlıq müayinələridir. Bu zaman əksikliklər müəyyən edilir və həkimin tövsiyəsi çərçivəsində həmin çatışmazlıqları aradan qaldırmaq üçün lazımi tədbirlər alınır. Bu nöqtədə təyin olunan çatışmazlıqlar həm fizioloji parametrlər, həm fiziki hazırlıq, həm də birbaşa sağlamlıqla əlaqəli çatışmazlıqlardır.
İdman zədələnmələrinin meydana gəlməsində ən vacib amillərdən biri isinmə hərəkətlərinin edilməməsidir. Bu səbəbdən isinmə hərəkətləri və xüsusilə də uzanan məşqlərə böyük əhəmiyyət verilməlidir. Burada fiziki fəaliyyətdən sonra əzələnin soyuması da vacibdir. Hər bir fəaliyyətdən sonra mütləq əzələyə dincəlmə zamanı verilməlidir. Bu həm əzələ yorğunluğunun qarşısını alacaq, həm də düzgün inkişafa səbəb olacaq.
İdman zamanı meydana gələn tullantı məhsullarının (süd turşusu və s.) yığılması və enerji ehtiyatlarının zəifləməsi ilə ortaya çıxan bir vəziyyətdir. Yorğunluğa səbəb olan əsas amil məşqin müddəti və intensivliyidir. Məşqlər bədənə uyğun aktivlikdə seçilməlidir. Ən önəmlisi də bədəni susuzlaşdırmadan, əzələlərə düzgün istirahət zamanı verməkdir. İdman bədəni yormadan həftənin ən azı 3 günü edilməlidir. Əks təqdirdə, əzələlər hazır olmadığı üçün idman zədələri və hətta ürək problemləri ola bilər. Əzələ inkişafı zaman tələb edən prosedurdur. Əlbəttə bu müddətdə doğru qidalanmaq çox önəmlidir. Tövsiyəm səbrli olmaq və bədəni yükləmədən məşq etməkdir".
O bildirib ki, idman seçərkən sağlamlıq müayinəsindən keçmək və idmana mane olan bir xəstəlik olub-olmadığını yoxlamaq vacibdir: "Hər kəs istədiyi idman sahəsi ilə maraqlana bilməz. İdman edərkən nəzərə alınacaq şərtlər; yaş, bədən quruluşu və sağlamlıq problemlərimizin idman növünə uyğunluğudur. Həmçinin, bir neçə məsləhət: - İdmanla məşğul olsanız, siqaret çəkməyin. Siqaret çəkmək tənəffüs sisteminə və ürəyə mənfi təsir göstərir, əzələlərin və əzələ tendonlarının dözümlülüyünü məhv edir, inanılmaz dərəcədə ağrılı qırılmalara səbəb olur.
Düzgün ayaqqabı və paltar seçmək vacibdir, əsas da ağırlıq qaldırılma zamanı. Bilirik ki, ayaq üstə oturan sağlam ayaqqabılar sümük böyüməsinin və sinir sıxılmasının qarşısını alır. Paltar seçərkən pambıq olduğundan əmin olun. İdmandan sonra tərləyərkən paltarın tər qəbul etməməsi ifliclə də nəticələnə bilər. Etdiyiniz idman növünə görə başlıq, qoruyucu diz yastıqları və dirsək yastıqları kimi materiallardan istifadə edin. Məsələn, velosiped sürərkən. Açıq yerlərdə idman edərkən həmişə günəş eynəyi və şapka istifadə edin, həmçinin idmanla məşğul olacağınız saatları havanın istiliyinə uyğun tənzimləyin".
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO