Sağlamlıq
Peyvənd çatışmazlığı uşaqları bu xəstəliklərə məruz qoyur
Keçən il koronavirus səbəbilə təsirə məruz qalan uşaq peyvəndləri yetkinlik yaşına çatmayanlarda müxtəlif xəstəliklərin yayılmasına səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) birgə bəyanatında bildirilib.
“Ölkələr COVID-19 peyvəndləri ilə mübarizə apararkən digər peyvəndlərdən geri qalırıq, uşaqları qızılca, poliomielit və ya meningit kimi riskli, lakin qarşısı alına bilən xəstəliklərə məruz qoyuruq. Çoxsaylı epidemiyalar cəmiyyətlər və sağlamlıq sistemləri üçün fəlakətli olacaq. Bütün səhiyyə sistemləri COVID-19-la mübarizə aparır. Bu səbəbdən uşaq peyvəndlərinə sərmayə qoymaq və hər uşağın vaksinlənməsini təmin etmək hər zamankından daha vacibdir”, - ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib.
Təşkilat bu səbəbdən Pakistanda qızılca epidemiyasının artıq başladığını açıqlayıb. Eyni zamanda hazırda Hindistan, Pakistan, İndoneziya, Filippin, Meksika, Anqola, Tanzaniya, Mozambik, Argentina, Venesuela və Mali difteriya, tetanus və göy öskürək peyvəndlərindən korluq çəkir.
Qeyd olunub ki, 2020-ci ildə pandemiya səbəbilə 23 milyon uşağın rutin immunlaşdırma və tam vaksinasiya prosesi həyata keçirilməyib. Eyni zamanda il ərzində təxminən 17 milyon uşaq bir dənə də olsun peyvənd almayıb. Vaksinlərin dayandırılmasından ən çox Cənub-Şərqi Asiya və Şərqi Aralıq dənizi bölgələri əziyyət çəkib. Uşaqların qeyri-rəsmi mühitdə və ya gecəqondularda yaşadığı ölkələrdə vəziyyət daha pisdir.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





















.jpg)















.jpg)
.jpg)
