Sağlamlıq
ÜST-dən “buster” doza ilə bağlı TÖVSİYƏLƏR
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) payız fəsli üçün “buster” doza ilə bağlı tövsiyələr verib.
ÜST-ün Azərbaycan Nümayəndəliyindən Publika.az-a verilən məlumata görə, COVID-19 vaksinasiyası ilə bağlı cari vəziyyət qurumun Avropa regionunda xəstəliyin mövcud və proqnozlaşdırılan epidemiologiyası və "Omikron" ştamına qarşı peyvəndin effektivliyinə dair sübutlara əsaslanaraq, İmmunlaşdırma üzrə Avropa Texniki Məsləhət Qrupu (ETAGE) üzv dövlətlərə yerli vaksinasiya strategiyasına uyğun olaraq müvafiq qrupların COVID-19 peyvəndinin ilkin 2 dozası və 1-ci “buster” dozasının qəbul edilməsi ilə bağlı səyləri gücləndirməyi tövsiyə edir.
Qeyd olunub ki, əlavə qorunmanı təmin etmək, ağır xəstələnmə, xəstəxanaya yerləşdirmə və COVID-19-dan ölüm riskini minimuma endirmək və səhiyyə xidmətlərinin davamlılığını maksimum dərəcədə artırmaq üçün ölkələr bu addımları atmalıdır.
5 yaşdan yuxarı orta və ağır immunçatışmazlığı olan şəxslərə və onların yaxın təmaslarına ikinci “buster” dozanın tətbiq edilməsi, yaşlılar, tibb işçiləri və hamilə qadınlar da daxil olmaqla, xüsusi risk qruplarına ikinci “buster” dozanın tətbiq edilməsi, mümkün olan hallarda COVID-19 və mövsümi qripə qarşı peyvəndlərin birgə tətbiqinin nəzərdən keçirilməsi tövsiyələr arasında yer alıb.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi COVID-19 vaksinasiyasına dair ən son tövsiyələri yerli səhiyyə tərəfdaşları ilə bölüşüb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





















.jpg)















.jpg)
.jpg)
