Səhiyyə
Aclıq beynin fəaliyyətini yaxşılaşdırır - Maraqlı ARAŞDIRMA
Bu barәdә Amerikalı ekspertlәr bildirir. ABŞ-ın Milli Qocalma Problemləri İnstitutunun mütəxəssisləri bu sahədə tədqiqat aparıblar. Məlum olub ki, müəyyən məhsulları yeməkdən imtina etməklə, baş beynin fəaliyyətini xeyli yaxşılaşdırmaq olar.
Publika.az xarici mətbuata istinadla xəbər verir ki, bu məqsədlə laboratoriya siçanları üzərində sınaqlar aparılıb. Gəmiricilərin bir hissəsinə müəyyən vaxtlarda bir gün yemək verilməyib, qalan hissəsi normal qidalanıb. Müəyyən edilib ki, müəyyən günlərdə ac qalan gəmiricilərin beyin hüceyrələri normal yeyən siçanlarla müqayisədə xeyli sürətlə inkişaf edir. Alimlərin fikrincə, tədqiqatın nəticələrini cəsarətlə insana da şamil etmək olar.
Onlar hesab edirlər ki, belə xüsusiyyət təkamül prosesi ilə bağlı ola bilər. İnsanın əcdadları təbiətdə bəzən aclıqla üzləşməli olublar. Odur ki, yemək tapan insanın orqanizmi beynin inkişafını tezləşdirmək üçün bəsləyici resursları dərhal mənimsəməyə çalışıb. Bu proses beynin neyrotrofik faktoru ilə bağlı ola bilər. Zülal öyrənmə və yaddasaxlama qabiliyyətinə təsir göstərir. Bu da neyron və sinapsların inkişafını stimullaşdırır. İnsan qocalanda, bu göstəricinin səviyyəsi düşür. Nəticədə koqnitiv xüsusiyyətlər pozulur. Aclıq isə zülalın konsentrasiyasını artırır.
-
Avropa05:15Ukrayna ilə bağlı qorxulu proqnoz
-
Dünya04:44Suyun altında dava düşdü - VİDEO
-
İdman02:12Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" isə...
-
Magazin201:11Məşhur müğənninin model sevgilisi dərin dekolteli libasda - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qazanc fürsətləri qarşınıza çıxa bilər
-
Avropa5 Noyabr 23:12NATO qoşunları Latviyada inəklərə zərbələr endirdi
-
Avropa5 Noyabr 22:48Meqan Marklın ögey qardaşının başı dərddə - Yetkinlik yaşına çatmayan qızlar...
-
Sosial5 Noyabr 22:36Köçkün qadınlarla evlənən kişilərə yeni hüquq verildi




















.jpg)














.jpg)

