“Azəriqaz”ın rəhbərliyi Naxçıvanda vətəndaşları qəbul edəcək
Bizi izləyin

Sosial

“Azəriqaz”ın rəhbərliyi Naxçıvanda vətəndaşları qəbul edəcək

“Azəriqaz”ın rəhbərliyi Naxçıvanda vətəndaşları qəbul edəcək

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu noyabrın 20-də saat 11:00-da Naxçıvan şəhərində (Heydər Əliyev prospekti, 66, Naxçıvan Şəhər İcra Hakimiyyətinin binası) keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Görüşdə Naxçıvan şəhərinin, Babək, Şərur, Culfa, Kəngərli, Sədərək, Şahbuz və Ordubad rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Naxçıvan Regional Qaz İstismarı İdarəsinə (tel.: 036-545-06-91, 050-845-66-06) müraciət edə bilərlər.

Medial

Oxumağa davam et
Reklam
Reklam

Gündəm