Sosial
“Veysəloğlu Distribusiya”nın layihəsi ilə ucqar dağ kəndlərinin 55 şagirdi ingilis dili öyrənib
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkətinin təşəbbüsü ilə həyata keçirilən “Xoşbəxtlik Çantası” layihəsi çərçivəsində Qrız, Qalaxudat və Əlik kənd məktəblərinin 55 şagirdi üçün 7 ay müddətində onlayn ingilis dili dərsləri təşkil olunub.
Publika.az xəbər verir ki, ucqar dağ kəndlərində təhsil alan uşaqların xarici dil biliklərinin inkişaf etdirilməsinə yönələn proqram şagirdlərin ingilis dilini mənimsəməsi və yeni biliklər qazanması baxımından uğurlu nəticələrlə yadda qalıb.
Tədris müddətinin sonunda şagirdlər səviyyə imtahanlarında iştirak ediblər. Proqramı uğurla başa vuran şagirdlər xüsusi təşkil olunmuş “Məzun Günü” tədbirində sertifikatlarla təltif ediliblər.
Layihənin əsas məqsədi ucqar yaşayış məntəqələrində təhsil alan uşaqların keyfiyyətli təhsil imkanlarına çıxışını genişləndirmək, onların bilik və bacarıqlarının inkişafına dəstək olmaqdır.
Proqramı uğurla mənimsəyən bütün şagirdləri əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edir, onlara təhsil həyatlarında yeni uğurlar arzulayırıq.
Qeyd edək ki, təhsilin inkişafına dəstək Veysəloğlu Şirkətlər Qrupunun korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir.
Daha ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz:
https://www.instagram.com/reel/DfmXhx4InAA/?jplx=MTRlMGN5enhqbm44cw==
-
Tarix10:06Səhranın 125 min il əvvəlki halı: Nəhəng gölün izləri tapıldı - FOTO
-
Dünya09:35Tramp Cənubi Çin dənizindəki gərginlik haqda: Bununla məşğul olacaqlar
-
Maraq dünyası09:16Milyarderlər ən çox bu bürclərdən çıxır
-
ABŞ07:47“Nvidia” eks-şefdən yenə imtina etdi
-
ABŞ07:30Edamdan sağ çıxan qadın həbsxana rəhbərliyindən görün nə istədi
-
Magazin206:1620 il sonra üzə çıxan dəb incisi: Elza Hosk böyük həsrətə son qoydu - FOTO
-
Yaxın Şərq05:15Müxalifət nümayəndəsi İsrail Knessetinin yeni spikeri oldu
-
İKT04:14"Apple" xidmətlərində nasazlıq bu səbəbdən yaranıb






































