Cənubi Qafqaz
Qarabağın azad edilməsi Ermənistanda enerji böhranı yaratdı
İşğal altındakı ərazilərin azad edilməsi ilə Ermənistan elektrik böhranı ilə də üzləşib.
Publika.az xəbər verir ki, işğal dövründə Qarabağda 30 Su Elektrik Stansiyası inşa edilib və istehsal olunan enerjinin böyük hissəsi Ermənistanın təminatına yönləndirilib.
İndi Ermənistan Azərbaycan torpaqlarından mənimsədiyi elektrik nerjisindən də məhrum oldu.
Erməni ekoloq-mühəndis Ayk Akarmazyan deyir ki, bu itki Ermənistanda elektrik enerjisinin qiymətlərinə ciddi təsir edəcək.
“Misal üçün, indiyə qədər parniklər elektrik enerjisi ilə isidilirdisə, indi yanacaqla isidiləcək və bu bahadır. Bu bahalıq məhsulların da qiymətinin artmasına təsir edəcək. Digər tərəfdən, Ermənistan yaranmış ehtiyacı ödəmək üçün elektrik enerjisi istehlakçılara daha baha qiymətə satacaq ki, əlavə enerji əldə etməyə maliyyə olsun. Beləliklə, bizi daha ağır günlər gözləyir”, - erməni ekoloq bildirib.
Qeyd edək ki, Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərdə 36 SES inşa etmişdi. Bunun 30-u faktiki olaraq Ordumuzun nəzarət etdiyi ərazilərdə, 6-sı isə sülhməramlıların olduğu bölgədədir.
Asif
-
Dünya01:11Günəşdə güclü alışma baş verdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qarşı tərəfə dəyər vermək arasındakı qızıl balansı tapın
-
Kriminal17 Noyabr 23:48Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin FOTOLARI
-
İdman17 Noyabr 23:24“Mançester Yunayted” almaniyalı futbolçuya "göz qoydu"
-
Magazin217 Noyabr 21:48Məşhur model irinli yara ilə realiti şouda iştirak etdi - “Yorğanın altına girib ağrıdan ağlayırdım”
-
Avto17 Noyabr 20:36Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
İdman17 Noyabr 20:12Millimizdən möhtəşəm qələbə
-
Kriminal17 Noyabr 19:4823 yaşlı qadın qətlə yetirildi - Ögey qardaşı saxlanıldı





































.jpg)