Cənubi Qafqaz
Paşinyan deyir ki, çəkiclə başlarını əzəcəm... - Ohanesyan
Ermənistanda yeni bir ideya ilə ortaya çıxanlar var. İrəvan indi də yeni komissiya yaratmaq niyyətindədir. Guya bu dövlət komissiyası 44 günlük müharibədəki məglubiyyəti və minlərlə hərbçi itkisində günahkar olanları araşdıracaq.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın “Pressinq” verlişinin efirində Almaniyada universitetdə çalışan dosent, hüquqşünas Qor Ohanesyan deyib.
“Belə bir komissiya bir neçə il əvvəl də yaratmışdıq. Aprel döyüşlərini incələyirdi. Axırı nə oldu? Ermənistanın öz içində müharibə başladı. İrəvan dünya ictimaiyyəti qarşısında biabır oldu, müttəfiqləri ilə üz-üzə gəldi. İndi də belə olacaq. Biz öz içimizdə düşmən axtara-axtara bütün güclü fiqurlarımızı yox edəcəyik. Bu komissiya daha çox müxalifət ilə mübarizə sxeminə oxşayacaq. Mən 12 ildir Almaniyada yaşayıram. Burada belə bir şey heç vaxt baş verə bilməz. Çünki burada dövlət xadimləri ağıllarına gələni danışa bilməz. Xalq onları siyasətdən yox edər. Ermənistanda isə Paşinyan açıq-aydın deyir ki, mən çəkic ilə müxalifət liderlərinin başlarını əzəcəm, amma xalq ona səs verir”, - deyə o qeyd edib.
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...




































