Fransız maniküründə yeni tendensiya - Fotolar
Bizi izləyin

Tabloid.az

Fransız maniküründə yeni tendensiya - Fotolar

Fransız maniküründə yeni tendensiya - Fotolar

Manikür salonlarında sıxılırsınız, ya da vaxt qıtlığı sizi gözəllik salonlarına getməyə icazə vermirsə, manikürünüzü evdə özünüz etməyi təklif edirik. Dırnaqları manikür etmək əslində düşündüyünüz qədər çətin deyil. Televizor qarşısında, ya da musiqi dinləyən zaman 20-30 dəqiqə ərzində mükəmməl manikür edə bilərsiniz.

Əvvəlcə dırnaq diblərinə yumşaldıcı krem sürtün. İsti suya bir neçə damcı şampun və yarım limonun suyunu əlavə etdikdən sonra əllərinizi 2-3 dəqiqə bu suda saxlayın.

Daha sonra dırnaq diblərindəki ətləri kəsin. Səthdə qalan ölü toxumanı xüsusi manikür aləti vasitəsi ilə atın. Dırnaqları və əlləri kremlə masaj edin. Əvvəlcə dırnaq qoruyucusu sonra da lak sürtərək manikürünüzü tamamlayın.

Dırnaqlarınızı yonduqdan sonra eyni uzunluqda olduqlarından əmin olmaq üçün hər bir dırnağınızı digər əlinizlə müqayisə edin.

Lak şüşəsini silkələməyin. Bunun yerinə şüşəni iki ovucunuzun arasında fırladın. Bu, şüşənin içində hava qabarcıqları meydana gəlmədən lakın qarışmasını təmin edəcək.

Dırnaqlarınıza lak sürtməzdən əvvəl bir pambığı asetonla isladıb dırnaqlara sürtün. Bu üsul lakın dırnaqlardan gec getməsini təmin edir. Həm də dırnaqlarda olan yağ və çirk təbəqəsini təmizləyir.

Dırnaqlarınıza lak çəkən zaman lak fırçasını baş və orta barmağınızla, fırçanın üst qısmini isə işarə barmağınızla tutun.

Ən yaxşı nəticə üçün lakı incə təbəqə çəkin. İncə bir astar təbəqəsiylə başlayın. Daha sonra lakı dırnağınızın ortasından başlayaraq əvvəl sağ, son sol tərəfinə sürtün. İlk qat quruduqdan sonra eyni sıranı izləyərək son qatı da çəkin.

Manikürünüz tamamlandıqdan sonra dırnaqların ətrafına yayılmış lakı asetona batırdığınız qulaq çubuğuyla təmizləyin. Lakınızın daha sürətli quruması üçün saç qurudan fenin soyuq dərəcəsini bir neçə saniyə dırnaqlarınıza tutun.

Klassik üslubun özünəməxsus və ən dəbli manikür növlərindən biri fransız manikürü olub və bu indi də belədir. Kifayət qədər rahat çəkilir, dırnaqlara gözəl və baxımlı görünüş verir, istənilən üslubda geyimlə əla şəkildə uyğunlaşdırıla bilir. Tabloid.az xəbər verir ki, bu mövsüm fransız manikürü çox dəbdədir. Lakin klassik fransız maniküründən bir xeyli fərqlənir. Fransız manikür dəbinə aid bir neçə nümunə toplamışıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm