Tabloid.az
“Onsuz da sinəmi hamı görüb” – Fotolar
Yenicə ana olan cazibədar ulduz Skarlet Yohanson “W Magazin” jurnalının mart sayı üçün fotokamera qarşısına keçib. Türkiyəli məşhur fotoqraf Mərt Alaşa olduqca cəsur pozalar verən aktrisa açıqlamaları ilə də diqqət çəkməyi bacarıb.
"Onsuz da sinəmi hamı görüb. Gizləyəcək heç nəyim yoxdur. Lazım olsa, elə burdaca soyuna bilərəm”, - deyən aktrisa ana olduqdan sonra özünü daha seksual hiss etdiyini bildirib.
Nişanlısı Romen Doriak ilə gizli şəkildə ailə quran 30 yaşlı aktrisa yeni filmi “Under the Skin”da lüt çəkildiyi səhnələr olduğunu qeyd edib.
Övladını ilk dəfə qucağına alarkən keçirdiyi hisslərdən də danışan gözəl ulduz “Uşağımı qucağıma alanda çox təəccübləndim. Daha öncə də körpə görmüşdüm və mənim övladımın necə görünəcəyini də az-çox təsəvvür edirdim. Amma onu görəndə çox duyğulandım, çünki o gözümə dünyanın ən möhtəşəm körpəsi kimi göründü”, deyərək duyğularını dilə gətirib.
Uşaqlıq illərində ən böyük xəyalının aktrisalıq olduğunu vurğulayan Skarlet kastinqlərdə işinin uğurlu alınmadığını etiraf edib: “Mən özümü yaxşı reklam edə bilmirdim. Kastinqlərə gedəndə rolumu yaxşı canlandırmağı bacarmırdım və evə qayıdarkən həmişə yolda ağlayırdım. Anam başqa bir işlə məşğul olmağımı istəsə də, mən öz xəyalımdan vaz keçmədim”.
Tabloid.az
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq
-
Magazin130 May 22:24Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO
-
İdman30 May 20:36Əfsanə geri dönür?
-
Sosial30 May 20:24Depressiya görün necə müalicə edilir - Tibbdə yenilik

























.jpg)










