Dünyanı idarə edən milyarderlərin içdikləri "and"ın İNANILMAZ SİRRİ: Vladimir Potanin və...
Bizi izləyin

Xüsusi

Dünyanı idarə edən milyarderlərin içdikləri "and"ın İNANILMAZ SİRRİ: Vladimir Potanin və...

2010-ci ildə “Microsoft”un banisi Bill Qeyts, onun arvadı Melinda və maliyyəçi Uorren Baffet milyarderlər arasında səxavət standartlarını müəyyənləşdirən - "Bağışlama Andı" (Giving Pledge) adlı ortaq kampaniyaya start verir. Bu kampaniyanın məqsədi ondan ibarətdir ki, milyarderlər səxavət nümayiş etdirərək sərvətinin yarısından çoxunu xeyriyyə təşkilatlarına verməlidir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, təşkilatın təsisçiləri özləri də radikal çıxışlar edib. Belə ki, Bill Qeyts sərvətinin 95 faizini - 77,3 milyard dollarını, Uorren Baffet isə öz sərvətinin 99 faizini - 66,7 milyard dollarını ianə bağışlayıb. Qeyts və Baffet "Milyarderlər klubu" nun ilk üzvləri ilə şəxsən görüşərək onları da bu qəhrəmanlığı təkrarlamağa dəvət edib.

Maraqlıdır ki, “Bağışlama andı” hüquqi deyil, yalnız mənəvi öhdəlikdir. Xeyriyyəçi şəxs fondların dəstəklədiyi xeyriyyə proqramını seçməkdə sərbəstdir. Böyük pullarla dərhal ayrılmaq zəruri deyil: onları sağlığında vəsiyyət etmək və ya paylamağa başlamaq olar. “Bağışlama andı” heç bir əlavə müqavilələrə tabe olmur. Xeyriyyəçi öz hərəkətinin motivləri izah edən məktub yazır. Bundan sonra onu "Milyarderlər klubun" “givingpledge.org” saytında – dərc edirlər.

Bütün bunların nə qədər nəcib və xeyirxah əməl olmasına baxmayaraq, tənqid edənlər həmişə tapılır. İddia edilir ki, “Bağışlanma Andı” vergi yükünü azaltmaq üçün düşünülmüş kampaniyadır. Yeri gəlmişkən, əksər ölkələrdə xeyriyyə ilə məşğul olan fondlar vergiyə cəlb edilmir.

Daha bir kritik ssenariyə görə, “And” öz brendinin tanınması və statusun artırılması məqsədi güdür.

Digər versiyaya əsasən milyarderlərin xeyriyyə fondu adı altında ayırdıqları milyardlar hansısa gizli təşkilatlara ötürülür.

Hazırda 22 ölkədən 183 nəfər milyarder sərvətinin yarısını “Bağışlama Andı”na verib. Onlardan bir qismi birlikdə mülk sahibi olan cütlüklərdir və hamısı - milyarderlərdir. “Forbes”in məlumatlarına əsasən, dünyada 2043 milyarder olduğunu nəzərə alsaq, qazandıqlarını qaytarmaq istəyənlər elə də çox deyil. Amma onların sayı hər il artır - onunla birlikdə xeyriyyəçiliyə xərclənən ümumi məbləğ də.

2018-ci ilin iyununa olan məlumata görə, ianələrin ümumi məbləği 735,66 milyard dollar təşkil edib.

“Bağışlama Andı” siyahısında iki rus milyarderin adı çəkilir: Vladimir Potanin və Yuri Milner. İkinci 2012-ci ildə Rusiyadan gedib. O, hazırda Kaliforniyada yaşayır və dünyanın ən iri sərmayə şirkətlərinin - “Facebook”, “Twitter”, “Spotify Xiaomi”, “Alibaba”, “Airbnb” və “Whatsapp”ın cəmləndiyi Silisium vadisində çalışır.

Yuri Milner and məktubunda yazıb ki, öz sərvətinin böyük hissəsini elm və təhsil sahəsinə sərmayə qoymağı davam etdirəcək, “Forbes” jurnalının hesablamalarına görə, onun sərvəti 3,7 milyard dollar təşkil edir. Vladimir Potaninanin sərvəti isə 2018-ci ildə 15,9 milyard dollar qiymətləndirilib.

Bəxşiş verənlərin siyahısında İlon Mask, Corc Lukas və Mellodi Hobson, Riçard Coan Brenson, Mark Zukerberq və Prisçilla Çan, ukraynalı maqnat Viktor Pinkçuk, Riçard və Nensi Marriott, həmçinin Devid Rokfeller kimi milyarderlərin adları çəkilir.

Xeyriyyəçilərin əksəriyyəti amerikalılardır. Bu da təəccüblü deyil, axı milyarderlərin çoxu orada yaşayır. İkincisi isə, Bill Qeyts və Uorren Baffetlə şəxsi tanışlıq onların yolu ilə getməyə sövq edir. Onlar təcrübələrini və fikirlərini bölüşmək üçün ildə bir dəfə bir araya gəlirlər.

Bu fonda qoşulmaq üçün hesabınızda 1 milyarddan az vəsait olmamalı və onun yarısını bağışlamağa hazır olmalısınız. Şübhəsiz ki, şərtlərlə hamı razılaşmır. Məsələn, mərhum xeyriyyəçi Robert Uilson “And içmək" istəməyib. O, Qeytsə məktubunda yazıb ki, milyarderlərə ümumiyyətlə, dözə bilmir və öz pullarını sağlığında paylaya bilməz.

“Bağışlama Andı”nın təsisçisi Bill Qeyts, məlum olduğu kimi, uzun illər “Forbes”in tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısına rəhbərlik edib. Uorren Baffet isə siyahının ikincisi idi. Amma bu il “Amazon” sahibi və yaradıcısı Cef Bezos onları keçib. Və o, Qeytsin klubuna hələ də üzv olmağa tələsmir.

Cef Bezosun Amerikada yaşayan qeyri-leqal immiqrant uşaqlarını himayə edən xüsusi “Thedream.Us” layihəsi var. Ştatlarda onları "xülyaçılar" (dreamers) adlandırırlar və onların ölkədə qalmaq hüququ var, yalnız bir şərtlə ki, qanun pozuntularına yol verməyəcəklər. Lakin Trampın hakimiyyətindən sonra belə uşaqların bir hissəsi məhkəmə və istintaq olmadan deportasiya edilib.

Bezos deyir ki, öz fəaliyyətinin nəticələrini tezliklə görmək istəyir. O, kollecdə təhsil almaq üçün "xəyalpərəstlərə" 30000 dollar qrant paylayır. Tənqidçilər hesab edirlər ki, bu, alıcıların “Amazon”u daha çox sevməsi və şirkətin inkişafı üçün istedadlı, ancaq aşağı maaşlı əməkdaşların tapılmasına hesablanmış addımdır.

Milyarder klubunun üzvləri nəyə and içirlər?

Vladimir Potanin:

"Sərvətimin böyük hissəsini xeyriyyə məqsədlərinə vermək qərarına gəldim. İnanıram ki, zənginlər ictimai rifah üçün çalışmalıdır. Əminəm ki, sadəcə çek yazmaqla problemləri həll etmək olmaz. Şəxsi iştirak çox vacibdir. Məqsədim özüm haqqında sadəcə xoş xatirələr saxlamaq deyil, bu, həm də övladlarımı hədsiz sərvət yükündən qorumaq yoludur, hansı ki, onları həyatlarında nəyəsə nail olmaq motivasiyasından məhrum edir...”

Yuri və Yuliya Milner:

"1894-ci ildə German Eynşteyn Münhenə elektrik qurğularının tədarükü üçün müqaviləsini itirir. Onun şirkəti iflasa uğrayır. Nəticədə onun oğlu Albert təhslini başa vurmaq üçün qohumlarının dəstəyinə bel bağlamaq məcburiyyətində qalır. Buradan iqtisadçılar üçün bir sual yaranır? Bu investisiyanın bəşəriyyət üçün faydası nədir?

Bu, çətin cavabdır: Biz bilmirik ki, Eynşteyn təhsil almadan hər hansı fizik ola, yaxud hansısa digər dahi dünyaya onun nəzəriyyəsini aça bilərdimi? Və daha da əhəmiyyətlisi, Eynşteynin nəzəriyyələrinin bütün nəticələrini hələ də bilmirik... Sadəcə kainatı kəşf etməyə başlayırıq... İnsanlıq macərası hələ başlamış deyil. Mən “Bağışlama Andı”na ona görə qoşuldum ki, aparıcı mütəfəkkirlərimizə və bizim birgə gələcəyimizə sərmayə yatırım”.

Riçard və Con Brenson:

"Xoşbəxtlikdən, həyatda dərk edə bilmişəm ki, maddi şeylərin böyük əhəmiyyəti yoxdur. Biz Coan ilə qayıqda yaşayırdıq, bir dəfə o batdı. Başa düşdük ki, ailə fotoalbomlarından başqa heç nə itirməmişik. Sonra Londonda evimiz yandı, yanğın hər şeyi məhv etmişdi. 2011-ci ildə Britaniyada Virgin adalarında evimizə ildırım düşmüşdü. Malikəmiz yanaraq kül olmuşdu (2017-ci ilin sentyabrında isə "İrma" qasırğası milyarderin sadəcə evini deyil, həm də bütün adasını məhv edib. Brenson ailəsi beton şərabxanasında təbii fəlakətdən möcüzə nəticəsində xilas olub).

Biz sağ qaldığımız üçün elə xoşbəxt idik ki, bu fonda hətta fotoalbomlar və noutbukların itkisinin artıq bizim üçün heç bir dəyəri yox idi.

Maddi şeylər həqiqətən də xoşbəxtlik gətirmir. Sağlamlıq, ailə və dostlar əslində hər şeydən vacibdir. Xoşbəxtlikdən, əsas varislərimiz olacaq uşaqlar bu barədə bizimlə razıdır. Pulumuzun çox hissəsi sağlam, ədalətli və gələcək nəsillər üçün dinc bir dünya yaradan layihələrə yatırılacaq”.

Mark və Prisçilla Zukerberq:

"Həyatımızda çoxlu imkanlarımız olub. Bəxtimiz gətirib ki, bizə yaxşı təhsil verən sağlam ailədə böyümüşük. Və hesab edirik ki, bəxti gətirənlər həyatı ərzində ən azı öz sərvətlərinin yarısını qaytarmalıdır. Dünyanın tələbatı böyükdür. Biz qərara gəldik ki, öz həyatımızı elə yaşayaq ki, gələcək nəsillər mümkün qədər çox imkanlara malik olsun".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm