Xüsusi
"Heç bir ölkə tarixində nəqliyyat sektorunda 10 il sabit qiymət mövcud olmayıb" - Hikmət Babaoğlu
"Azərbaycan digər ölkələrdən fərqli olaraq uzun illərdir daima sərnişindaşıma sektoruna güzəştli şərtlər tətbiq edərək vətəndaşların xidmətinə buraxıb. Əgər bu gün nəqliyyat sektorunda hansısa məslələrin, yükdaşımaların yaxud sərnişindaşımaların qiymətində dəyişiklik edilibsə bu o deməkdir ki, milli iqtisadiyyatın tənzimlənməsi üçün bu zəruridir".
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatı bu və ya digər formada qlobal iqtisadi proselərlə uzlaşmalıdır:
"Milli iqtisadiyyatımız hazırki beynəlxalq iqtisadi münasibətlərlə uzlaşmalıdır. Azərbaycan iqtisadiyyatı da hazırki inkişaf mərhələsində qlobal iqtisadiyyatla sıx təmasda olduğu üçün onun idarəsi olduqca effektivlik tələb edir. Götürək nəqliyyat sektorunda edilən son dəyişiklikləri. Yükdaşımaların yaxud sərnişindaşımaların iqtisadi tənzimlənməsi həm də həmin sektorun logistikasının idxalı ilə bağlı xərclərə də təsir edir. Yəni bu gün metro paytaxt üçün sərnişindaşıma sektorunda ən mühüm vasitələrdən biridir. Metronun mühüm vasitə kimi saxlanması, yaxud hətta onun daha da inkişaf etməsi üçün, yeni xətlərin tikilməsi, inkişafı üçün mütləq xaricdən yeni avadanlıqlar alınmalıdır. Yeni texnalogiyalar əldə etmək üçün isə bu kimi zəruri addımlar atılmalıdır. Belə olduqda qlobal bazarda olan iqtisadi şərtlər mütləq şəkildə milli sektora da təsirsiz ötüşmür. Ona görə də qiymətlərin tənzimlənməsi şərtləri yaranır. Hazırda da belə bir vəziyytlə üzləşmişik və problemin daha böhranlı vəziyyətə çatmaması üçün müdaxiləyə ehtiac yaranıb. Tarid Şurası isə yaranmış vəziyyətə uyğun olaraq bu qərara gəlib".
Millət vəkili onu da əlavə edib ki, yeni qiymətlərə baxdıqda belə MDB məkanında nəqliyyat sektorunda ən ucuz qiymətlər Azərbaycandadır :
"Azərbaycan dövləti daima sərnişindaşıma sektoruna güzəştli şərtlər tətbiq edib. Hətta son qiymət artımından sonra da postsovet məkanında ən aşağı sərnişindaşıma qiymətləri bizdədir. Əgər biz Şərqi Avropa və digər ölkələrlə müqayisə etsək, daha böyük fərqlərlə qarşılaşacayıq. Ona görə də bu cür tənzimləmələri iqtisadi zərurət kimi qəbul etmək lazımdır. Dünyanın heç bir, heç bir sektorda 10 il sabit sistem qalmır. Amma Azərbaycanda 10 ilə yaxındır ki nəqliyyat sektorunda qiymət artımı müşahidə edilmir. Ona görə də çevik iqtisadi tənzimləmələri qlobal iqtisadi sistemin zəruri şərtlərindən biri kimi qəbul etməyə çalışmalıyıq".
Xatırladaq ki, iyul ayının 30-da Tarif Şurası metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edib.
Könül
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR
-
Yaxın Şərq4 Oktyabr 23:24“Flydubai” pilotunun şok planı üzə çıxdı
-
Magazin24 Oktyabr 23:12“Yaprak Dökümü”nün “Hayriye”sinin son halı görənləri təəccübləndirdi - FOTO
-
Hadisə4 Oktyabr 22:48Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Magazin14 Oktyabr 21:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region4 Oktyabr 21:12İranın neft naziri istefa verdi
-
Qoroskop4 Oktyabr 20:48Oktyabrın ən şanslı bürcü


































.jpg)
