Xüsusi
Stalindən qaçan ailənin Tarzan oğlu: Dünya belə insan görməyib - FOTOLAR
Çağdaş dünyanın ən əsrarəngiz insanlarından biri bu günlərdə Avstraliyada dünyasını dəyişdi. Mixail Fomenko adlı bu şəxs rus Tarzan olaraq tarixə düşdü. Gürcü knyazının oğlu, nüfuzlu idmançı kimi tanınan Mixail sonunda bu cəmiyyətdə layiqli yerini tapmayıb, vəhşi təbiətə üz tutdu.
Publika.az nakam Tarzanın həyatından bəhs edən yazını təqdim edir.
Avstraliyanın Kvinslend ştatında onu hər kəs tanıyırdı. Cüssəli vücudunun sadəcə qurşaqdan aşağı hissəsini adi parça ilə örtən Tarzan bəzən meşədən çıxıb, insanların gözünə görünürdü. 1960-cı ildə yazdığı məktubunda:”Mən sizin sivilizasiya adlandırdığınız bu üfunətdən üz çevirmişəm. Öz həyatımı yaşamaq istəyirəm, yoxsa natamam qalacam”deyirdi. Vəhşi təbiəti isə sülh və ədalətin bərqərar olduğu şəxsi cənnəti adlandırırdı.
Mixail Fomenko 1930-cu ildə SSRİ-də gürcü knyazının qızı Yelizaveta Maçabelinin ailəsində doğulmuşdu. Mixailin atası Danila Fomenko isə kazak əsilli ədəbiyyat müəllimi idi. Ailə Rusiyada yaşayırdı. 1932-ci ildə ölkədə tüğyan edən narahatlıq Famenkoları təşvişə salır və Şərqə qaçmağa qərar verirlər. Ailənin bütün qiymətli daş-qaşlarını da balaca qızların İnessanın oyuncağının içərisində gizlədirlər. Yolda çinli quldurlarla tanış olurlar. Quldurlar Famenko ailəsini Çinə keçirməyə söz versələr də, meşənin ortasında qoyurlar. Famenko ailəsi möcüzə nəticəsində sağ qalıb, Çinə, oradan da Yaponiyaya köçməyə müvəffəq olurlar. İkinci Dünya Müharibəsi başlayanda isə Avstraliyaya qaçırlar.
Mixailin özündən kiçik bacısı İnessa onun tam əksi idi. Qardaşı nə qədər özünə qapalı, davakar idisə, İnessa o qədər ünsiyyətçil və bilikli idi.
Mixail çox vaxt təklikdə idmanla məşğul olur, insanlardan uzaq durmağa çalışırdı. Elə bu müddətdə atası ona Homerin “Odisseya” əsərini oxumağı tapşırır. Ədəbiyyatçı Daniila bu kitabı oğluna verərkən, onun həyat yolunu çızdiyindən hələ xəbərsiz idi.

İllər keçirdi, Mixailin idman sahəsindəki uğurları günbəgün artırdı. Hətta onu Avstraliyanın yüngül atletika üzrə komandasına da dəvət edirlər. Təklifləri dəyərləndirdiyi müddətdə Kvinslend şəhərinə gəlir. Buradakı meşələri gəzib, vəhşi təbiətə vurulur, uğurlu karyerasını da yarıda qoyub, meşəyə üz tutur. Müxtəlif xəstəliklərə yaxalansa da, aclıqdan huşunu itirib, günlərlə həkim nəzarətində qalsa da, yenə təbiətə qaçmağın bir yolunu tapırdı.
Hətta bir müddət toxunulmamış torpaqlarda yerli qəbilələrlə birgə yaşayır. Mütəmadi olaraq Avstraliya mediasında rus Tarzan barədə məqalələr dərc olunur, əfsanələr yayılırdı. İnsanlar onun bıçaqla timsah, yalın əl ilə akula ödürdüyünü iddia edirdilər.
Famenkonun anası oğlundan çox nigaran idi. 1964-cü ildə çarəsiz ana polis bölməsinə gedib, oğlunu tapıb, geri qaytarmaqları üçün yalvarır. 3 gündən sonra Tarzan tapılır, haqqında cinayət işi açılır. Məhkəmədə özbaşınalıqda günahkar bilinən Mixaili əslində həbs cəzası gözləyirdi. Anasının xahişi ilə psixiatrik dispanserə yoxlanışa göndərilir. Uzun müddət müalicə alan Tarzanı cəmiyyətə döndərmək mükün olmur. Əksinə, insanlara daha çox nifrət etməyə başlayır.
Tarzanla müsahibə üçün aylarla meşəni qarış-qarış gəzən jurnalistlər vardı. 1985-ci ildə Frenk Robson adlı jurnalist onunla söhbətləşməyə nail olur. Sabiq idmançı Mixail etiraf edir ki, Sidney üçün darıxır. Amma indi həyatı daha maraqlıdır. Hətta etiraf edir ki, artıq çox gözəl təbibdir, istənilən xəstəliyi təbii üsullarla sağalda bilər. Bu müsahibədən sonra bacısı Tarzanın izinə düşür. Bir müddət sonra vəhşi təbiətin bir parçasına çevrilmiş qardaşını tapır. Amma Tarzan hər dəfə İnessadan qaçır. Sonunda təslim olur, bir neçə gün birgə gözəl zaman keçirirlər. Lakin bu həyat ona çox ağır gəlir, yenidən gözdən itir.

11 il sonra Tarzanı yenidən tapırlar. 1996-cı ildə son müsahibəsində cəmi 4 dişi qalmışdı. Etiraf etdi ki, yemək axtarışı, timsahlarla, akulalalarla mübarizə, ildırımvurmalar onun sağlamlığına çox böyük ziyan verib. Hətta onu anlayıb, birgə meşəyə köçmək istəyən qadın tapsa, mütləq evlənəcəyini də bildirirdi.
Tarzanın nəinki Avstraliyada, bütün dünyada pərəstişkarları vardı. Bəzən ətraf şəhərlərdə üzə çıxırdı. Böyük kütlə də onu əhatəyə alıb, söhbətə tuturdu.
Həyatının son illərində qoca Tarzanın ayaqları tutulmuşdu. Yaddaşı da pozulmuşdu. İllər öncə dəfninə gizlin qaçıb gəldiyi anasının hələ də sağ olduğunu zənn edirdi.
Ömrünün 88-ci ilində bu dünyanın ən məsum vəhşisi dünyasını dəyişir.

Bacısı onun haqda qələmə aldığı xatirələrində qardaşının uşaq vaxtı ildırımdan çox qorxuğunu, buna baxmayaraq şimşək çaxanda heç vaxt gizlənmədiyini, əksinə həyətə qaçıb, göyə baxdığını qeyd edir. Və bu cəsarət onu ömür boyu müşayiət etdi.
Qorxularınızın üzərinə getməkdən heç vaxt çəkinməyin.
Leyla Sarabi
-
İqtisadi gündəm20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat18:40Bakıda axşam tıxacı
-
Sosial17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?
-
Avropa14:28Makron adada bəyan etdi: Siyasətdən gedir



















.jpg)




















