Xüsusi
Savaşda sağ qalan sonuncu şəhər sakini - FOTO/VİDEO (REPORTAJ)
Tolstoy deyib ki, bütün möhtəşəm hekayələr iki formada başlayar: ya bir insan səyahətə çıxar, ya da şəhərə yad biri gələr.
…
Hava o qədər poetik idi ki, adam istəyirdi bu boz şəhərin ucsuz-bucaqsız hündürlükdəki binalarının arasından yaşıl bir uçurum peydə olsun, sən də yağışın ucundan tutub o uçurumdan çıxasan Allaha sarı… Bir xeyli ulu kişi ilə dərdləşib, sonra üzüaşağı atasan özünü qayğı dəryasının üstünə.
O müqəddəs kişi ilə ədavətim yoxdu, amma bu hava adamı ölməyə vadar edir, vallah. Elə gözəl hava var ki, ölməsən, heyif olacaq. Ölməklərin də ən gözəl seçməlisən öləndə. Məsələn, bir qızın gözlərindən ata bilərsən özünü, ya da bir qızın örpəyindən asa bilərsən nəfəsini…
O gün də afişalar da dedi ki, sən əziyyət çəkib heç yerə dırmaşma. Hərənin başı öz dərdinə qarışmışkən şəhərə bir qız gəlib.
“Adı Leylaydı” qızın.
Dedim, o qızı görməsəm, ən mənfur şəkildə ölə bilərəm. Mən ki, bunu istəmirdim.
Leyla da nə Leyla… Qan çanağına dönmüş gözlərindən yağan bir çimdik günahsızlıq, bir az taleyin hökmünə itaət, bir qurtum peşmanlıq, bir də qarşısındakını günahkar qismində ittiham edəcək hakim qətiyyəti. Bir-birinə kip sıxılmış dodaqlarının arasızlığından şeirlər tökülür - Leyla dodaqlarından ağlayır. Leyla çiyinlərindən utanır. Yaşıl örpək aşırıb çiyinlərinə.
Müharibədən qayıtmayan bütün komandirlərin qara kağızlarından təyyarələr düzəldib “Fələstinli uşaq”lara uçurur o qız.
Sonra hardansa, yaxın uzaqlardan sədalarını eşitdim. Kimsə onu pıçıldayırdı:
“Adı Leylaydı,
Boyu xoşbəxtliyə çatmırdı,
çəkisi məndən iki məğlubiyyət az olardı.
Baxışıyla öldürürdü,
əli silaha yatmırdı.
Yerişi əsgər yerişi kimi mətin,
danışmağı həyəcan siqnalı,
susmağı səfərbərlikdən çətin”.
Leyla “Yeni il proqnozları”nı da gətirmişdi özü ilə. Tələsirdi. Tez zamanda “İsminin altı halı”nda öncəgörmələrini pıçıldadı ki, yağış kəsmədən çıxıb gedə bilsin:
“Döyüşlər olacaq, qanlı döyüşlər,
Üsyan, xaos, aclıq,
Acları doyuracaq diktatorlara ünvanlanan söyüşlər.
Hələ çox davam edəcək “Yer”də bu çirkin gedişat,
Fəzada genişlənmə,
Günəşdə partlayış,
Marsda həyat.
İnsanlar baş götürüb qaçacaq insanlıqdan,
Dünya bazarında ölüm ucuzlaşacaq bir az da.
Bəlkə də adamlar tüstü kimi yox olacaq,
Ölüm olmayacaq bir azdan”.
…
Belə deyirdi Leyla. Bir az da bədbin idi gələcək haqqında. Bəlkə də elə mənim gizli “yaşıl uçurum” xəyalımdan xəbər tutmuşdu. Amma necə? Sonradan öyrəndim. Tolstoy bir qullab yanılmışdı. Leyla əslində o gün şəhərə gələn yad biri deyildi. Leyla o şəhərin adamlarının hərəsindən bir parça, düşüncəsindən bir sətir idi. Parça-parça yamanmışdı. Leyla müharibə uşaqlarının arzulamağa da çəkindiyi və heç vaxt onların olmayan təzə ayaqqabılarından, gənc qızların gözündə qalmış məhəbbətindən, sonuncu komandirlərin ölən əsgərlərinin başında tökdüyü göz yaşlarından, hətta müharibədən tək qolla qayıdan kişilərə bənzəyən payız ağaclarından, parkların boş skamyalarından, arzusu ürəyində qalan uşaq oyuncaqlarından yamanmışdı. O gün Leyla “gecə gözəli”ndən daha çox idi. Bir də Leyla sözlə deyil, sükut ilə danışırdı.
Uzun-uzadı qulaqbatıran sükutdan sonra yaşıl örpəkli qızın üsyan dolu bədbinliyinə tab gətirməyib dillənən biri isə, nəhayət ki, tapıldı. Pərviz Arif adlı gənc yaşıl örpəkli qızın odlu silahın bumbuz dəstəyi kimi tükürpədən baxışlarını yarıb -
“Leyla eşidirsən
Təki bircə biz savaşaq,
Yer üzüdə sülh olsun” dedi.
Sonra öyrəndik ki, Pərviz Arif savaşdan qalan sonuncu şəhər sakinidir. Onun sağ qalma səbəbinin isə “Adı Leylaydı”…
Zümrüd Kərimova,
Foto: Natiq İsayev
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO