Xüsusi
"Meyxanaçıların necə danışdıqları yox, nə danışdıqları önəmlidir" - Cahangir Novruzov
"Folklor bir millətin zəruriyyətindən doğur. Meyxana tarix boyu Bakı-Abşeron zonasında yetişib kənar bölgələrə də yayılıb. Düşünürəm ki, meyxana Sabir satirasının başqa bir formada davamı deməkdir".
Bu sözləri Publika.az-a Azərbaycanın Xalq artisti Cahangir Novruzov meyxana diskussiyalarına münasibət bildirərəkən deyib:
"Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında mizahlı düşüncə tərzinə, satiraya Seyid Əzim Şirvani, Sabir, hətta Üzeyir bəyin kiçik ölçülü şeirlərində də rast gəlinir. Meyxana isə mental zərurətdən doğan janrdır. Bu, paltar deyil, xarici maşın, yaxud zinət əşyası deyil ki, bəyənib-bəyənməyəsən. Doğrudur, hər oxuyan Molla Pənah olmaz. Amma hətta Sovet dövründə belə meyxana gizli şəkildə vüsət tapdı. Çünki Sovet vaxtı doğrunu deməyə imkan vermirdilər. Bəlkə də meyxana deyən insanların güclü savadı yox idi, universitet bitirməmişdilər, amma gəlin keçmişə nəzər salaq. 300-500 il öncə yaşayan böyük fikir sahiblərinin də dərin təhsilləri yox idi. Bu, tanrı vergisidir. Onlar tanrısal marağa malik, olmazsa-olmaz insanlardır. Ömər Xəyyam mədrəsədə təhsil alıb. Amma sonra elmlə məşğul olaraq, elə mükəmməl astroloji, riyazi əsərlər yaradıb ki, şeiriyyatı kölgədə qalıb. Şeiriyyatında isə zamanının bir çox əskiklərini söyləmiş şairdir. Meyxanada incə bir məqam var. Kənardan baxan düşünər ki, savadsız, Bakı ləhcəsində bədahətən şeir deyən adamları kim dinləyəcək. Amma necə danışdıqları yox, nə danışdıqları önəmlidir. Elə götürək Əlağa Vahidi... Onun vaxtilə yığıcaqlarda söylədiyi şeirləri lentə alsaydılar, indi cild-cild kitablar yazıla bilərdi. Bəyənib-bəyənməmək bizim həddimiz deyil. Hətta belə deyim, bəyənməyə bilərsən, amma yox saya bilməzsən. Bu dünyada hər şey zərurətdən doğub. Cavan vaxtı düşünürdüm ki, axı milçək nəyə lazımdır? Oxuyandan sonra anladım ki, o qara milçək olmasa, dünyanı üfunət basar, canlılar məhv olar. Çünki onlar dünyanın sanitarlarıdır. İngiltərədə maraqlı bir araşdırma aparılıb. Laborator şəkildə qara milçəkləri infeksiyadan uzaq, böyüdüb, yumurtaları ilə qanqrena yaralarını sağaldıblar. Çünki diqqət ediblər ki,qara milçəyin yara üzərinə qoyduğu yumurtalardan çıxan böcəklər yalnız ölü hüceyrələri yeyirlər. Bu gün İngiltərədə qara milçək yetişdirən klinikalar var. Odur ki, təbiətin zərurətinin qarşısı ala bilmərik. Söz fikir varsa, baxmamaq da, görməmək də mümkündür, amma anlamamaq əsla...Zamanında Bəhlul Danəndə qardaşının zülmündən özünü dəli yerinə qoyub, həqiqətləri dəli dilindən deyib. O cümlədən də meyxanaçılar həqiqəti bu üsulla çatdırmağı seçiblər. O artıq başqa bir məqamdır ki, meyxana da ustadlara, ortabablara və tör-töküntülərə bölünür.
Amma unutmayaq ki, xoşumuza gəlsə də, gəlməsə də şifahi xalq ədəbiyyatı əcdadlarımızın yaşantısından doğub. Tutaq ki, mən hər aşıq musiqisini sevmirəm, amma Aşıq Ədalətin ifasını sevməmək, azərbaycanlı olmamaq deməkdir. Düşünürəm ki, meyxananın inkişafına daha çox yardım edilərsə, meyxanaçılar da düşüncələriniı inkişaf etdirib, başqa səmtlərdən yanaşmağa çalışarlarsa, vəziyyət daha ürəkaçan olar".
Leyla Sarabi
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi













.jpg)























.jpg)
.jpg)
