Xüsusi
Cahangir Novruzovdan SƏRT SÖZLƏR: Bura pornoqrafiya yeri deyil, əfsus ki, Azərbaycanda...
Onun üçün incəsənət peşə deyil, damarında axan qan, anasından, babasından qalmış ən böyük mirasdır. Onun üçün şöhrət çatmaq istədiyi zirvə deyil, bir addım gen durduğu qəlibdir. Özünün də dediyi kimi, o, məşhur deyil, Cahangirdir. Özünəxas xarizması, büründüyü bütün obrazları yaddaşımıza yazan sevimli aktyor, Xalq artisti Cahangir Novruzov...
Publika.az-ın müsahibi sevimli aktyorumuz, uzun illərdir ki, Türkiyədə yaşayıb yaradan Cahangir Novruzovdur.
(II hissə)
Müsahibənin ilk hissəsini BURADAN oxuya bilərsiniz.
- Cahangir bəy, uzun müddətdir Türkiyədə yaşayırsınız. Həm yaradıcılıqla, həm də pedoqoji fəliyyətlə məşğulsunuz. Azərbaycan incəsənətindən küsüb getmisiniz?
- Mənim nə haqqım var ki, vətənimdən küsüm? Nə etmişəmsə, vətənim, xalqım adına etmişəm. Xalqımın yaxşısı da, pisi də mənimdir. Babam Cahangir Zeynalov malını da, pulunu da teatr vasitəsilə xalqın maariflənməsi üçün xərclədi. Rəhmətlik Heydər Əliyevin gözəl bir sözü vardı: "Bir millət, iki dövlətik biz". Mən burada öz övladlarıma dərs deyirəm. Bu günədək 150-dən çox məzunum olub. Onların hamısının qəlbində böyük Azərbaycan sevgisi var. Türkiyənin hansı şəhərinə Azərbaycanın teatr kollektivi qastrola gəlirsə, tələbələrim zəng vururlar ki, Cahangir müəllim, filan teatr gəlib. Doğrudur, təriflədikləri tamaşalar da olub, məni utandıranlar da... Çünki mən burada Azərbaycan teatrını başqa cür tanıdıram. Mən milli teatrımızın bir fərdiyəm, qastrol adı ilə incəsənətə yad olan zəif tamaşaları qəbul edə bilmərəm. Buradan xahiş etmək istəyirəm ki, Türkiyəyə səfər edəndə işin ciddiyətini anlasınlar, bilsinlər ki, Biləcəridən kənara çıxırlar. Gözəl tamaşalar, yaradıcılıqlarının ən gözəl örnəklərini gətirsinlər. Unutmayaq ki, erməni diasporunun ən güclü nöqtəsi Türkiyədir. Tamaşalarımıza 5 dost baxırsa, 1 düşmən də baxır. Maskalanmış, adını dəyişdirib türkləşdirmiş o qədər erməni var ki, Azərbaycan adına görülən əskik işləri şişirdirlər.
- Deyirlər, məşhurluq illər ötdükcə taleyin acı oyununa çevrilir...
- Məşhur olub-olmadığımı bilmirəm. Mən Cahangirəm. Məni tanıyan hər kəs bilir ki, məşhurluq çəmbərinin içində böyümüşəm, amma nədənsə hər zaman bu çəmbərdən qaçmağa çalışmışam. Hətta fəxri ad almazdan öncə bir çox media orqanları məni Xalq artisti kimi təqdim edirdi. Dəfələrlə etiraz edirdim ki, mənim fəxri adım yoxdur, bu cür təqdim etməyin. Bu qavramı sevmirəm. Çünki "məşhurluq" kəlməsi bu gün çox sürüşkəndir.
- Sözünüzə qüvvət, o qədər adiləşib ki, bir bayağı hərəkət edib internetə yerləşdirənlər də məşhurlaşır.
- Elə bir dövrdə yaşayırıq ki, insanlar məşhur olmaqla rüsvay olmağın fərqini anlamırlar, ya da anlamaq istəmirlər. Bu gün sevilməyən, hətta ələ salınan adam da məşhurdur. Azərbaycanda, əfsus ki, get-gedə ayıb qavramı arxa plana keçir, unudulub. Axı biz türk qanı daşıyırıq, dini inancımız, köklü ənənələrimiz var. Mən demirəm ki, çarşaba bürünüb səhnəyə çıxmalıyıq. Amma səhnə pornoqrafiya yeri deyil. Bura cismən deyil, fikrən soyunan insanların yeridir. Amma bu gün ərsəyə çıxmaq istəyənlərin, məşhur olmaq istəyənlərin çoxunun xisləti iyrəncdir. Ekranlardan kir axır. Nəinki Azərbaycan, Yer kürəsi bunu görməyə layiq deyil.
- Hər şeyin düzələcəyinə inananacaq qədər optimistsiniz?
- Tanrı dünyanı həqiqətdən, gözəllikdən yoğurub. Yer üzü də zaman-zaman kirlənib, təmizlənib. Hər şeyin fərqində olmalıyıq. Övladlarımıza gözəl gələcək yaratmalıyıq, doğru örnəklər göstərməliyik. Belə olan təqdirdə əmin olun ki, yaxşını pisdən ayırd edə biləcəklər.
- Sizcə insan öz prinsiplərini hansı məqamda çeynəməlidir?
- İnsan öz prinsiplərini çeynəsə, çürüyə bilər. Şəxsiyyət öz prinsiplərinə qarşı getməməlidir. Bir gün Mövlanaya sual verirlər ki, bu qədər oxumusan, görmüsən, nə bilirsən? Cavab verir ki, həddimi bilirəm. Təəssüf ki, bəziləri həddini bilmir. İnsanlara elə təhsil verilməlidir ki, hədlərini bilərək haqlarını tələb etsinlər. Bəli, demokratiya gözəl şeydir. Amma demokratiya qanunun diktaturası deməkdir. Sən öz toplumunun, xalqının qəbul etdiyi qanunlar əsasında fikir söyləməlisən. Başqa şey söyləmək üçün məkanını dəyişməlisən.
- Son zamanlar hansı musiqiləri dinləyirsiniz?
- Azərbaycanın bütün gözəl sənətkarlarını dinləyirəm. Bu musiqilər bizim millətimizin estetik qavramını, təfəkkürümüzü tərbiyə edib.
- Nəsibə xanımla bağlı ən isti xatirələr sizdədir...
- Artıq universitetdə oxuyurdum. Bir dəfə çox xoşbəxt girdi evə... Soruşdum ki, nə olub? "Küçədə iki qadın gəlirdi, məni görən kimi dedilər, Cahangirin anası gəlir. İlk dəfə məni sənə görə tanıdılar. Mənə dünyanı bağışladılar", dedi. O anda anamın üzünə qonan sevinci, nuru indi də unuda bilmirəm.
- Sonda özünüzü bir cümlə ilə xarakterizə edin, lütfən...
- Özündən hər zaman razı olmayan, öyrənməyi özünə borc bilən insan.
Leyla Sarabi
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi