Xüsusi
"Klinikamızda ciyərləri ağır durumda olan xəstələrimizi..." - Yəhudi həkimlə MÜSAHİBƏ
İsrailin koronavirus mərkəzlərindən birində çalışan həkim-terapevt Maira Salman ölkədəki son durum haqda məlumat verib. Həkim Salman söyləyir ki, COVID-19 virusunun mənbəyinin yarasa olması faktı mübahisəlidir.
Publika.az-ın müsahibi yəhudi həkim Maira Salmandır.
- Doktor, bu günlərdə niderlandlı həkim koronavirusla mübarizənin ən effektiv dərmanını tapdığını iddia etdi. Lakin həmin dərmanın istehsalı dayandırıldı.
- Bəli, bu malyariya əleyhinə olan hidroksixlorohindir. Hətta virusun yenicə yayılmağa başladığı dövrdə bu dərmandan istifadə olunurdu. Biz də klinikamızda ciyərləri ağır durumda olan xəstələrimizi hidroksixlorohinlə müalicə edirdik. Lakin yaxın günlərdə belə bir xəbər çıxdı ki, bu dərman effektiv deyil. Biz də istifadəni dayandırdıq. Bu günədək bir neçə müalicə üsulundan istifadə etmişik. Lakin heç birinin koronavirusla mübarizədə tam təsiri sübut olunmayıb. Əsas müalicə oksigen nəfəslik və zərurət yaranarsa intubasiya üsullarıdır. Hələ ki vaksin tapılmayıb.

- Heyvanların dünyanı növbəti virus növünə yoluxdurma ehtimalı var?
- Bu gün virusun mənbəyinin yarasa olduğu iddia edilir. Amma bu fakt dəqiq deyil. Odur ki, heyvanların virus yoluxdurucusu olduqlarını dəqiq deyə bilmərik. Lakin öz sağlamlığınız naminə steril şərtlərə əməl edin. Virusa əsasən damcı yolu ilə yoluxmaq mümkündür. Lakin son araşdırmalar göstərir ki, COVID-19 həm də səthi yolla ötürülür. Həmçinin səth üzərində bir neçə gün yaşayır. Odur ki, qablaşdırılmamış qidalar almayın.
- Bəs adi sabunu antibakterial sabunla əvəzləmək lazımdır?
- Buna heç bir səbəb yoxdur. Antibakterial sabun əllərinizi adi sabundan çox qorumur. Sadəcə gündəlik əl yumaq ayinlərinin sayını artırın. Başqa narahatlığa səbəb yoxdur.
- İsraildə koronavirusla bağlı son durum necədir?
- Bütün koronavirus mərkəzlərində xüsusi təcrid sisteminə riayət olunur. Hətta virusun müalicə olunduğu şöbələrin havalandırma sistemi xəstəxananın ümumi sisteminə qoşulmayıb. Mənim kimi yüzlərlə həkim koronaviruslu xəstələrlə çalışdığı üçün özümüzü daha çox qorumaq məcburiyyətindəyik. Hazırda evində özünütəcrid şəraitində müalicə olunan xəstələrin sayı daha çoxdur. Amma ölkədəki vəziyyət nisbətən stabildir.
Leyla Sarabi
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...













.jpg)
















.jpg)



.jpg)

