Xüsusi
Ölümdən qurtulan azərbaycanlı dənizçi: "Səsimi eşidənə qədər ölüb-dirildi" - MÜSAHİBƏ
Aprelin 8-də Malta sahilində "Bellatrix Shipping" şirkətinə məxsus yanan "Bellatrix" gəmisinin 4 azərbaycanlı dənizçisi dövlətimizin qayğısı nəticəsində vətənə gətiriliblər.
Yanğın baş verərkən gəmidə 12 nəfər heyət üzvü olub. Onların da 4-ü Azərbaycan vətəndaşıdır.
Kapitanın baş köməkçisi Əzizli Cahangir, baş mexanik Məcidəli Kərimov, motorçular Kamil Bədəlov və Tələt Cəbrayılov artıq ölkəmizin himayəsi altındadırlar.
Baş vermiş hadisənin təfərrüatı haqda Məcidəli Kərimov Publika.az-a danışıb.
- 44 ildir, dənizçiyəm. Bu müddətin 34 ilini Azərbaycan gəmiçiliyinə həsr etmişəm. 57 yaşımda təqaüdə çıxıb, Türkiyəyə köçdüm. Elə o vaxtdan Türkiyənin "Bellatrix Shipping" şirkətinin müxtəlif gəmilərində çalışmağa başladım. Son 3 ildir ki, həmin şirkətin "Bellatrix" gəmisində baş mexanik işləyirəm.
- Bədbəxt hadisə həmin gəmidə baş verdi?
- Bəli, aprelin 8-də gecə saat 03:15 radələrində yükü Liviya sahilinə təhvil verəndən sonra geri qayıdırdıq. İtaliya, Malta sahillərinə çatanda, gəmidə yanğın başladı. Söndürməyə çalışdıqca külək sürətlənib, bizə mane olurdu. Türkiyənin digər şirkətinin gəmiləri yardıma gəldilər. Yanğını söndürmək mümkün olmasa da hamımızı gəmidən çıxardılar.
- Neçə nəfər idiniz?
-12 nəfər. 4 azərbaycanlı, 1 türk, 3 hindli, 3 ukraynalı, 1 rus. Hamımızı xilas edib öz gəmilərinə aldılar. Fiziki zərər görməsək də, bütün əşyalarımız, sənədlərimiz, telefonlarımız yanıb kül oldu. Çünki başımız canımıza qarışmışdı. Gəmi bizi İtaliyaya gətirdi. Amma İtaliya hökuməti qəbul etmədi. "Bellatrix" gəmisi çox ciddi zərər görmüşdü. Külə dönmüş gəmini də bizi xilas edən şirkətin gəmisinə bağlayıb, Türkiyəyə doğru üzdük. 12 apreldə İzmir sahilinə yaxınlaşdıq. Şirkətimiz Türkiyəyə məxsus olsa da, Boliviya üçün çalışırdı. Həm də virus qorxusundan bizi otellərə yerləşdirməyə qorxdular.
- Sizi həkim nəzarətindən keçirtdilər?
- Bəli, hətta bir nəfər digər gəmiyə keçəndə ayaq barmağı ciddi zədə almışdı. Onun yarasını da sağaltdılar.
-Azərbaycanlı idi?
-Xeyr, hindli idi.
- Bəs ayağınız torpağa nə vaxt dəydi?
- 2 may tarixində Qızıl Aypara Cəmiyyəti bizi İzmirdə bir otelə yerləşdirdi. Konsulluğumuzla əlaqə saxladıq. Daha sonra ölkəmizə xəbər verdik. Dövlətimizin rəhbərliyinə, Mehriban xanıma, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə dərin minnətdarlığımızı bildiririk. Öncə polis maşınları bizi İzmirdən İstanbula apardı. Oradan isə dövlətimizin təmin etdiyi biletlərlə Bakıya uçduq. Hazırda karantinə alaraq Olimpiya şəhərciyinə yerləşdirirlər.
- Məcidəli bəy, əslən haralısınız?
- Lənkəranlıyam.
- Yəqin ailəniz sizdən nigarandır.
- Əsas da anam çox narahat idi. Səsimi eşidənə qədər ölüb-dirildi. Karantin bitər-bitməz, sənədlərimi düzəldib, ailəmin yanına gedəcəm.
Leyla Sarabi
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)
















.jpg)
.jpg)
