Xüsusi
Məşhur jurnalistin Kəlbəcərdə son günü: Müharibə o qədər şiddətlənmişdi ki...
İllərdir Kəlbəcər nisgilini içində daşıyan “Türküstan” qəzeti və saytının baş redaktoru Aqil Camal bu diyarı 17 yaşında tərk etdiyini, 2 mərtəbəli evlərindən sadəcə tarı ilə sazını apara bildiyini deyib.
Publika.az-a Kəlbəcərlə bağlı xatirələrini bölüşən redaktor qeyd edib ki, rayon gözəl təbiətinə görə, İsveçlə müqayisə olunur.
- Aqil bəy, hansı duyğular içindəsiniz?
- Bu duyğuları ifadə etmək həddən artıq çətindir. Kəlbəcər yalnız ölkəmizin bir hissəsi, yaşayıb və böyüyüb boşa çatdığımız torpaq deyildi, ayrı düşdüyümüz bir insan qədər dəyərli və əlçatmaz idi.
- Kəlbəcərin işğal günlərini necə xatırlayırsınız?
- Kəlbəcərdən çıxanda 17 yaşım var idi, 11-ci sinifdə oxuyurdum. Müharibə o qədər şiddətlənmişdi ki, dərs sistemi pozulmuşdu, həm də Kəlbəcər 4 tərəfdən mühasirədə idi, yalnız qarlı Murov yolu açıq idi. O zaman cəbhəyə getmək imkanımız olmasa da, şəhərin içində hərbçilərə yardım etməklə məşğul idik. Evimiz hava limanına yaxın olduğundan Bakıdan gələn vertolyotlardakı silah-sursatın boşaldılmasında hərbçilərimizə kömək edirdik. Martın 31-də döyüşlər şiddətlənmişdi, başımızın üstündə "Qrad" raketləri uçurdu, Ermənistandan atılan bombalar şəhərin müxtəlif yerlərinə düşürdü. Çox ağır dövr idi, belə bir şəraitdə evimizdən çıxmağa məcbur olduq... 60 minə yaxın əhali məcburi şəkildə, düşmənin "Qrad" raketlərinin altında 2 gün ərzində qarlı-boranlı Murov dağı silsilə ilə Kəlbəcərdən çıxmalı oldu.
- Bu səhnələr sizdə hansı travmaları qoydu?
- Təsəvvür edin ki, gəncliyə yeni addım atacağımız bir vaxtda hər şeyimizi itirdik. Ali məktəbə qəbul olmağa hazırlaşırdım. Birdən-birə bütün istəklər dəyişir, həyatın dibinə düşürsən, hara gedəcəyin ünvan da bəlli olmur. Belimizi, qəddimizi düzəldib insan kimi yaşamaq üçün uzun illər lazım oldu. Yenidən həyat qurmaq, ayaq üstə qalmaq asan başa gəlmədi. Anlaqsız insanların məcburi köçkünlərə tənə və yersiz iradlarını eşitmək və görmək daha ağır idi. Bu gün o tənə və ittihamların üzərimizindən götürülməsində xüsusilə Azərbaycan Ali Baş Komandanına şəxsi minnətdarlığımı bildirirəm.
- Məcburi köçkünlərimizin özləri ilə gətirdiyi açarlar 44 günlük müharibənin rəmzinə çevrildi. İllərdir ki, sandıqda paslanan açarlar gün üzünə çıxdı.
- Xəritə proqramları vasitəsilə evimizə baxmışam, demək olar ki, tamamilə dağıdılıb, halbuki onu 85-ci ildə tikmişdik. Yeni ikimərtəbəli ev idi, orada cəmi 7-8 il yaşaya bildik, indi sadəcə divarları qalıb. Əvvəl arzu idisə, bu gün artıq ata-baba yurduna qayıtmaq bir məqsədə çevrilib. Evimizdən qalan divar və daşların üzərində atamın tikdiyi ev qədər olmasa da, yenisini inşa etmək və daimi yaşayış yerinə çevirmək məqsədim var. 5 illik tar məktəbini bitirmişdim. Evimizdən özümlə ancaq tarımla sazımı gətirə bilmişdim. Kəlbəcərdən gətirilən bu saz inşallah yenidən Kəlbəcərə aparılacaq.
90-cı illərdə Bakıya gəlib yerləşəndən sonra geri qayıdıb əşyaları almaq imkanı barədə söz-söhbət yayılmışdı. Yenidən evimizə getmək ümidi ilə atam açarları alıb çıxdı. Lakin məlum oldu ki, mümkün deyil. Həmin gün atam evə gəlib açarları masanın üstünə tulladı...
- Kəlbəcərin sülh yolu ilə qaytarılmasına münasibətiniz necə oldu?
- Əslində ordumuz tətikdə dayanmışdı, razılaşma pozulsaydı, hərbçilərimiz artıq hərəkətə keçəcəkdi. Kəlbəcər və Ağdamın, ayın birinə qədər isə Laçının boşaldılması Azərbaycan Ordusunun yaratdığı situasiyadır. Rusiya prezidenti də bu günlərdə bildirdi ki, razılaşmanı pozmaq Ermənistan üçün intihar olardı. Azərbaycan hərbi əməliyyatları məhz ona görə dayandırdı ki, anlaşmaya əsasən rayonlarımız erməni hərbi hissələri tərəfindən göstərilən qrafik üzrə boşaldılsın. Bunun özü də hərbi əməliyyatdır, sadəcə qarşı tərəfdən müqavimət olmadan həyata keçirilən hərəkatdır. Sülh yolu ilə qaytarılsaydı, hərbi kalonlarımız olmazdı, sadəcə mülki əhali gedə bilərdi.
Kəlbəcərin relyefi həddən artıq mürəkkəbdir, orda xüsusi istehkamlar qurmağa ehtiyac yoxdur. Hər bir addımı təbii istehkamdır, təbii ki, qələbə yanaşı böyüklər müşayiət olunacaqdı. Azərbaycan Ordusu Kəlbəcərin işğaldan azad olunmasını digər taktika ilə həyata keçirdi. Kəlbəcər bizə bağışlanılmayıb, biz onu öz ordumuzun gücü hesabına geri aldıq.
- Kəlbəcər ərazisinə görə dünyadakı bir neçə dövlətin ərazisindən daha böyükdür. Bu rayon daha hansı başqa xüsusiyyətləri ilə seçilir?
- Kəlbəcər həm də Azərbaycanın iki ən böyük rayonlarından biridir. Sovetlər dövründə Kəlbəcərə gələn tanınmış isveç alimlərindən biri demişdi ki, İsveç gözəlliklərinə o adam valeh ola bilər ki, Kəlbəcəri görməsin. Kəlbəcər qeyri-adi təbii gözəlliyindən savayı, mineral ehtiyatları, civə, qızıl yataqları ilə zəngindir. Heyvandarlıq üçün də əlverişlidir. İnşallah bu bölgələr minalardan təmizlənəndən və təhlükəsiz şərait yaradılandan sonra qısa zamanda orda təbii məskunlaşma, həm infrastruktur, həm də iqtisadi hərəkətlilik olacaq. Bunu bölgənin təbiəti və təbii sərvətləri özü tələb edir.
Aytən Məftun
-
Region23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin221:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO