Xüsusi
Səsi oğurlanan fransız senatorla SENSASİON MÜSAHİBƏ - İnanılmaz DETALLAR ÜZƏ ÇIXDI (ÖZƏL)
“Fransa Senatında qondarma Dağlıq Qarabağ respublikasının tanınmasına dair qətnamə layihəsinin qəbul edilməsi Azərbaycana qarşı xain addımdır”.
Bunu bu qərara qarşı səs verən yeganə Senat üzvü olan Natali Qule (Nathalie Goulet) Publika.az-a özəl müsahibəsində deyib. Bir sıra sensasion məqamlara toxunan madam Qule həmçinin səsinin oğurlanması məsələsinə də aydınlıq gətirib.
- Madam Qule, Fransanın bu ədalətsiz qərarında Azərbaycanın yanında olduğunuz üçün minnətdaram.
- 12 ildir ki, Azərbaycanla dostluq edirəm. Bu müddət ərzində fəaliyyətimdə Azərbaycanın təbliğatı geniş yer alıb. Ən böyük istəklərimdən biri də o olub ki, azərbaycanlılar öz tarixi torpaqlarına- Qarabağa qayıtsınlar. Çıxış etdiyim bütün tədbirlərdə də bu amalıma sadiq qalmışam.
- Dünən Fransa Senatının qəbul etdiyi qərar bir daha sübut etdi ki, yüzlərlə Senat üzvü coğrafiyadan, tarixdən xəbərsizdir...
- Bəli, səsvermə elektron üsulla gerçəkləşdi. Qondarma Dağlıq Qarabağ respublikasını tanımayan yeganə Senat üzvü mənəm. 5-6 nəfər isə bitərəf qaldı. İnanın, səs verənlərin çoxu həyatlarında bir dəfə də olsun Qarabağın xəritəsini görməyiblər. Bütün bu oyunlar erməni lobbisinin siyasi təxribatdır.
- Madam Qule, sizin səsvermənizdə də bir sıra yanlış məqam olduğu vurğulandı. Təbii ki, bu səsvermədə Ermənistanın yanında olduğunuza inanmadıq...
- Qeyd etdiyim kimi, səsvermə elektron şəkildə gerçəkləşdi. Dünən Senatda olmamışam. Ən əsası Azərbaycanın qarşısında deyil, yanındayam. Səsvermə zamanı da bunu sübut etdim. Lakin elektron səsvermədə sistemin yanlışı nəticəsində səsim səhv şəkildə qeydə alındı. Fransanın erməni lobbisi çox güclüdür. Onların arasında media sahibləri var. Lakin istəyirəm biləsiniz ki, mən Azərbaycana qarşı səs verməmişdim. Elə bu gün də sırf bu məqsədlə Senata getdim. Hər şeyi izah etdim. Səsim qeydə alındı.
- Sizcə, səsinizi oğurlamışdılar?
- Mən dünən heç sessiyada olmamışam. Baş verənlər özümə də çox təəccüblü gəldi. Bu, necə ola bilərdi? Çox müəmmalı qaldı. Amma gedib, hər şeyi Senatda olduğu kimi danışdım. İnanın ki, səsimin niyə dəyişdirildiyi haqda heç bir fikrim yoxdur. Senatda Azərbaycanın yanında olan yeganə üzv mənəm. Azərbaycan xalqını sevirəm. Qarabağa döndüyünüz üçün xoşbəxtəm. Xalqınıza sülh arzu edirəm.
Leyla Sarabi
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi















.jpg)





















.jpg)

.jpg)