Xüsusi
26 fevralda dünyaya gələn şəhidin XOCALI QİSASI - 40-dan çox ermənini... - -VİDEOREPORTAJ
Azərbaycan qəhrəmanları rəngini, dadını və ətrini bilmədiyimiz bir xoşbəxtliyi ovcumuza qoydu, xalqın və Vətənin bütövlüyünü özünə qaytardı. Bu gün hər bir azərbaycanlı onların şücaətindən nəfəs alır. Şəhid talelərini və qazi söhbətlərini tək-tək beynimizin qatlarına həkk edirik ki, çətinə düşəndə onların qəhrəmanlıq hekayələrindən güc alaq. Tarixin ən günəşli səhifələrini yazan, şüası ilə xalqının üzünə nur ələyən igid qəhrəmanlarımızdan biri də Xüsusi Təyinatlıların “Boz qurd” ləqəbli baş çavuşu Tural Abdullayevdir.
Düşmənin bir neçə texnikasını sıradan çıxaran, 40-dan çox ermənini məhv edən Tural Abdullayevin Murov dağının alınmasında müstəsna rolu olub. 12 il Daxili Qoşunların “Qartal” Xüsusi Təyinatlı Dəstəsində qüsursuz xidmət edən Tural sağlığında Daxili Qoşunların “20 illik” yubiley döş nişanı ilə, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə, işində göstərdiyi qüsursuz xidmətə görə 3-cü məharət dərəcəsi ilə, “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunub. Şəhadətindən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qələbə münasibəti ilə təsis olunmuş “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcər uğrunda” medalı ilə təltif olunub.

Murov fatehlərindən olan şəhidimizin həyat və qəhrəmanlıq yolunu valideynləri Publika.az-a danışıb.
.jpg)
Şəhidin atası Şakir Abdullayev deyir ki, Tural 26 fevral 1990-cı il tarixində Xocalıda dünyaya gəldiyi üçün illərlə Xocalı qurbanlarının yasını saxlayıb, doğum gününü qeyd etməyib:
“Ən böyük arzusu Xocalı qətliamının qisasını almaq idi, aldı da. Hərbçi olsa da, Xocalı hadisələrindən danışanda gözləri həmişə dolardı... Deyirdi ki, doğum günümü o zaman qeyd edəcəm ki, torpaqlarımız işğaldan tamamilə azad olunsun”.

Qəhərdən boğazı düyünlənsə də, anası İradə xanım oğlunun qəhrəmanlığından fəxarət hissi ilə danışır. İradə xanım deyir ki, o analar igid və qəhrəman oğullar böyüdür ki, körpəsinin layla və oxşamaları Vətənlə yoğrulur:
.jpg)
“Vətənpərvərlik ana laylalarıyla başlayır. Körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı, Vətən sevgisi haqqında düşüncələri daha da dolğunlaşır. Elə gözəl ana deyərdi ki, səsi bir saniyə olsun qulaqlarımdan silinmir. Oğlumun timsalında bütün şəhidlərimizlə qürur duyuram. Hər biri bizim say-seçmə, qeyrətli oğlanlarımız idi”.
Aytən Məftun
Video: Pərviz Həşimi, Ramazan Vəlizadə
-
Yaxın Şərq12:40Çindən İrana həlledici zəng: Bunu etməlisiniz!
-
Dünya11:52Qətliam törədən yeniyetmələri birləşdirən ŞOK DETAL - Hər ikisi...
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı
-
Hadisə09:45Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
-
MDB09:13Rusiya ordusunda qalmaqal və arvad xəyanəti: Məşhur pilot intihar edib?
-
Ekopublika.az08:37Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
















.jpg)





















