Xüsusi
Fevral və martda koronavirusa yoluxma KƏSKİN ARTACAQ? - EKSPERT AÇIQLADI
Hepatoloq, infeksionist Azər Nağıyev hesab edir ki, vaksinasiya virusun nəzarət altına alınmasına ciddi şəkildə təsir edəcək.
Publika.az həkimlə müsahibəni təqdim edir:
- Azər doktor, vaksinasiyanın gedişatını necə qiymətləndirirsiniz, ümumilikdə müsbət nəticələri nə zaman özünü göstərməyə başlayacaq?
- Vaksinasiya əvvəlcədən planlaşdırılmış qaydada həyata keçirilir. Bu gündən etibarən 50-65-dən yuxarı yaş qrupları, eyni zamanda xroniki xəstəlikləri olan insanların peyvəndlənməsinə başlanılıb. Tibb işçilərinin peyvəndlənməsi demək olar ki, başa çatıb, növbəti mərhələlərdə planlaşdırılmış qayda üzrə digər kateqoriyaların peyvəndlənməsi nəzərdə tutulub.
Vaksinasiyanın müsbət nəticələri haqqında danışmaq üçün hələ tezdir. O məlumdur ki, ikinci dozadan sonra qanda kifayət qədər antiller yaranmağa başlayacaq.
.jpg)
- Əhalinin böyük hissəsinin peyvənd olunduqdan sonra bizi nə gözləyir?
- Vaksinasiyanın əsas hədəfi odur ki, pandemiyanın gücü zəiflədilsin. COVID-19-a qarşı immunitet qazanılması iki şəkildə baş verir. Xəstəliyi keçirənlərdə immunitet təbii şəkildə yaranır, peyvənd isə süni şəkildə əmələ gətirir. Əhalinin təxminən 50-60 faizində immunitet yarandıqdan sonra virusu nəzarət altına alına bilər. Pandemiya sakitləşsə də, xəstələnmə halları bir neçə il davam edəcək. Peyvənd xəstəliyin tamamilə aradan qalxmasına zəmanət vermir. Görünən odur ki, pandemiyanın gücü zəifləyəcək və mövsümi qrip kimi qalacaq.
- Karantin qaydalarının yumşaldılması yoluxma sayının yenidən artmasına səbəb olacaqmı? Mart və fevral aylarında pik həddə çata bilərmi?
- Bu, özümüzdən asılıdır. Əgər insanlar karantin tədbirlərinə əməl etsə, nə fevral, nə də mart ayında yoluxma sayında ciddi artım baş verməyəcək. Hesab edirəm ki, görülən əks-epidemik tədbirlər və vaksinasiya öz müsbət nəticəsini verəcək.
Aytən Məftun
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi















.jpg)





















.jpg)

.jpg)