Xüsusi
Ən böyük üstünlüyü o idi ki... - Pikassonun qızı ilə ÖZƏL MÜSAHİBƏ
Hər kəs onu tanınmış modelyer, zərgər kimi tanıyır. İncəsənətin döyünən ürəyi Pablo Pikasso ilə yazıçı Fransuaza Jilonun qızı Paloma Pikasso. Adətən deyirlər, dahi övladı olmaq insanın taleyinə sevincdən çox kədər səpir, bir yandan da limitsiz istedad, tükənməz enerji miras alırsan. Paloma 19 aprel 1949-cu ildə Fransada doğulub. 4 yaşına çatanda valideynləri ayrılsalar da, yay tətillərini, boş zamanını atasının emalatxanasında keçirib.
Dahi Pablonun qızı Publika.az-a verdiyi özəl müsahibəsində atasından bəhs edib.
- Adımı atam verib. İspancadan tərcümədə "Paloma" göyərçin kimi tərcümə olunur. Mən doğulan il Parisdə beynəlxalq sülh konfransı keçirilirdi. Atama isə həmin tədbir üçün rəsm çəkmək tapşırılır. O da sülh göyərçininin təsvirini yaradır. Böyüdükcə Paloma adı özümün də xoşuma gəlməyə başladı. Hətta göyərçin təsviri hazırladığım zinət əşyalarının loqosuna çevrildi.
- Pablo Pikassonun imzası kifayət edir ki, gözümüzün önündə ən azı bir əsəri canlansın. Bəs siz onun yaradıcılığına necə tərif verərdiniz?
- Atamın əsərlərinin qəhrəmanları çox vaxt ailə üzvləri olurdu. Mənə görə onun yaradıcılığı təkcə yaddaşıma həkk olunan əsərləri ilə kifayətlənmir. Pablo Pikasso öz fantaziyasının gücü ilə yeni dünya yaratmışdı. Ən böyük üstünlüyü o idi ki, izləyicisini də həmin dünyanın bir parçasına çevirməyə nail olurdu.

- Düşünürəm ki, rəssamların tabloları onların kitablardır. Hər bir əsərlərində minlərlə deyilməmiş cümlələr yatır. Pikasso yaradıcılığının sizə öyrətdiyi ən yaddaqalan aforizm hansıdır?
- Mənim bəxtim ikiqat gətirib ki, atam rəssam, anam isə yazıçı olub. Təkbaşına qərar verməyi, özüm olmaq duyğusunu aşılayıblar. "Heç kimin iradını, tənqidini dinləmə. Gördüyün işə özün dəyər verməyi öyrən". İnsanın şəxsiyyət kimi, sənət nümayəndəsi kimi formalaşmasında bundan müdrik dərs yoxdur.
- Valideynləriniz arasında 41 yaş fərq olduğunu bilirəm.
- Doğrudur. Anam çox savadlı və ağıllı qadın idi. Bəli, atamı sevirdi, amma azadlığını onun ayaqlarının altına sərmək istəmirdi. Yollarını ayırandan sonra da yay tətillərimi atamın emalatxanasında keçirməyimə heç vaxt mane olmurdu. Xatırlayıram ki, valideynlərim boşanandan 10 il sonra anam "Pikasso ilə ömür" kitabını yazdı. Atamın növbəti həyat yoldaşının ürəyi yazılan faktlara isinmədiyi üçün onu bizdən uzaqlaşdırmağa nail oldu. Atamla son görüşüm təsadüfən Kann küçələrinin birində baş tutdu. Bir neçə il sonra isə dünyasını dəyişdi.
- Dünyanın nəhəng zərgərlik və dizayn brendləri ilə çalışmısınız. Uğurunuzun sirri nədədir?
- Uşaqlıqdan rəngli saç aksessuarlarına, zinət əşyalarına, fərqli sırğalara marağım olub. Böyüdükcə anladım ki, karyeramı bu yöndə qurmalıyam. Ümumiyyətlə, yaradıcı insan gərək ən xırda detaldan da ilhamlanmağı bacarsın. Ən çox da müxtəlif mədəniyyətləri olan, rəngli və fərqli coğrafiyalara səfər etməyi sevirəm.
Leyla Sarabi
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb





















.jpg)
















