Xüsusi
Ermənilər deyirdi ki, Azərbaycan kommunist, qatı müsəlmanların ölkəsidir - Fransız əsilli xanımla MÜSAHİBƏ
Təsəvvür edirsinizmi, Braziliyanın San Paolo şəhərində Azərbaycana ürəkdən aşiq olan yapon, fransız əsilli qadın yaşayır.
Andreia Hiromini sosial şəbəkələrdən tanıdım. Ölkəmizin təbliği üçün durmadan çalışır, hətta rəngbərəng kəlağayılarla Braziliyanın günəşli günlərini bəzəyir.
Əminik ki, Publika.az-ın növbəti həmsöhbəti xanım Andreia Hirominin Azərbaycan sevdasını birnəfəsə oxuyacaqsınız.
- Əziz Andreia, söhbətinizi bölmədən, sizi dinləmək, Azərbaycana olan sonsuz məhəbbətinizi sizin dilinizdən eşitmək istəyirəm...
- Əlbəttə. Gəlin, başlayaq.
Braziliyanın San Paolo şəhərində mühacir cütlüyün ailəsində doğulmuşam. Hər uşağa nəsib olmayan xoşbəxt mühitdə böyümüşəm. Anam hər zaman gülümsəyir, şən mahnılar zümzümə edərdi. Deyirdi ki, dünyada San Paolodan gözəl şəhər yoxdur. Atam avropalıdır. Fransada dünyaya gəlib. Braziliyaya köçəndən sonra anamla rastlaşıb, ona aşiq olub. Amma bir gün anam təcili Yaponiyaya - öz ölkəsinə qayıtmaq məcburiyyətində qalır. İllər sonra geri dönüb, atamla ailə qurur və mən dünyaya gəlirəm. Ailəmiz tolerantlığın nümunəsidir. Anamdan buddizmə, atamdan xristianlığa sevgini öyrənmişəm.
Özüm isə...
Düşünürəm ki, insan heç kimin ona yol göstərməsinə, öyrətməyinə ehtiyac duymamamlıdır. Ona görə də oda sitayişi seçmişəm. Bilirsiniz, çox gözəl ailə mühitində böyümüşəm. Amma ömür boyu özümü tam hiss etməmişəm. İşim, gündəlik qayğılar və ailəm həyatımın böyük hissəsini tutur. Amma içimdəki boşluğa heç vaxt çarə tapa bilmirdim. Sanki yaşadığım topluma aid deyilmişəm kimi qəribə düşüncələrim vardı. Nə tam braziliyalı, nə yapon, nə də avropalı idim. Bu axtarış bəzən məni əldən salırdı.
Bəli portuqalca danışıram, amma sanki braziliyalılar nə dediyimi anlamırdılar.
Bəli, Braziliya qadınını sevirəm, amma mənim həyat prinsiplərim onlara qəribə gəlir. Düşündüm ki, Yaponiyaya köçsəm, daxilimdə yeri boş qalan parçama qovuşa biləcəm. Bir il Naqoyada yaşayıb, təhsil aldım. Doğrudur, şəhər çox müasir və təmizdir. Amma mənim deyil. Burada da özüm deyiləm. Yenidən kor-peşman Braziliyaya döndüm. Müxtəlif şəhərlərdə, okeanın sahilində yaşadım. Yenə də ruhumu anlayan, məni tamamlayan heç kimə rast gəlmədim.
Artıq nəfəs almaq da mənasızlaşırdı. Hətta özümdən sübhə etməyə başladım. "Doğrudanmı mən həddən artıq tələbkaram. Bəlkə elə problem məndədir" deyə düşünməyə başladım. Anam dərin kədərimi görüb məni sakitləşdirməyə çalışdı: "Bir gün dünyanın elə bir nöqtəsinə gedəcəksən ki, həmin anda bütünləşəcəksən. Ömrün boyu axtardığın hər şeyi orada tapacaqsan. Mən sənin ananam, xoşbəxtliyini ən çox istəyən bir nəfər varsa, o da mənəm. Ruhdan düşmə!"
Anam çarəsiz xəstəliyə yaxalanmışdı. 46 yaşı yenicə tamamladığı vaxtda o gözəl təbəssümü ilə növbəti dəfə əməliyyata getdi. Əməliyyat masasında dünyasını dəyişdi. Elə sarsılmışdım ki, günlərlə anamın məzarından ayrılmırdım. Yalnız onun yanında olmaq istəyirdim. Elə o müddətdə anladım ki, insanın ən böyük xoşbəxtliyi pul deyil. Sadəcə o möhtəşəm duyğunu axtaranlarındır. Məsələn anam varlı ailədə doğulmamışdı. Amma daxilən o qədər zəngin, xeyirxah idi ki, heç bir bank hesabı onun üzündəki saf təbəssümdən üstün deyildi. Anamın vəsiyyətini əməl etmək üçün yenidən özümü, ruhumu, bədənimi dirçəltdim. İşimi, evimi, hətta yaşadığım şəhərləri dəyişdim. İllər keçirdi, amma mən yenə də içimdəki natamamlıq duyğusuna qalib gələ bilmirdim. Yeganə təsəllim sitayiş etdiyim ocağım idi.
Bir gün qərar verdim ki, od kultunu daha çox tədqiq etməliyəm. Beləcə, Azərbaycanı tapdım. Təəsüf edirəm ki, bu ölkə haqda əldə etdiyim ilk məlumatlar məni məyus etdi. Qəddar və qatı islamçıların məskəni...
Həmin dövrdə Braziliyada yaşayan 100 min erməninin varlığından xəbərsiz idim. İndi isə heç də təəccüblənmirəm. Məşhur yalançı erməni propaqandası məni də caynağına almışdı. Ermənilər belə bir yalan da uydurmuşdular ki, guya Azərbaycana səfər etmək, xüsusən də qadınlar üçün təhlükəlidir.
Lakin axtarışlarım davam etdi. Kapitalist cəmiyyətdə böyümüş vətəndaş kimi Sovet dövrünün tarixi ilə həmişə maraqlanmışam. "Dəmir pərdə"yə rəğmən, İkinci Dünya müharibəsi, Stalin haqda tarixi faktlar oxumuşdum. Odur ki, sonralar Azərbaycanı bu axınla da tanımağa başladım. Ətrafımdakı ermənilər iki faktı qulağma pıçıldadılar- Azərbaycan kommunist və qatı müsəlmanların ölkəsidir.
Çox üzülmüşdüm. Görəsən qadın olduğum üçün Azərbaycana səfər bu qədərmi müşkül ola bilər?! Məni o qaranlıq ölkədə hansı təhlükə gözləyir? Mütləq niqab bağlayıb, səfər etməliyəm? Başqalarının dininə bu qədər sayğısız yanaşırlar? Birdən hansısa jestim kommunist qanunlarına zidd olar, o zaman məni həbs həyatı gözləyə bilər? Bu ölkədə "Coca-Cola", yaxud adi kafelər də yoxdur?
Bütün dostlarım, yaxın ətrafım ağlımı itirdiyimi iddia edirdilər. "Avropanın bu qədər gözəl ölkələrini qoyub, özünü nəhəng təhlükənin ağzına atma" deyirdilər...
Bütün qorxu və təhlükə yükünə rəğmən, qərarımdan dönmədim. Azərbaycana mütləq səfər etməliyəm.
(ardı var)
Leyla Sarabi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO