Xüsusi
Azərbaycan bayrağının əzəməti məni elə qürurlandırdı ki... - Fransız əsilli xanımla MÜSAHİBƏ
Publika.az Braziliyanın San Paolo şəhərində yaşayan Azərbaycana ürəkdən aşiq olan yapon, fransız əsilli Andreia Hiromi ilə bağlı yazının ikinci hissəsini təqdim edir:
1-ci hissə burada:
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Anamın sözlərini xatırladım: Qəlbinin səsini dinlə!
O, həmişə məni qorxularıma rəğmən, cəsarətə səsləyirdi.
Eşitdiyim rəylərdən məmnun olmasam da, viza işlərinə başladım. Braziliyadan Azərbaycana uçan aviareyslərlə maraqlandım. 1 ay Azərbaycanda qalmağı planlaşdırmışdım. Büdcəm də buna imkan verirdi. Hətta gün ərzində bir dilim çörəklə də doya bilərdim. Yetər ki, bu ölkəni görüm.
Bir qənaətə gəlmişəm ki, qadın nə qədər azad, müasir, güclü olursa-olsun, riskli addım atmağa hazırlaşanda hər kəs onu yolundan döndərməyə çalışır. Və bəlkə də sırf bu müdaxilələr bizim gücümüzü tükədir, kəşflər, ixtiralar etməyimizə mane olur.
Həyatımda ilk dəfə hamıya qarşı çıxıb, ən böyük arzumun arxasınca getməyə qərar verdim.
Hamıdan gizlin bütün sənədləşdirmə işlərini həll edib, Bakıya tələsdim.
Heç vaxt unutmayacağım tarix- 10 noyabr 2019-cu ildə təyyarəmiz Heydər Əliyev adına hava limanına endi.
İnstaqramda tanış olduğum Elçin adlı oğlan məni qarşıladı. Heç vaxt üzünü görmədiyim, cəmi bir neçə dəfə internet vasitəsilə danışdığım qarşı cinsin nümayəndəsindən hər şey gözləyə bilərdim.

Maşına əyləşib yola çıxdıq. Lakin elə bir neçə dəqiqə sonra hönkürməyə başladım. Yol boyu bilmədiyim dildə yazılmış işarələr, səslər məni həyəcanlandırdı. Sanki azıb qalacam, heç kim də yardım etməyəcək. Elçin məni sakitləşdirməyə çalışırdı. İkimiz də ingiliscə pis danışdığımız üçün bir-birimizi anlamırdıq. Qəribə panika duyğusu boğazıma dolaşdı.
Sanki həmin məqamda həyatımı məhv edirdim, özümə qarşı etinasız davranırdım...
Sanki ömrüm boyu içimdə toplanan bütün qorxularım həmin anda məni müşayiət edirdi. Təəssüf ki, müsəlman ölkələrində qətl edilən qərbli qadınların faciələri haqda az eşitmirik.
Bunu hiss edən Elçin maşını saxladı. Pıçıltı ilə mənə nə isə deyirdi. Tərcüməsini anlamadığım üçün məni öldürəcəyinə əmin idim. Sosial şəbəkədə yazışanda tərcümə proqramlarından istifadə edirdik. Bir-birimizin dilinə hakim deyildik. Doğrudur, o, ingiliscə danışırdı, amma mən güc-bəla ilə bir neçə söz anlayırdım. Əslində isə həmin anda beynim elə kilidlənmişdi ki, heç portuqalca danışsa da, anlamayacaqdım. Mən ağladıqca, əlimdən tutub, ingiliscə “qorxma, burdayam” deyirdi. Təbəssümündə, məsum gözlərində doğmalıq hiss etdim. Cavab gülümsəməsi ilə göz yaşımı sildim. Elçin də əlimi buraxıb, avtomobili hərəkətə gətirdi.
Sanki möcüzə baş vermişdi. Ürəyimi günəş isidirdi.
Yeni doğulmuş körpə kimi idim. Özümü güvəndə hiss etmək və bu etibarın uzunmüddətli olmağını istəyirdim.
Nəhayət kirayələdiyim mənzilə gəldik. 30 günümü gözəl yaşamaq üçün əlimdən gələni etməli idim. Küçəyə çıxdım. Qadınlar bazardan qayıdır, bəzi kişilər maşınlarını təmir edirlər. Özümü bir anlıq Braziliya küçələrində hiss etdim.
Hətta dalanlarda gəzişən itlər də Braziliyanı xatırladırdı. Ümumiyyətlə, Bakının günəşi, alovu mənə yeni il atəşfəşanlığını xatırlatdı. Sanki bu şəhərdə ilboyu bayram qeyd olunur.
Mağazalara girdikcə, insanları müşahidə edirdim. Tamamilə fərqli əlifba və sözləri görüb, heç nə anlamadığımı dərk etdikcə, halıma ürəkdən gülürdüm. Qarşılaşdığım insanlar gözümün içinə baxmırdılar, hörmətlə yanımdan addımlayıb keçirdilər. Bir-birindən gözəl, zərif qadınlar addımlayırdı. Amma kişilər gözlərinin ucu ilə də onlara baxmağa qıymırlar. Buna baxmayaraq, tanımadıqları qızların da təhlükəsizliyini, rahatlığını təmin etməyə çalışırlar. Braziliyada bu keyfiyyətə rast gəlmək müşküldür.
Vodka almaq üçün spirtli içkilər satılan mağazaya girdim. Hətta bu məkanda satıcı kişi rusca nəzakətlə danışaraq, buralara yad olduğum üçün kömək təklif etdi. Sonralar anladım ki, Azərbaycanda qadınlar bu tip mağazalara getməyi sevmirlər. Hətta mən vodkanı alan məqamda bir neçə kişi də gəlmişdi. Heç biri mənə yaxınlaşıb narahat etmədi. Bəlkə də kişilərinizin bu anlayışı, qayğısı sizin üçün adi haldır. Etiraf edirəm, mənə görə fantastikadır.
Braziliyanın sahillərindəki dənizlərin küləkli, çılğın təbiətinə şahidlik edəndən sonra Xəzər dənizi sakit körpə kimi ruhumu oxşayırdı. Bəlkə də qəribə səslənəcək, amma özümü o qədər təhlükəsiz və dərdlərdən qurtulmuş hiss edirdim ki, bu anın bitməsini istəmirdim. Xəzərin sərin küləyi üzümə sığal çəkdikcə, sanki illərdir uzaq qaldığım doğmamla dərdləşirdim. Gözümdən sakitcə yaşlar axırdı. Qəlbimdə Xəzərə durmadan təşəkkür edirdim.
Bakı bulvarı ilə gəzişəndə musiqi səsi eşitdim, bu sədanın fonunda Azərbaycan bayrağı dalğalanırdı. Qəribədir, həmin günədək bayrağınızı görməmişdim, rənglərini bilmirdim. Azərbaycan bayrağının əzəməti məni elə qürurlandırdı ki, özümə yer tapa bilmədim. Sanki öz vətənimdir, öz bayrağımdır, öz şəhərimdir.

İndi məndən soruşsanız ki, dünyanın hansı nöqtəsində öz parçalarımı toplayıb tam oluram, düşünmədən Azərbaycan deyərəm. Bu ölkədə nəinki braziliyalıları, sülhlə gələn hər kəsi sevirlər.
Bakıda olduğum müddətdə Elçinin dəstəyini hiss etməyimdən, hər çətin anımda köməyimə çatmağından, soyuqdəymədən, qızdırmadan halsız qaldığım vaxtlarda məni sağaltmağından da danışmasam, haqsızlıq edərəm.
Pandemiya müddətində çoxumuzun dərindən dərk etdiyi həqiqətə illər öncə Bakıda yetişdim. Ətrafımızda kim olursa-olsun, bir gün hamı gedəcək, hətta bizi çox sevən valideynlərimizin, övladlarımızın da həyatımızda müəyyən müddətlik missiyası var. Bizi heç vaxt tək qoymayan özümüzük, daxili “mən”imizdir. Odur ki özümüzü sevib, qorumalıyıq.
Bakı xatirələrim arasında rəfiqəm Zeynəbin də özəl yeri var. Bugünədək münasibətimiz davam edir. Ondan Azərbaycan mətbəxi, çayı haqda çox şey öyrəndim. Anası hicablı idi. Qəlbi elə təmiz, rəftarı o qədər xoş idi ki, saatlarla yanında əyləşmək, dilini anlamasam da səsini eşitmək istəyirdim. Bir dəfə mənə dedi ki, səninlə evlənmək istəyən insan ananın harada olduğunu soruşsa, de ki, Bakıdadır. Bu sözlərin tərcüməsini Zeynəbdən dinləyə-dinləyə bir yandan çay içir, digər yandan ağlayırdım. Amma bu, sevinc göz yaşları idi. Çünki nəhayət özümə, ailəmə qovuşmuşdum. Bundan sonra Braziliyaya, istənilən şəhərə ölkəyə alışmaq, adaptə olmaq su içmək qədər asanlaşmışdı. Çünki hara mənsub olduğumu artıq dəqiq bilirdim - Azərbaycan.

Artıq Braziliyadayam. Bəzən Xəzərin sahilindəki küləyi yanağımda hiss edirəm. Amma bu külək sığalı ilə məni əzizləmir, sevmir, oxşamır.
Bəzən elə çox darıxıram ki, qaça-qaça Bakıya dönmək istəyirəm. Tezliklə pandemiya bitsin, vətənimə, özümə, ürəyim Azərbaycana geri dönəcəyəm.
Bu gün özümü Azərbaycanın Braziliyadakı qəlbi adlandırıram. 44 günlük Vətən müharibəsində də doğma ölkəmə əlimdən gələn qədər dəstək oldum. Xüsusən də təbliğat sahəsində çox iş gördük.
Artıq dünya da şahiddir ki, Ermənistan yalnız ermənilərdən ibarət ölkədir, Azərbaycan isə müxtəlif xalqların sülh, sevgi içində birgə yaşadığı multikultural, müasir ölkə.
Leyla Sarabi
-
İKT19:00Smartfonlar üçün virus əleyhinə plyonka yaradıldı
-
Səhiyyə18:48Yeni Klinikanın direktoru işdən azad edilib? - RƏSMİ
-
MDB17:21Çörək pulu istəyirdi: Qadın 6 yaşlı oğlunu satmaq istəyərkən saxlanıldı
-
Sosial17:05Pensiya alanların nəzərinə
-
Rəsmi xronika16:31İlham Əliyev fərman imzaladı
-
Sosial15:24Yaz havasının şıltaqlığı: Sinoptiklər də çaşbaş qalıblar
-
Nida Xəbər 15:06Əli Əsədov qərar imzaladı
-
Sosial15:04Bakı Metropoliteninin fəaliyyəti bərpa olundu - YENİLƏNDİ



























.jpg)











