Xüsusi
Ermənistan Zəngəzur dəhlizinin açılmasını ləngidərsə, Azərbaycan... - İlqar Məmmədov DETALLARI AÇDI
Video əlavə olunub.
“Hazırda danışıqlar prosesində qeyri-müəyyənliklər çoxdur. Ona görə də indidən bu məsələ ilə bağlı konkret proqnoz və ehtimal irəli sürmək çox çətindir. Amma Ermənistan öz təməl maraqları ilə həmahəng hərəkət etsə, əlbəttə, yaxın gələcəkdə belə bir sazişin imzalanması mümkündür, hətta bu, İrəvanın öz marağında olan bir məsələdir”.
Bunu Publika.az-a açıqlamasında REAL Partiyasının sədri İlqar Məmmədov deyib.
20 iyun seçkilərindən sonra Nikol Paşinyanın ölkəsini Azərbaycanla böyük sülh müqaviləsinə hazırlaması və yaxın gələcəkdə bu iki qonşu ölkə arasında böyük sülh müqaviləsinin imzalanmasına münasibət bildirən partiya sədrinin sözlərinə görə, İrəvanın öz milli maraqlarını dərk edib-etməməsi Ermənistanın özündən asılıdır:
“Bu məsələ bizdən asılı olan bir nüans deyil. Biz sahədə formalaşmış vəziyyətlə - mövzud vəziyyət nəzərdə tutulur- hesablaşmalı və ona uyğun hərəkət etməliyik. Təkrar edirəm, böyük sülh sazişinin tezliklə imzalanması elə Ermənistanın da öz milli maraqlarına cavab verir. Ermənistanın tezliklə buna razılaşması daha yaxşı olardı. Onlar Azərbaycanla və Türkiyə ilə bütün kommunikasiyaların bərpasında maraqlı olmalıdırlar. Ümumiyyətlə, burada yeni bir konfiqurasiya formalaşmalıdır. Belə olan halda bizim millətlər sülh, əməkdaşlıq və iqtisadi işbirliyi içində öz yaşayışını, tarixi növcudluğunu davam etdir' bilər”.
Daha çox “Qərbin adamı” kimi tanınan hazırkı baş nazir Nikol Paşinyan rus ordusunu Ermənistan-Azərbaycan sərhədinə dəvət etdi. Yəni, rusiyalı hərbçilər Azərbaycanla sərhəddə dayansınlar və işğalçı ölkənin sərhədlərini onlar qorusunlar. Bəs bu hal gerçəkləşərsə, biz nələri itirib, nələri qazana bilərik?
İlqar Məmmədovun bu suala cavabı fərqli oldu. REAL sədri bildirdi ki, Paşinyanın hər addımında səmimilik olduğunu düşünmək də sadəlövlük olardı:
“Ola bilər ki, bu məsələdə Paşinyan Qərbyönlü siyasətçi olaraq bir qədər fərqli düşünüb. Ola bilər ki, Rusiya hərbçilərini sərhəddə ona görə dəvət edib ki, Rusiya özü bundan imtina etsin. Amma bunların hamısı hələ ki, qeyri-müəyyənlik sahəsindədir. Daha aydın, daha müəyyən sahələrlə məşğul olmalıyıq”.
REAL sədri Zəngəzur dəhlizinin açılması məsələsindən də danışıb: “Zəngəzur dəhlizinin açılması ümidə bağlı olan məsələ deyil, əmələ bağlıdır. Əgər Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasını uzun müddət ləngidəcəksə, Azərbaycan öz öhdəliyinə sadiq qalaraq əməli zərurətə çevirəcək”.
Tural Turan
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı












.webp)


















.jpg)

