Xüsusi
Əcnəbi yazıçıdan ETİRAF: "Erməniləri sevmədiyimi hamı bilir" - - FOTO
Azərbaycanın yaxın dostu, niderlandlı səyyah və yazıçı Henri Van Rens Bakıdadır. Henri ölkəmizə səfərlərinin sayını unutsa da, hər dəfə eyni həvəs və həyəcanla yola çıxdığını etiraf edir.
Henri həmçinin Azərbaycan haqda yazdığı kitabla bağlı da Publika.az-a məlumat verib.
- Henri, səyahətlərinizin sayını nəzərə alsaq, kosmopolitsiniz. Amma əslən niderladlı. Ölkənizi bizə necə tanıdardınız?
- Haralı olduğumu soruşanda hər zaman niderlandlıyam deyirəm. Çünki ölkəmin adı Hollandiya yox, Niderlanddır. 12 inzibati bölgəsindən cəmi ikisi Hollandiya adlanır. Təbiəti çox gözəldir. Düşünürəm ki, həyatınızda heç olmasa bir dəfə Niderlanda səfər etməlisiniz.
- Vətən müharibəmiz dövründə Azərbaycana dəstək oldunuz. Niderlandda yaşayan erməni icmaları ilə ünsiyyətiniz var?
- Elə həmin günlərdə televizorda izlədim ki, ermənilər Niderlandın bir neçə əhəmiyyətli avtomobil yollarını bağlayıb, nümayiş keçiriblər. Saatlarla nəqliyyatın hərəkətinə mane olublar. Bu, nə dəlilikdir?! Sağlam düşüncə qabiliyyətlərini itiriblər. Təsəvvür edin, bu hal bir neçə dəfə təkrarlanıb. Yollar bloklanmışdı sanki. Yaxşı ki, polislər vaxtında müdaxilə etdilər. Təşkilatçılar məsuliyyətə cəlb olundu. Hətta bir neçəsinin həbs edildiyini öyrəndim. İndi müəyyən qədər sakitləşiblər. Doğrudur, insanları millətlərə görə dəyərləndirmirəm, amma erməniləri sevmədiyimi hamı bilir. Olduqca aqressivdirlər.
- Əziz Henri, Azərbaycanla tanışlığınız nə vaxtdan başlayıb?
- Azərbaycana xüsusi məhəbbətim var. Məsələn, mən dünyanı avtomobilimlə dolaşıram, gördüyüm maraqlı yerlər haqda müşahidələrimi qeyd edirəm. Avropa və Amerikadan olan oxucularımın sayı çoxdur. Azərbaycan ən çox təəssüratım olan ölkələr sırasındadır. 2009-cu ildən etibarən hər il ölkənizə səfər edirəm. Bəzən hətta ildə iki dəfə gəlirəm. Bütün bölgələrinizi gəzmişəm. Məni Azərbaycana bağlayan güclü istək var. Lənkəran, Xınalıq, Lahıc, ümumiyyətlə bütün bölgələrinizi qarış-qarış gəzmişəm. Qarabağ münaqişəsindən məlumatsız olanda tam xəritə üzrə yoluma davam etmək istəyirdim. Hətta Qarabağ barədə tarixi məlumatlar da toplamışdım. Sonra məlum oldu ki, bu ərazi münaqişə zonasıdır. Təbii ki, tarixdən bir azca anlayışı olan insan bilir ki, bu bölgə Azərbaycanındır, 30 ilə yaxındır ki, erməni işğalı altındadır. İşğalda Rusiyanın Ermənistana himayədarlıq etdiyini öyrənəndə ikiqat üzülmüşdüm. Ölkənizin qələbəsi məni çox sevindirir. Siz Qarabağı əsl sahiblərinə qaytarmaqla dünyaya gücünüzü sübut etdiniz. Bütün nəhəng qüvvələrin maneəsinə rəğmən, bizi ədalətin qələbəsinin mümkünlüyünə inandırdınız.
- Mətbəximizlə dostluq edirsiniz?
- Mən edirəm, amma mədəm yox. Yeməkləriniz çox kalorilidir. Ən çox da quzu kababını yeyə bilmirəm. Sanki mədəmə çox ağır yük çökür. Buna baxmayaraq, hər bölgənizə xas yeməkləri dadmağı sevirəm. Avropa insanı əsasən kofe sevir. Səhəri kofe ilə açırsan. Gün ərzində içdiyin kofe fincanlarının sayını unudursan. Bir dəfə dostum mənə çay təklif etdi. İstəksiz qəbul etdim. O gündən sonra ancaq çay içirəm. Xüsusən də Azərbaycan çayını çox sevirəm. Bu baxımdan özümü azərbaycanlı saya bilərəm.
- Ötənilki səfərinizə pandemiya mane olmuşdu. Amma qəlbiniz bizimlə idi.
- Pandemiya bütün planlarımızı alt-üst etdi. Planetin düzəni pozuldu. Demək olar ki, dünya qlobal böhranla üz-üzə qaldı. Hər kəsin qarşısında duran əsas vəzifə bu ağır imtahandan sağ çıxmaq idi. Sərhədlər bağlandı. Azərbaycana səfər etmək arzum ürəyimdə qaldı. Çünki şəhidlərinizlə, erməni silahlı qüvvələrinin atdığı bombaların qurbanı olan günahsız insanlarınızla bağlı xəbərləri izlədikcə çox üzülmüşdüm. Odur ki, Bakıda təyyarədən enən kimi ilk getmək istədiyim yer şəhidlərin məzarları oldu. Tovuz döyüşlərində şəhid olan general Polad Həşimovun məzarını ziyarət etdim. İndi ən böyük istəyim Şuşaya getməkdir. Amma bildiyimə görə işğaldan azad olunmuş ərazilərə səfər etmək üçün xüsusi icazə tələb olunur.
- İnanıram ki, Azərbaycana həsr etdiyiniz kitabınızın təqdimatını Şuşada qeyd edəcəksiniz.
- Gün ərzində ən az bir saatımı kitab yazmağa həsr edirəm. Bu, həm də mənim dincəlmək üsulumdur. Dünyanı avtomobilimlə dolaşıram, hətta bir sıra nəhəng avtomobil şirkətlərilə əməkdaşlıq da edirəm. Yeni istehsal etdikləri yük maşınları ilə yol yoldaşı oluram. Gördüyüm maraqlı yerlər haqda müşahidələrimi qeyd edirəm. Avropa və Amerikadan olan oxucularımın sayı çoxdur. Hazırda Azərbaycan tarixi haqda kitab yazmağa başlamışam. Odur ki, bir neçə ay burada qalmağı planlaşdırmışam. Kitabda Azərbaycanın əsrlər boyu keçdiyi inkişaf yolundan, dünyanın ən nəhəng liderləri ilə adı birgə çəkilən Heydər Əliyevdən bəhs etmişəm. Həqiqətən düşünürəm ki, Heydər Əliyev Azərbaycanın ən çətin dövründə xalqınızı xilas edən unudulmaz liderdir. İlham Əliyev isə həm intellekti, həm də doğru siyasəti ilə tarixi qələbəyə imza atdı. Bu yolla az da olsa, Azərbaycan həqiqətlərini olduğu kimi dünyaya çatdırmaqda mənim də xidmətim olacaq.
Leyla Sarabi
Foto: Pərviz Həşimi
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var