Xüsusi
Türk Şurası dünyanın vacib güc mərkəzinə çevriləcək - MÜSAHİBƏ
Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərlinin sözlərinə görə, Azərbaycan Türk Şurasına rəhbərliyi dövründə olduqca ciddi addımlar atıb.
Publika.az Faiq Ələkbərli ilə müsahibəni təqdim edir:
- Faiq bəy, Azərbaycan Türk Şurasına sədrliyi dövründə hansı ortaq strateji problemlərin həllinə daha çox fokuslandı? Azərbaycanın fəaliyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanın Türk Şurasına rəhbərliyi çox uğurlu oldu. Yaxın görüşlərdə yəqin ki, Özbəkistanın da Türk Şurasına gəlməsi daha rəsmi şəkildə dəqiqləşəcək. Xüsusilə Macarıstanın bu məsələyə çox isti münasibəti və müşahidəçi qismində çıxış etməsi, hətta Ukraynanın və başqa dövlətlərin də böyük maraq göstərməsi mühüm hadisədir. Bu məsələlərdə Azərbaycan çox ciddi işlər görüb. Türkiyə ilə əməkdaşlığımızın ən yüksək səviyyədə olması aydın məsələdir. Fikrimcə, son illərdə Azərbaycan və Türkiyə münasibətləri özünün ən yüksək zirvəsini yaşayır. Qarabağ müharibəsi dövründə Türkiyənin Azərbaycana dəstəyi xüsusi vurğulanmalıdır.
Orta Asiya türk dövlətləri müəyyən anlamda zaman-zaman tərəddüdlü mövqe ortaya qoyurdu. Lakin Özbəkistanın bu prosesə qoşulması, Macarıstanla Ukraynanın, hətta Moldovanın Türk Şurasına yaxınlaşması Orta Asiya dövlətlərinin də ona daha ciddi yanaşmasına səbəb oldu. Azərbaycan ilə Türkiyənin türk dünyasındakı öncüllüyü artıq göz önündədir.
Siyasi və diplomatik görüşlərin təşkil olunması, Türk Akademiyasının fəaliyyəti, ən azı 4 türk dövlətində - Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Türkiyədə ortaq türk tarixinin tədris edilməyə başlaması görülən işlərin bir hissəsidir.
Hesab edirəm ki, sədrliyin Azərbaycandan Türkiyəyə keçməsi ilə görülən işlərin davamını Türkiyə öz üzərinə götürəcək və Türk Şurasına sədrliyi dövründə Azərbaycanın çəkdiyi zəhmət artan dinamika ilə gedəcək. Türk Şurasında Azərbaycanın ortaya qoyduğu zəhmət öz bəhrəsini verib, inanıram ki, noyabr ayında keçiriləcək görüşdə Türkiyə şuranın fəaliyyətində yeni bir səhifə açacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin atdıqları addımlar gələcəkdə də bütün türk dünyası üçün örnək olacaq. Yeni mərhələdə bütün anlamlarda Azərbaycan və Türkiyə Türk Şurasında aparıcı dövlətlər olaraq qalacaq.
- 2021-ci ildə istər Azərbaycan, istərsə də Türkiyə türk dünyasına hansı önəmli mesajları ötürdü?
- Türk Şurası getdikcə mədəni birlikdən daha çox siyasi və iqtisadi quruma çevrilir, gələcəkdə hərbi də ola bilər. Əslində, Azərbaycan və Türkiyənin birgə imzaladığı Şuşa Bəyannaməsi siyasi və hərbi sahədə türk dövlətlərinə verilən çox önəmli bir mesajdır. Bu, müttəfiqliyin ən üstün pilləsidir. Ümumiyyətlə, bu mesaj təkcə region və türk dünyası üçün deyil, beynəlxalq anlamda da yeni bir gücün rəsmi şəkil almasına işarə idi.
- Türk Şurasının gələcəkdə dünyanın önəmli güc mərkəzlərindən birinə çevriləcəyini deyə bilərikmi?
- Azərbaycan və Türkiyə real, ciddi addımlar atıb. Əvvəllər Azərbaycan və Türkiyə əlaqələri “Bir millət, iki dövlət” fikirləri ilə xarakterizə olunurdu. Lakin Şuşa Bəyannaməsi türk birliyinə gedən yolda çox ciddi və tutarlı bir mesajdır. Bu, rəsmi olaraq yeni bir gücün təməlinin qoyulması demək idi. Türk mərkəzinin təməli qoyulub. Müəyyən mənada Pakistan da bu güc təməlinə daxildir, ancaq məsələ bununla bitməyəcək. Özbəkistanın, Ukraynanın, Qazaxıstanın, hətta Macarıstanın da yeni güc birliyində yer alacağı gözlənə bilər. Ola bilər ki, türk birliyinə bir qədər uzaq olan başqa dövlətlər də bu birliyə daxil olsun. Görünən odur ki, ən yaxın illərdə beynəlxalq arenada yeni bir hərbi siyasi blok ortaya çıxacaq. Türk Şurası da bunun üçün ən əlverişli zəmin yaradır.
Aytən Məftun
-
Əmlak01:41
Bu ərazidə torpaq BAHALAŞIR - Sotu 2 minə idi, 15 minə satılacaq
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Əhvalınızda kəskin dəyişikliklər olacaq
-
İdman14 Noyabr 23:24
Lukaşenkonun futbolçu karyerası belə bitibmiş - VİDEO
-
Avropa14 Noyabr 22:00
DƏHŞƏT: "TikTok"dan plastik cərrah tapan qızın klinikadan MEYİTİ ÇIXDI
-
Magazin114 Noyabr 21:12
Lalədən adının qumar oyununda hallanmasına REAKSİYA
-
Magazin114 Noyabr 20:48
Damla mini ətəkdə elə pozalar verdi ki... - FOTO
-
Sosial14 Noyabr 20:00
Bu qidadan zəhərlənən Elnarə xəstəxanada ÖLDÜ
-
Cənubi Qafqaz14 Noyabr 19:24
Paşinyan İMİCİNİ DƏYİŞDİ - VİDEO