Xüsusi
Bu halda insan özünü yadplanetli kimi hiss edir - Kvitçastıy sirləri açdı
Publika.az Rusiyanın tanınmış hipnoz mütəxəssisi, psixoloq Anton Kvitçastıyla müsahibənin 2-ci hissəsini təqdim edir.
Birinci hissəni buradan oxuya bilərsiniz. Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
- Doktor, ümumiyyətlə, trans halından danışırıq. Mənasını açmağınızı istərdim.
- Gün ərzində bir neçə dəfə bu hala təslim oluruq. Yuxuya gedəndə, xəyallara dalanda, yaradıcı prosesə təslim olanda, dadlı yeməkdən sonra və s. Ümumiyyətlə, bütün qəlbimizi, fikrimizi bir məqama yönəldib ətrafdan təcrid olunduğumuz məqam trans halına keçid edirik. Tutaq ki, zəngli saatdan tez oyanıb yuxunuza ayıq başla tamaşa edirsiniz. Bu, yuxu ilə ayıqlıq arasındakı trans durumudur.
- Trans halı orqanizmimiz üçün zərərlidir?
- Bədənimiz üçün olduqca təbii durum olduğuna görə heç bir ziyanı yoxdur. Hətta əksinə, faydalıdır. Bu yolla sinir sistemimizi yan təsirdən, xaricdən aldığı minlərlə gərəksiz informasiya selindən qoruyuruq. Bildiyiniz kimi, beynimiz qəbul etdiyi məlumatları həzm etmək məcburiyyətindədir. Bu proses isə fasiləsiz davam edir. Hipnoz vücudumuzu, şüurumuzu sadəcə trans halına təslim etmək üçün bir vasitədir.
- Halbuki bəzilərimiz hipnozla yuxunun eyni məna daşıdığını düşünür.
- Amerikanın nüfuzlu alimi Deyv Elman iddia edir ki, hipnoz insan şüurunun funksionallığını saxlayıb, kritik düşüncələrdən uzaq fəaliyyətidir. Rus psixiatr və akademik Bexterevə görə isə hipnoz şəkil və forma dəyişmiş yuxu növüdür.
Lakin bir məqam da odur ki, hipnozun təsiri altında insan ayıq vaxtı qeyri-mümkün hesab etdiyi emosional və mənəvi duyğuları dada bilir. Məsələn, hipnoz halında quş kimi uça, heyvanlarla söhbətləşə, keçmiş həyatını xatırlaya, özünü yadplanetli kimi hiss edə bilər. Ən əsası isə bu durum ona qeyri-adi, yaxud divanəlik kimi görünməyəcək. Bir sıra sehrbazlar öz şoularında bu nömrələrdən istifadə edirlər. Halbuki peşəkar həkimlər hipnozu pasiyentə kömək məqsədilə gerçəkləşdirirlər.
- Hipnoza təslim olmayan insan var?
- Belə bir hipotiz var ki, hipnoza təslim olanlar xaraktercə zəif olurlar. Bu, çox yanlış düşüncədir. Hipnoz adi yuxuya dalmaq kimi sadə prosesdir. Demək, hipnoz sözünü yuxu ilə əvəzləsək, belə çıxacaq ki, yuxuya təslim olan insanlar var? Görürsünüz, absurd və gülməli fərziyyədir. Lakin bu, insanları öz çirkin əməlləri üçün hipnoz edən qaraçılara aid deyil. Baxın, bu durumda trans halına düşməkdən imtina etməyiniz tamamilə təbiidir. Çünki güvənmədiyiniz insana təslim olmaqdan imtina edirsiniz. Lakin pul ödəyib qəbuluna yazıldığınız mütəxəssisə qarşı etibarsızlığınız anlaşılmayan müəmma, hətta qəribə haldır. Odur ki, bu halda hipnoza meyillilik insanın zəifliyinin deyil, üstünlüyünün, yüksək intellektinin göstəricisidir. Axı nələrsə öyrənmək üçün diqqətini, duyğularını da idarə etməyi bacarmalısan.
- Doktor, təcrübənizdən maraqlı, bəlkə də təəccüblü məqamları bizimlə bölüşməyinizi də istərdim.
- Hipnoz bilirsiniz hansı məqamda işə düşməlidir? Qorxularınız, bloklanmış duyğularınız və digər narahatlıqlarınızla mübarizə aparmaq istəyirsiniz. İstənilən üsulu sınayırsınız, amma heç bir faydasını görməyib ikiqat depressiyaya düşürsünüz. Bu vaxt mütəxəssisə müraciət etmək lazımdır.
Məsələn, məşhur üzgüçü pasiyentim vardı. Uzun müddət çox böyük nailiyyətlər əldə etsə də, aldığı travmadan sonra karyerası zəifləməyə başlamışdı. Məşqçisi danışırdı ki, yarışların birində hovuzun divarına yaxınlaşanda fırlanıb əks istiqamətdə üzməyə cəhd edərkən başından sərt zərbə alır. Doğrudur, faciə baş vermir. Amma artıq hər dəfə hovuzun divarına yaxınlaşmamış fırlanıb geri üzməyə başladığı üçün sərt təzyiqlə irəliləyə bilmir. Buna görə də bütün yarışlardan məğlub ayrılır. Yaxud digər pasiyentim kəkələmədən əziyyət çəkirdi. Məlum oldu ki, 3 yaşında yenicə danışmağa başladığı dövrdə itlə qarşılaşır. Uşağın üstünə cuman it hürməyə başlayır. Elə həmin gündən etibarən bədəndə yayılan qorxu onun danışma qabiliyyətində də qüsur yaradır. Bütün bu hadisələr şüurlu, yaxud kortəbii şəkildə həyatımızın ssenarisinə təsirsiz ötüşmür. Bu insanları bədənin, şüurun bacarmadığını zənn etdikləri bacarıqları yenidən oyatmağın yolu hipnozdur. Odur ki, daxili təcrübəni yenidən bərpa etmək üçün psixikamızla yatmış bədəndə ünsiyyət qurmalıyıq. Oyaq olsaq, beynimiz bizi əksinə inandırıb ruhdan sala bilər. Daxili bacarığı redaktə edəndən sonra isə ayıq halımızı mövcud yeniliyə alışdırırıq. Bu yolla pasiyentin özünəinamını bərpa edib həyatda daha çox uğur qazanmasına nail oluruq.
Leyla Sarabi
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO