Xüsusi
30 ilin HESABATI: Fikir, söz və məlumat azadlığında Azərbaycan hansı ZİRVƏNİ fəth etdi?
6.3.2 Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
Azərbaycan 18 oktyabr 1991-ci ildə müstəqilliyinə qovuşduqdan sonra fikir, söz və məlumat azadlığının, plüralizmin inkişafı istiqamətində böyük tarixi yol keçib. 30 il ərzində keçilən tarixi yol, əslində bir sıra Qərb ölkələrinin 300 ilə keçdiyi yola bərabərdir. Üstəlik, söhbət 70 il sovet totalitarizmi məngənəsində çırpınan Azərbaycanın söz və məlumat azadlığı ilə bağlı keçdiyi yüksəlişdən gedir. 1993-cü ilin 15 iyununda Ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən sonra bu istiqamətdə silsilə və ardıcıl görülən işlər söz və məlumat azadlığı ilə bağlı Azərbaycanın dünyadakı imicini bir xeyli artırmış oldu.
Məhz 1998-ci il avqust ayının 6-da Ümummilli liderin mətbuatda senzuranı ləğv etməsi ilə Azərbaycanda söz və mətbuat azadlığının əsası qoyuldu. Bu sərəncam demokratik cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttinə və mətbuatın dirçəlməsinə güclü təkan verdi. Senzuranın ləğv edilməsindən sonra bu istiqamətdə daha bir mühüm addım atıldı.
1999-cu ildə "KİV haqqında" Azərbaycan Respublikasının Qanununun, digər hüquqi-normativ aktların qəbulu həyata keçirildi. Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu. Milli Televiziya və Radio Şurası, mətbuatın özünütənzimləmə mexanizmi olan Mətbuat Şurası yaradıldı. "İctimai Televiziya haqqında" qanun qəbul edildi. Hətta o dövrün bir sıra mətbuat və media nümayəndələri də birmənalı qeyd edirlər ki, Azərbaycan mətbuatı üzərində senzuranın ləğvi Ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən növbəti uzaqgörən siyasət idi.
Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır.
Ulu öndərin 6 mart 2000-ci il tarixli sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynadı.
Azərbaycan son 30 ildə söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərdə nəinki Qafqazda liderdir, bütün dünyada ön sıralardadır. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir.
Fikir, söz və məlumat azadlığının, mətbuatın inkişafına dövlətin bilavasitə qayğısı və dəstəyi bu gün də davam etdirilir. Cəmiyyət bunu mətbuata göstərilən dövlət qayğısının ən müxtəlif təzahürlərində hiss edə bilir.
Məhz son 18 ildə Prezident İlham Əliyev dövlət başçısı kimi bir çox çıxışlarında jurnalist əməyini yüksək qiymətləndirib. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir.
Deputat Fazil Mustafa bildirib ki, Azərbaycanda söz azadlığı mərhələsi çoxdan bitib. Millət vəkilinin fikrincə, sosial şəbəkələr yarandıqdan sonra qanunla tənzimlənməyəcək dərəcədə daha geniş söz azadlığı mövcuddur:
"Ən acınacaqlı durum odur ki, sosial şəbəkələrin gəlişi ilə təhqir və böhtan azadlığı da kifayət qədər genişlənib. Artıq sözün dəyəri itməyə başlayıb. Söz azadlığı həm də fikir azadlığı ilə adekvat səslənən bir anlayışdır. Lakin bizdə fikir azadlığını təhqir və böhtan kimi xarakterizə edirlər. Eyni zamanda bir çoxları əks tərəfə öz fikrini təhqir üzərindən çatdırır".
Bir çoxlarının fikrincə, Azərbaycanda sosial mediadan istifadə edənlərin sayının 2 milyondan çox olması təqdirolunan hadisədir. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad medianın inkişafı üçün mühüm addımlar atılıb. Ölkəmiz beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməklə həm malik olduğu imkanların təqdimatında əlavə imkanlar əldə edir, həm də təcrübə mübadiləsinin, səylərin birləşdirilməsi fonunda qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olur. Bütün bu reallıqlar bir daha sübut edir ki, ölkədə azad mətbuat mövcuddur və onun mövcudluğunun qarşısını heç bir qüvvə ala bilməz.
Bir sözlə, Azərbaycan 30 il ərzində fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində mühüm və təqdirolunacaq bir yol keçib. Ən önəmlisi isə odur ki, bu proses dayanmadan davam edir.
Tural Turan
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA