Xüsusi
70 yaşında velosiped sürən nənələr... - Amsterdamdan REPORTAJ
Azyaşlı uşağını və ya uşaqlarını velosipedin önünə oturdub bazarlığa gedən qadın klassik azərbaycanlılara məsuliyyətsiz ana kimi görünə bilər. Ancaq hollandlar hesab edir ki, burada anormallıq axtarmaq bekarçılıqdan irəli gəlir. Onları ip üzərində gəzən kəndirbaz adlandırmaq olar. Dəbilqədən söz düşəndə çiyinlərini çəkib “Nəyə lazımdır axı, velosiped sürərkən küləkdə saçların dalğalanmasından gözəl heç nə ola bilməz” deyirlər. Haqsız sayılmazlar, həyatdan zövq almağı bacaran hollandlar romantizmi harda və necə yaşamaq lazım olduğunu gözəl bilir...
Bu yazıda Publika.az-ın oxucularını “Velosipedlər krallığı” haqqında təəssüratlarımla tanış edirəm.
Amsterdamda anladım ki, qocalmaq əslində təsəvvür etdiyim qədər qorxulu deyil. Məsələn, yanından velosipedlə yüksək sürətlə ötüb keçən 60-70 yaşlı nənə-babalara necə rəğbət bəsləməyəsən axı? Bu şəhərdə təqaüdçülərin bizim cavanlarımızdan daha cavan, daha energetik və daha şən gördüyümü desəm də, nə məndən, nə də həyatdan inciyin... İncikliyi bir kənara qoyun, sizi Amsterdama virtual səyahətə dəvət edirəm.
src="/storage/files/upload/5a84e6f6acb1d733bdfaaff691274531d63419e9.jpg" style="width: 541px; height: 344.437px;" class="fr-fic fr-dib">
Velosipedləri əhalisinin sayından çox olan bu ölkədə hollandlar üçün onu istənilən yaşda sürmək uşaq oyunudur. Amsterdamın mərkəzi küçələri min cür şirniyyat təklif edən mağazaları ilə dolub-daşsa da, artıq çəkidən əziyyət çəkənlər də gözə dəymirdi. Ulu babalarından miras qalmış güclü genetikalarını oturaq həyat tərzinin fəsadlarından qorumaq üçün velosiped həqiqətən də orijinal həll yoludur.
Şəhərin əksər küçələri nəqliyyat vasitələrinin hərəkəti üçün bağlıdır və avtomobil parkları çox bahadır. Axı Amsterdam düz bir şəhərdir, kələ-kötür yolları yoxdur. Odur ki, yerli əhali nəqliyyat vasitəsi kimi velosipedə üstünlük verir. Təsəvvür edirsiniz ki, şəhərdə velosipeddən istifadə nisbəti 60% civarındadır? Amsterdamlılar tıxacın nə olduğunu bilmirlər. Məlumata görə, şəhərdə yol qəzalarından ölənlərin sayı ildə 10 nəfəri keçmir.
Yüksək səviyyəli velosiped infrastrukturu, planlaşdırma, dar küçələri və kanalları ilə Amsterdam şübhəsiz ki, velosipedlər paytaxtıdır. Dünyanın heç bir yerində velosiped krallığında olduğu kimi velosiped sıxlığı yoxdur: Niderlandda hər 17 milyon insana orta hesabla 1,3 velosiped düşür. Şəhərdə 1 milyondan çox velosiped olduğunu biləndə çox təəccübləndim, maraqlısı odur ki, ən az bir o qədəri kanalların dibindədir. Qəza törədən velosipedçilər üçün onları kanaldan çıxarmaq zülüm-zillətdir.
Velosiped sürməyi daha təhlükəsiz və daha cəlbedici etmək üçün hollandlar geniş velosiped yolları şəbəkələri qurublar. Bunlar aydın şəkildə işarələnib, hamar səthlər yan-yana velosiped sürməyə və ötməyə imkan verəcək qədər geniş və işıqlıdır. Niderlandda bütün velosipedçilər özlərini qoruyucu şarda hiss edirlər. Yollarda onları yalnız qanun qorumur, həm də dairəvi yolları, zolaqları, svetoforları, tunelləri, körpüləri və velosipedçilərin öz infrastrukturu var. Dünyanın ən böyük velosiped parkı da 2019-cu ilin avqustunda məhz Utrextdə açılıb. Buna görə də hollandlar üçün velosipedin həyatın ayrılmaz bir elementi olması təəccüblü deyil. Amsterdamın dar küçələri və kanalları sayəsində şəhəri velosipedlə gəzmək avtomobildən daha asandır. Eyni zamanda şəhərin 17-ci əsrdən bu günədək qorunub saxlanan tarixi bina və estetikasından daha çox zövq almaq imkanı qazanacaqsınız.
Şəhərdə velosipedçilər o qədərdir ki, onu avtomobil məntiqi ilə idarə edirlər. Özlərinin ciddi şəkildə əməl etdikləri yol qaydaları var. Bizim yayda əyləncə növü kimi gördüyümüz velosipedlər onlar üçün yağış-qar demədən gecə-gündüz sürdüyü əlverişli minik vasitəsidir. Lakin velosiped yollarını keçəndə diqqətli olmalısınız, toqquşma ehtimalı çox yüksəkdir, sürəti demək olar ki, heç bir halda azaltmırlar, təsadüfən onların velosiped yoluna girsəniz, sərt reaksiyalarla qarşılaşa bilərsiniz. Odur ki, ehtiyatlı olun və svetofora əməl edin. Unutmayın, prioritet piyadalar deyil, velosipedlər üçündür.
src="/storage/files/upload/52688d739eb3531097ac9a3a93f023d75a270ec6.jpg" style="width: 537px; height: 358px;" class="fr-fic fr-dib">
İşə velosipedlə gedən vətəndaşların sayı 40-45% arasında dəyişir. Ştat və şəhər kommunaları bu rəqəmin daha da artması üçün bir sıra tədbirlər görürlər. Məsələn, şəhərlərin mərkəzi hissəsində velosipedçilər üçün getdikcə daha çox zonalar ayrılır və ya sürücülərin daxil olmasına icazə verilmir. Məsələnin maliyyə tərəfinə gəldikdə, bir çox müəssisələr avtomobildən imtina edən işçilər üçün velosiped lehinə əlavə ödənişlər edir. Bu, velosipedin dəyərinin bir hissəsini əhatə edir. Digər hissəsi isə vergi güzəştləri ilə əhatə olunur. Avtomobil sürücüləri kimi, velosipedçilər də xərclərini ödəmək üçün işdən evə hər kilometr üçün işəgötürəndən təxminən 30-40 sent alır.
src="/storage/files/upload/1a7abedf7c11da585d43e80bfe42d2163b838aa6.jpg" style="width: 546px; height: 364.348px;" class="fr-fic fr-dib">
Bu gün dünyanın bir çox şəhərlərində iqlim dəyişikliyi siyasətləri ilə paralel olaraq velosiped infrastrukturu inkişaf etdirilir. Bir çox ölkə, xüsusən də Avropa Birliyi rəhbərliyi gündəlik nəqliyyatda avtomobil əvəzinə velosipedlərdən istifadəni təşviq edir. Üstəlik COVID-19 epidemiyası ilə Ümumdünya Səhiyyə Təşkilatı nəqliyyat vasitəsi kimi velosipedlərə daha çox üstünlük verilməsini tövsiyə edib. Bu danışdıqlarım fonunda Bakının velosiped mədəniyyətindən kənarda qalması, ekoloji cəhətdən təmiz nəqliyyat növünə keçməməsi məni məyus edir. Əziz oxucu, Bakı şəhəri və ya ölkədə yol hərəkətinin təşkilinin bərbad, yol nişanlarının məntiqsiz, piyada keçidlərinin təhlükəli və qadağalarla olduğu bir vəziyətdə velosiped yolları ilə bağlı arzularım qulaqda qəribə səslənə bilər. Qoy olsun! Bilinən odur ki, kiçik hədəflər bizi heç bir nöqtəyə aparmayacaq, böyük hədəf ən azı bir şey əldə etməyə imkan verəcək. Doğma Bakımızın bu cür yeniliklərdən və yol mədəniyyətindən kənarda qalmasını heç birimiz istəmərik. Odur ki, taleyi dəyişdirmək üçün ssenaridən çıxmaq lazımdır. Çünki insanın xoşbəxtliyi üçün içindəki işıq yetərli deyil, yaşadığı mühit də işıqlı olmalıdır.
src="/storage/files/upload/d0fed8aaa1fa6023db1ddfcd55fa7c080663d6c9.jpg" style="width: 592px; height: 394.667px;" class="fr-fic fr-dib">
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO