Xüsusi
Azərbaycançılıq ideologiyası: 50 milyonluq xalqın dəmir yumruğu
6.3.9 Azərbaycançılıq ideologiyasının təbliği;
Dünyada sayı 50, ölkədə isə 10 milyondan çox olan Azərbaycan xalqını yalnız bir ideoloji məfkurə birləşdirir. Heç şübhəsiz ki, həmin məfkurənin adı azərbaycançılıq ideyasıdır. Bu ideyanın əsasını Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev qoyub. Ümummilli lider Azərbaycandakı onlarla etnik qrupu bir ideologiya ətrafında birləşdirməklə həm də xalqın əzəli və əbədi birliyini təmin etmiş oldu. 44 günlük Vətən müharibəsində biz bu birlik mücəssəməsini haqq zəfərimiz uğrunda düyünləşən dəmir yumruq məhfumunda gördük. Bu dəmir yumruğa təkcə biz yox, eləcə də bütün dünya şahidlik etdi.
Hazırda bir çox ölkələrdə siyasi, dini, etnik, mədəni zəmində özünü göstərən münaqişələr nəticəsində daxili sabitliyin pozulduğu, vətəndaş qarşıdurmalarının yaşandığı bir vaxtda Azərbaycan özünün milli birlik modeli ilə daha çox diqqəti cəlb edir. Ölkəmizdəki bugünkü sabitliyin, cəmiyyətdaxili və dövlət-cəmiyyət münasibətlərindəki harmoniyanın təməlində məhz milli-mənəvi birlik dayanır.
Azərbaycandakı milli birlik mühitinin formalaşması isə cəmiyyətin bütün kəsimlərinin mənafeyini ifadə edən və hər bir Azərbaycan vətəndaşını, azərbaycanlını öz ölkəsi, vətəni ətrafında birləşdirən azərbaycançılıq ideyasının təbliği və real ictimai-siyasi münasibətlər sferasında tətbiqi sayəsində mümkün olub.
Azərbaycançılıq ideyasınının əhəmiyyətindən bəhs edərkən onun milli birliyin təməl prinsipinə çevrilməsində məhz müasir Azərbaycan gerçəkliyinin rolunu qeyd etmək lazımdır.
İndi Azərbaycan dövlətinin xarici siyasətinin əsas tərkib hissələrindən biri də məhz dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birliyinə nail olmaqdır. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Bu gün Azərbaycanın gücü təkcə iqtisadi və hərbi qüdrəti ilə deyil, həm də xalqımızın sıx birliyi ilə ölçülür. Möhtərəm Prezidentimiz İlham Əliyevin xalqına, Azərbaycana xidməti bu azərbaycançılıq ideologiyasına sədaqət nümunəsidir.
Müstəqilliyin əldə edilməsi ilə Azərbaycanda siyasi-iqtisadi və ideoloji sferalarda baş verən kəskin dəyişikliklər situasiyaya özünəməxsus reaksiya verən cəmiyyətdə milli enerjinin idarə olunması, dövlətin və xalqın mənafeyi naminə ideoloji həmrəyliyin yaradılmasını tələb edirdi. 1991-1993-cü illərin təcrübəsi göstərdi ki, cəmiyyəti birləşdirən, eləcə də dövlətin siyasi, iqtisadi, mənəvi inkişafı üçün milli mənafeyə xidmət edən ideoloji əsaslar olmadıqda cəmiyyətdaxili konfliktlərin yaranması və genişlənməsi üçün əlverişli şərait yaranır. İdeoloji boşluğun yarandığı belə mühitdə çox vaxt maraqlı xarici qüvvələrin əli ilə cəmiyyətə yad, zərərli ideologiyaların şüurlara nüfuz etdirilməsi və milli enerjinin manipulyasiyası təhlükəsi meydana çıxır.
Məhz 90-cı illərin əvvəllərində Azərbaycan cəmiyyətində belə bir ideoloji boşluq yaranmışdı. Məlum olduğu kimi, müstəqilliyin qazanılması ilə respublikada kommunizm ideologiyasından imtina edildi, lakin onun əvəzində ölkənin ən təlatümlü günlərində cəmiyyəti vahid bir orqanizm kimi bütöv saxlaya biləcək, təhlükəli tendensiyalara qarşı sipər olacaq konkret ideya irəli sürülmədi. Bunun məntiqi nəticəsi kimi, həmin dövrdə Azərbaycan cəmiyyətində yaranan ideoloji boşluq ölkəni dini-ideoloji poliqona çevirmək təhlükəsi ilə üz-üzə qoydu. Cəmiyyətdə geniş vüsət alan ideoloji uçurumlar, etnik zəmində qarşıdurma təhlükəsi cəmiyyətdaxili parçalanma səviyyəsinə gəlib çıxmışdı. Ümumiyyətlə, dünya təcrübəsi ilə də təsdiqlənib ki, cəmiyyət daxilindəki ideoloji çatlar, boşluqlar vaxtında aradan qaldırılmadıqda proses daha da dərinləşir, ideoloji parçalanma ictimai həyatın bütün sferalarına mənfi təsir göstərir. Məhz həmin illərdə Azərbaycanda vahid siyasi rəhbərliyin və ideoloji birliyin olmaması ölkədə etnik zəmində qarşıdurma, separatizm meyillərinin yaranmasına səbəb oldu. Əsasən xaricdən təşkil və idarə olunan bu proses cəmiyyətin siyasi-ideoloji müdafiədən məhrum olduğu bir dövrdə ağır fəsadlara gətirib çıxara bilərdi.
Azərbaycançılıq ideologiyasının əsas müddəaları, başlıca prinsipləri sistemli şəkildə işlənib hazırlanıb və cəmiyyət həyatının bütün sahələrində öz ifadəsini tapıb. Müstəqil Azərbaycanın siyasi-ideoloji strategiyasının əsasında dayanan və Ulu öndərimizin böyük dühasının bəhrəsi olan azərbaycançılıq təlimi müstəqil dövlətimizin hərtərəfli inkişafının etibarlı təməlidir. Ulu öndərin milli ideologiyamız olan azərbaycançılığı tarixilik və müasirlik kontekstində dəyərləndirən, ölkəmizin dünəni, bu günü və gələcəyi üçün əsas istiqamətverici təlim sayan, onun bütün xalq, müxtəlif siyasi qüvvələr üçün birlik vasitəsi olmasının vacibliyinə xüsusi önəm verib. Ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq təliminin bir üstün cəhəti də ondadır ki, bu ideologiya milli-mənəvi dəyərlərə əsaslanmaqla, onları qoruyub yaşatmaqla, inkişaf etdirməklə yanaşı, bəşər sivilizasiyasının ən qabaqcıl nailiyyətlərindən də bəhrələnir. Bu sintez isə son nəticədə hər bir vətəndaşın, bütövlükdə ölkənin və xalqın yüksəlişini təmin edir. Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin, tarixinin, ədəbiyyat və mədəniyyətinin azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırıb.
src="/storage/files/upload/3d2a9d7955973580ce28b72836fa6adb8031dbe0.jpg" style="width: 344px; height: 339.413px;" class="fr-fic fr-dib">
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mənlik şüurunun formalaşmasına kənar ideologiyalar maneçilik törədib. Belə ki, həmin dövrdə insanlarımızın şüurundakı ziddiyyətlərdən, qarışıqlıqlardan istifadə edərək onları öz maraqlarına uyğunlaşdırmağa çalışan anti-milli qüvvələr ortaya çıxıb: “Konkret olaraq Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Rusiyanın imperalizm ənənələrini davam etdirən dairələr, Qərbin kosmopolitləri, paniranizm ideoloqları və başqa anti-milli ideyalar azərbaycanlıların milli mənlik şüurunun formalaşmasına mənfi təsir göstərib. Təəssüflər olsun ki, bəzən indi də biz bu cür meyillərə rast gəlirik. Bu baxımdan Azərbaycan cəmiyyətinin özünü müdafiəsi, milli varlığını qoruyub yaşatması mühüm və qaçılmaz faktordur. Çünki cəmiyyətin ideologiyasızlaşdırılması onun milli-mənəvi dəyərlərinin, o cümlədən dilinin, tarixinin, ədəbiyyatının, mədəniyyətinin itirilməsinə, assimilyasiya olunmasına aparıb çıxarır. Belə ki, heç bir mütərəqqi ideologiyanın hökm sürmədiyi cəmiyyətdə millilik tamamilə aradan qalxır və onun yerini kosmopolitizm ideyası tutur. Bu zaman cəmiyyətin tarixi, ədəbiyyatı, mədəniyyəti bir növ ayrı-ayrı xalqların, dinlərin və mədəniyyətlərin mexaniki cəmindən başqa bir şey olmur”.
src="/storage/files/upload/7a08a63f370a913bf8182e1fa130a882b24fba63.jpg" style="width: 364px; height: 226.893px;" class="fr-fic fr-dib">
Millət vəkili Fazil Mustafa azərbaycançılığın bir ideya olaraq ideoloji zəminə sahib olmadığını düşünür: “Azərbaycan vətəndaşlarının bir dövlət modeli ətrafında birləşmə sistemi olaraq gündəmə gətirilib və buna əslində cəmiyyətin ideya olaraq müəyyən bir vətəndaşlıq modeli kimi baxılmalıdır. Ona görə də bunun əhəmiyyəti o baxımdan böyükdür ki, hansısa şəkildə bir ayrıçılıq, hansısa bir formada Azərbaycan vətəndaşları arasında həmrəylik münasibətlərinin pozulmasının qarşısının alınması üçün bu ideyanın inkişafı olduqca əhəmiyyətlidir. Çünki hər kəs hansısa bir milli mənsubiyyətə sahib ola bilər, hansısa bir dini konfessiyanın üzvü ola bilər, lakin bu o demək deyil ki, bu insanlar Azərbaycan dövlətinin vətəndaşı olaraq dövlətin mərkəzi sisteminə münasibətdə hansısa mərkəzdənqaçma fəaliyyətinə rəvac versinlər. Ona görə də azərbaycançılıq ideyası məhz mərkəzdənqaçmanı önləmək, hamının bərabərhüquqlu Azərbaycan vətəndaşı olmasını təmin etmək üçün düşünülmüş birgəyaşayış modelidir. Bu modelin təşviqi insanların özlərini millətindən, irqindən, cinsindən, dini mənsubiyyətindən asılı olmayaraq, real zəmində bərabərhüquqlu hiss edə bilsinlər deyə vacibdir. Ona görə də son illərdə Azərbaycanda bu istiqamətdə daha böyük işlər görülür və bu, təqdir olunandır. Azərbaycançılıq həm də Azərbaycanı parçalamaq istəyən qüvvələrə qarşı yönələn cəmiyyətin vazkeçilməz silahıdır. Bu model durduqca Azərbaycan cəmiyyətinin içində parçalanma meyillərini gücləndirmək mümkün olmayacaq. Bu ideyanın tarixi kökləri çox dərin deyil, Azərbaycan Cümhuriyyətinin yaranmasından sonra belə bir ideya ortaya çıxdı və daha çox 1990-cı illərdən sonra populyarlaşmağa başladı. Hesab edirəm ki, xüsusilə də 1990-cı illərdə bir az sovet dövründən qalan azərbaycanlı modelinin inkişaf baxımından, etnik mahiyyət baxımından zənginləşdirilməyə çalışılsa da, buna etnik fenomen kimi baxılması yanlışdır. Çünki azərbaycançılıq içində müxtəlif xalqları təmsil edən və dominant olaraq Azərbaycan türklərinin çoxluq təşkil etdiyi, azlığın hüquqlarının məsuliyyət daşıdığı bir modelin tanıtımıdır. Yəni bunu etnik kimlik tanıtım kimi deyil, vətəndaş birliyi modeli kimi təqdim etmək daha faydalıdır. Burada hər kəs fərqli din, dil, mədəniyyət anlayışlarını bir kənara qoyub, birlikdə bərabərlik göstərməyə meyl göstərəcək. Əsas fikiri bu istiqamətə yönləndirmək lazımdır və azərbaycançılıq ideyasını bu yöndə təbliğ etmək daha faydalı olar. Bu həm də elmi cəhətdən əsaslandırılmış müəyyən nəticələr ortaya qoya bilər”.
Bir sözlə, azərbaycançılıq artıq hər birimizin mənimsədiyi bir həyat tərzidir, ancaq bunun üzərində daim dayanmalı və bizi birləşdirən bu dəyərin daha geniş təbliğ olunması istiqamətində addımlar atmalıyıq. Məktəb mühitində, sosial mühitdə, radio və televiziyalarda, internet resurslarında daima yuxarıda qeyd etdiyimiz prinsiplərə, dünyada maraqlarımıza, inkişafımıza cavab verən nə varsa, onu mənimsəməklə və onların cəmiyyətimizin bu vaxta qədər əldə etdiyi dəyərlə uzlaşdırılmasını təmin etməklə xalqımızın inkişafına doğru addım atmaq vəzifəsi hər bir azərbaycanlının qarşısında durmalı və bu istiqamətdə də daima aralıqsız və sistemli şəkildə təbliğat aparılmalıdır.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.
src="/storage/files/upload/cef839d0cc7af59320f3d3185afb3df4ee50f5b9.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO