Xüsusi
Bakı küçələrində pozalar verən aktyor: Azərbaycanda teatr yoxdur, binaları var - FOTO
Qəribə obraza bürünərək Bakı küçələrində pozalar verən Elmin Bədəlov Bakıda “Yay pozaları” adlı performansı ilə diqqət çəkib. O, bu səhnəciyini mayın 29-da Akademik Milli Dram Teatrının önündən başlayaraq Bakının Fəvvarələr Meydanına qədər təqdim edib.
Publika.az">Publika.az aktyorun müsahibəsini təqdim edir:
- Qəribə obraza bürünərək küçələrdə çəkdirdiyiniz fotolar müzakirələrə səbəb olub. Ümumiyyətlə bu çıxışın məqsədi nə idi? Hansı mesajı ötürmək istəyirdiniz?
- Cəmiyyətdə polemika yaratdığım üçün məqsədimə nail olduğumu düşünürəm. Bizim küçələrimiz də fərqli və rəngli olmalıdır. Performansın məqsədinə gəlincə, cəmiyyətin özünü realizəsi, yeniliklərin ortaya çıxması üçün polemikaların yaranması faydalıdır. Mənasına gəldikdə isə bu barədə detallı danışmaq performansı məhdudlaşdırmaq deməkdir. Ümumi desəm, insanların Bakıya, binalara, küçələrə performerin fonunda baxmasını istəyirdim.
- Necə qarşılandı? İnsanlaırn baxışları sizi narahat etmədi?
- Müsbət və mənfi baxışlar var idi. Əlbəttə ki, bunlar məni narahat etmir. Polisin, insanların nə düşünməsindən asılı olmayaraq istədiyim məkanı öz səhnəmə çevirmək mənim üçün birinci hədəfdir. Necə ki, müstəqil teatrların yaranmasında, artmasında rol oynamışdımsa, eləcə də küçə incəsənətinin çoxalmasında rol oynayıram. Onların hansı keyfiyyətdə olmasına sonra da baxmaq olar. Əsas doğuşlardır, sonra dekonstruksiyalar təbii formada öz həllini tapacaq. Ən əsası odur ki, incəsənət üçün illərdir ki, istədiyim effektlərə, nəticələrə nail oluram.
- Elmin bəy, bəs teatrda fəaliyyətiniz haqqında nə deyə bilərsiniz? Hansısa teatrda çalışmaq və ciddi əsərlərdə rol almaq istərdinizmi?
- Hazırda Tiflisdə fəaliyyət göstərən “Open Space” sənədli teatrı ilə 4 illik əməkdaşlığa başlamışam. Teatr, performans, rəqs mənim ayrılmaz hissəmdir. Əlbəttə ki, fəaliyyətimi hər zamankı kimi geniş, şaxəli davam etdirirəm.
ADO və “Marionet” teatrlarındakı fəaliyyətimi isə müvəqqəti dondurmuşam. Çünki hazırda yerli proyektlərlə yanaşı xarici proyektlərə də vaxt ayırıram.
İncəsənətdə isə ciddi, qeyri ciddi adlandırılacaq bir şey yoxdur.
- Teatrlarımız sizin küçə sənətini inkişaf etdirmək arzunuza necə baxır?
- Azərbaycanda teatr yoxdur, binaları var. Teatrların binaları onların göstərdiyi tamaşalardan daha maraqlıdır və baxımlıdır. Ona görə bu teatrların mənim fəaliyyətim haqqında nə düşünmələri, hansı fikir yürütmələri mənə qəti maraqlı deyil. Çünki buna vaxt və enerji xərcləmək istəmirəm, görəcəyim işlər çoxdur.
- Yaxşı, bəs küçə sənətinin inkişafı mədəniyyətimizə hansı töhfə verərcək?
- Teatrlar məktəblilərə illərlə məcburi bilet sataraq onları küsdürüblər. Küçə onlara yenidən çatmaq üçün ən yaxşı üsullardan biridir. Odur ki, küçə incəsənəti təkan rolunu da oynayır.
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO












.jpg)

.jpg)

























