Xüsusi
Müstəqil Azərbaycanın ilk xarici işlər naziri: “Sülh müqaviləsinə onlar mane olurlar”
“İndi hər kəsin arzusu Azərbaycanla Ermənistan arasında böyük sülh müqaviləsinin tezliklə imzalanmasıdır. Əgər bu baş versə, bölgəyə sülh gələcək. Eyni zamanda, bütün region dövlətləri bu sülhdən xeyir götürər. Bu ilin sonuna kimi sülh müqaviləsinin imzalanmasını arzulayıram. Hər halda biz buna hazırıq. Söhbət həm dövlətimizin, həm də xalqımızın Ermənistanla sülhə hazır olmasından gedir”.
Bunu Publika.az-a açıqlamasında müstəqil Azərbaycanın ilk xarici işlər naziri Hüseynağa Sadıqov deyib.
Sabiq xarici işlər naziri bildirib ki, dövlətimiz və xalqımız bundan ötrü hər şeyi etməyə hazırdır:
“Təəssüflər olsun ki, sülh müqaviləsinin imzlanması təkcə bizim istəyimizdən asılı deyil. Bu sənədin imzalanmasını istəməyən başqa qüvvələr də var. Həmin qüvvələr İrəvanla Bakı arasında sülhün bərqərar olmasını istəmir. Yenə deyirəm, tez bir zamanda bölgəyə sülh gəlməsini arzulayırıq. Sülh nə qədər tez sülh əldə olunsa, bütün xalqlar ondan xeyir götürər. Bu sülh müqaviləsindən hamıya yalnız və yalnız xeyir gələcək. Bu sülhün heç kimə zərəri olmayacaq. O cümlədən, Ermənistan üçün də sülh müqaviləsi vacibdir və bu, onlar üçün də xeyir gətirəcək bir addımdır. Eyni zamanda, arzu edirəm ki, tezliklə Zəngəzur dəhlizi də açılsın. İnanıram ki, bu dəhlizin açılması reallaşacaq”.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

