Xüsusi
O müəmma bizi xoşbəxt edir... - Sinan Canan
Müsahibənin birinci hissəsini bu linkdən oxuya bilərsiniz.
- Sinan hoca, pandemiyadan öncə də gündlik həyatımızda stress və gərginlik yaradan hadisələr baş verirdi. Aamma KOVİD-19 bizi alt-üst etdi desəm, yalan olmaz. Mövlana prinsipinə əsaslanaraq nə deyə bilərsiniz, həyatımızın altı üstündən gözəldir?
- Pandemiyaya qədərki həyatımız, qayğılarımız tam başqa idi. Problemlərimizin təməlində həllini təxmin etdiyimiz məsələlər dururdu. İnsanlar planlarını həyata keçirərkən, başlarına pis iş gəlmək ehtimalını, ölə biləcəklərini dərk edirdilər. Bəlkə də qismən iplərin öz əlimizdə olduğu üçün gündəlik əhvalımız daha yüksək idi. Pandemiyadan sonra isə dərin qeyri-müəyyənliyin içinə düşdük. Anladıq ki, ən yaxın və ən uzaq zamanda nə baş verəcəyi böyük müəmmadır. Düzənimiz sərt nəzarətə keçdi, bezdik. Sonra nəzarət yumşaldı, yoluxmaların sayı daha çox artdı. Hardan zərbə vuracağını təxmin belə etmədiyimiz gözəgörünməz düşmənlə savaşmağa başladıq. Xüsusən də planet sakinləri olaraq virus infeksiyası ilə bakteriya infeksiyasının fərqini bilmədiyiiz üçün daha aciz olduq.

- Qorxduq..
- Gigiyenamızı qorumaq üçün insanlar hətta psixoloji sarsıntı keçirtdilər. Çünki virus barəsə bilgisiz idik. Hər kəs özünü sığortalamaq istəyirdi. Bir növ həkimlərin düzgün tövsiyəsini dinləməkdə aciz idik. Çünki qorxumuz bütün informasiya qəbulunu kilidləmişdi. Beləcə sağlam düşünmək qabiliyyətimizi itiririk, heç vaxt etmədiyimiz şeyləri etməyə başlayırıq, həyatdan zövq almırıq. Bütün bu psixi sarsıntıların kökündə isə qeyri-müyyənlik durur. Bəli, insan gələcəkdə baş verəcəkləri təxmin edərək yaşayan canlıdır. Məsələn, biz dərk edirdik ki, qanunları pozmaq cəza ilə nəticələnə bilər. Amma indi vəziyyət tam fərqlidir. Yaşadığımız dünyanın aqibəti bəlli deyil. Əlimizdə sonsuz imkanlar var. Lakin artıq onlardan istifadə edə bilmirik. Çünki bu qədər əsrarəngiz dövrdə heç vaxt yaşamamışıq. Bizə öyrədilən həyatın öz formulu var idi: dərsini oxu, diplomunu al, işləyib pulunu qazan, evlən, nəsil artır, qocal, öl. Yeni formalaşan sistem isə bizə yaddır.
- Psixologiyamızı məhv etmədən bu sistemə necə ayaq uyduraq?
- Zehnimiz mənfi tərəfi düşünür. Çünki bizi qorumağa çalışır. Biz zehnimizi müsbət yönə istiqamətləndirməliyik. Əks halda özümüzü qorxub, üzüb məhv edəcəyik. Lakin bütün bu narahatlığa rəmən müsbət düşünməyi bacaran insanların pozitivliyi bizi xilas edəcək. Odur ki, gəlin birgə məşq edək. Sizi üzən, əsəbləşdirən hadisə barədə danışırsınızsa, cümlənin sonuna “amma” sözünü əlavə edin. Əsas niyyətiniz o “amma” olsun. İnanın ki, hər bir müəmmanın bizi xoşbəxt edəcək tərəfləri var. Yetər ki, görməyi bacaraq.

- Sizcə, pandemiyanın bizə verdiyi pis, yaxşı həyat dərslərini unudacağıq?
- Əmin olun ki, bəli. Pandemiya vasitəsilə həyatını dəyişdirə bilən bir qisim insandan başqa hər kəs əvvəlki həyatına geri dönür. Düşünürəm ki, bu baş verməsin deyə təbliğat aparmağa məcburuq. İnsan unutqan varlıqdır. Tezliklə komfort zonamıza geri dönmək istəyirik. Ümumiyyətlə, istənilən bəladan dərsini alaraq çıxa bilən insanlar dünyamızı gözəlləşdirir. Çünki onlar təcrübələrini niyyətləri ilə birləşdirib planeti sahmana salmaq üçün əllərindən gələni edəcəklər.
Leyla Sarabi
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi
















.jpg)


















.jpg)

.jpg)