Xüsusi
Yəhudi alimdən ŞOK PROQNOZ: "Elə bir enerji ilə qarşılaşa bilərik ki, məhv olarıq..."

“Bizi kosmosun təsirindən qoruyan atmosferi deşib yox etdikcə, çox böyük təhlükə ilə üz-üzə qalacağıq.” Bu sözləri Publika.az-a özəl müsahibəsində yəhudi filosof, Dünya Müdrikləri Birliyinin fəxri üzvü Mixail Laytman bildirib.
- Doktor, adətən itkilərimiz bizim cəsarətimizi də zədələyir. Getdikcə daha qorxaq oluruq. Ümumiyyətlə, bu duyğu ilə necə mübarizə aparaq?
- Hadisələrin gedişatına mane olmamaq... Növbəti saniyə nə baş verəcəyini düşünməmək... Çünki nə baş verəcəyini bilmədiyimiz təqdirdə həll yolu axtarmaq da ağılsızlıqdır. Diqqətinizi bir səmtə yönəltməyin. Düşünməyin ki, bu, mümkünsüzdür. Əsas odur ki, sizin sağlamlığınız üçün ən önəmli seçimdir.
- Bütün ehtimal etdiyimiz təhlükələri heç saymaq?
- Hər gün özünüzə müsbət şeylər təlqin edin. Məsələn deyin ki, hər şeyin yaxşı olacağına inanıram. Əminəm ki, hər şey ürəyimcə olacaq. Çünki mən buna inanıram. Əslində yaxşı və pis proqnozlar verməkdən ümumilikdə imtina etsəniz, daha yaxşı olar. Belə deyim, hadisələri idarə etmək istəyinizi minimuma endirsəniz, qorxu və xof da yaranmaz. Siz durumu idarəniz altına almaq istəyirsiniz, amma bacarmırsınız. Bütün problem də buradan yaranır.
- Bu özü də bir idarə sistemi deyilmi?
- Əslində elədir. Düşün ki, istənilən halda həyatın bir nöqtədə bitəcək. Axı sən dünyanı dəyişəndə qapını kilidləyib, hər şeyi möhürləyib getmirsən. Bu qeyri-müəyyənliyin içində yaxın gələcəyi necə idarə edə bilərsən?! Bunu qəbul et, razılaş və barış! Əslində qorxu hissinin bir müsbət tərəfi var. Səhvlərimizi düzəltmək üçün zaman qazanırıq. Həyat və ölüm məfhumuna münasibətimiz dəyişir.
- Bəs özümüzə nəyi təlqin edək?
- Yaradanın iradəsinin hər şeydən üstün olduğuna inanaq. O, bizim üçün nəyin doğru, nəyin yanlış olduğunu daha yaxşı bilir və bizim düşünməyə sərf etdiyimiz zamanda daha gerçək işlər görür. Sakitləşin, etməli olduğunuz əsas şey də budur. Unutmayın, Yaradan hüzur içindədir, siz də daxilinizdə o sakitliyi tapın. Bu dünyada bizi narahat etməyən yeganə şey rahatlıq və sakitlikdir. Bu zirvəyə çatmaq lazımdır. Bu anla yaşamalıyıq. Var olduğunun detallarına varmadan yaşa. Çayın axını ilə gedin, axına qarşı yox.
- Amma qalaktika da, bəşər də sakit və rahat deyil. Göy cisimləri yaxınlaşır, orbitlər dəyişir. Daha nələr, nələr...
- Təbii ki! Bu, bizə fiziki cəhətdən çox təsir edir. Hər cür problem, günəşin odu, yerin maqnit sahəsi, qütbün dəyişməsi və s. Heç kim nə baş verəcəyini bilmir. Biz ondan çox asılıyıq. Əsasən də bədənimiz. Sanki vücudumuz elektrolit torbasıdır, içərisində hər cür cərəyanlar gəzir, ona görə də təzyiq düşür, qum hissəcikləri bir-birinə sürtündükdə bir az toz fırtınası baş verir və elektrik yaranır - insanlar dəli olur! Bununla da bir qütbün tərsinə çevrilməsi baş verərsə və ya Günəş birdən "asqırar"sa, hər şey sona çatar.
Birdən elə bir enerji ilə qarşılaşa bilərik ki, özümüz məhv olarıq, qalan hər şey təhlükəsiz qalar. Yəni elektromaqnit dalğası bizim orqanizmimizdən başqa hər kəsi və hər şeyi olduğu kimi saxlayar. Bizi kosmosun təsirindən qoruyan atmosferi deşib yox etdikcə, çox böyük təhlükə ilə üz-üzə qalacağıq. Çünki bioloji sistemimiz ətraf mühitə o qədər bağlıdır ki... Bizsə sadəcə asılı olduğu nəsnələrlə davranmağı bacarmayan axmaq məxluqlarıq!
Leyla Sarabi

-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Region19 Sentyabr 23:25
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: Xəsarət alanlar var - Fotolar
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı
-
MDB19 Sentyabr 19:10
Rusiya qırıcıları indi də bu ölkənin hava məkanını pozdu
-
İdman19 Sentyabr 19:00
Piastri Bakıda qaydanı pozdu: Araşdırma aparılır