Nida Təhlil
Sarkisyan Soçiyə Əliyevə təslim olmağa gedir: “Ermənistanı qaranlıq gecə gözləyir”
Bu gün MDB dövlət başçılarının Soçidə sammiti
keçiriləcək.
Publika.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham
Əliyev sammitdə iştirak etmək üçün Soçiyə səfər edib.
Soçidə keçirilən sammitdə Ermənistan prezidenti Serj Sarkisyan da
iştirak edəcək. Sammit çərçivəsində Azərbaycan və Ermənistan
prezidentlərinin görüşəcəyi haqda ehtimallar səsləndirilir. Bununla
bağlı heç bir rəsmi məlumat olmasa da, bir neçə ay öncə
prezidentlərin ilin sonuna kimi Rusiyanın təşkilatçılığı ilə
görüşəcəyi haqda yayılan məlumatlar bu ehtimalı artırır. Hər şey
günün sonunda bəlli olacaq.
“Ermənistanı qaranlıq gecə gözləyir”.
Bu barədə erməni siyasi şərhçi Sarkis Artsruni Soçidə mümkün görüşü
obrazlı şəkildə şərh edərkən deyib.
Erməni şərhçi İrəvanın Soçidə görüşün olmayacağına ümidlər
bəslədiyini qeyd edib. Çünki Moskvanın təşəbbüsü ilə keçirilən
üçtərəfli – Rusiya, Azərbaycan və Ermənistan - Qarabağ görüşü heç
vaxt İrəvanın xeyrinə olmayıb.
“Görüşün olması ehtimalı azdır, görüş olsa belə, ciddi nəticələr
gözlənilmir. Lakin məsələ Rusiyanın təşəbbüsü ilə keçirilə biləcək
görüşdə Ermənistan maraqlarının diqqətə alınmamasından gedir. Bu
baxımdan, görüş olarsa, Soçidə Ermənistanı qaranlıq gecə
gözlədiyini deyə bilərik. Ermənistan hakimiyyəti isə bunu bilə-bilə
Rusiya qarşısında boyun əyir. Belə demək mümkünsə, Serj Sarkisyan
Soçiyə Putin və Əliyevə təslim olmağa gedir”, - deyə o
vurğulayıb.
Ermənistanı narahat edən məqam üçtərəfli görüşdə ərazilərin azad
olunması məsələsinin əsas prioritet məsələ kimi müzakirəsidir.
Rusiya öz planını həyata keçirməkdə israrlı görünür. Söhbət ilkin
mərhələdə 5 rayonun azad olunması, sonrakı mərhələlərdə digər
rayonların taleyi və Qarabağın statusunun müzakirəsindən gedir.
Kremlin ideoloqu hesab olunan Aleksandr Duqin də ötən həftə bunu
təsdiqlədi və qeyd etdi ki, “prezidentlərin görüşündə 5 rayonun
qaytarılması müzakirə ediləcək”.
Lakin o da mümkündür ki, Soçidə görüş olmasın, əvəzində Rusiya hər
iki tərəflə müzakirə edərək, prezidentlərin gələcək görüşünün
vaxtını müəyyənləşdirsin.
Erməni siyasi şərhçi Aram Amatuni isə yazır ki, əsas məsələ "kim
güzəştə getdi” sualıdır”.
Onun sözlərinə görə, Ermənistan “atəşkəsə nəzarət mexanizmi”ni
danışıqlara başlamaq üçün ilkin şərt kimi irəli sürürdü.
“Lakin prezidentlərin görüşə hazırlaşdığı vaxtda heç kim bu haqda
danışmır. Bu da “kim güzəştə getdi” sualını yaradır. İrəvanda
siyasi təbliğatçılar Azərbaycanın güzəştə getdiyini israrla
bildirirlər, hərçənd, bu, inandırıcı deyil və inandırıcı olması
üçün kiçik arqument belə yoxdur. Əslində, bütün bu təbliğat
Ermənistanın geri çəkildiyini ört-basdır etməyə hesablanıb”, - deyə
o bildirib.
A.Amatuni Dağlıq Qarabağ cəbhəsində güclü silahlanmanın getdiyini
qeyd edib: “Azərbaycan ordunu hər keçən gün daha güclü və hazır
vəziyyətə gətirir. Bu da Ermənistan üzərində böyük təzyiq deməkdir.
Beynəlxalq ekspertlər hesab edirlər ki, yaxın günlərdə danışıqlarda
hər-hansı tərpəniş olmasa, bu, regionda böyük risklər yaradacaq.
İndiki məqamda görünən odur ki, prezidentlərin Soçidə, yaxud başqa
bir yerdə görüşməsinin o qədər də əhəmiyyəti yoxdur. Əhəmiyyətli
olan budur ki, danışıqlar “Madrid prinsipləri” əsasında
hazırlanır”.
Asif
-
Region01:11İranda sükut yenidən pozuldu - Xəbərdarlıq atəşi açıldı
-
Avropa00:15Niderlandda azərbaycanlı gənc faciəvi şəkildə öldü
-
Magazin100:00Sabah Rəvan Qarayevin toyudur
-
Magazin128 May 21:48"Yalandan deyir ki, sənin adındır"
-
MDB28 May 21:36Lukaşenko süni intellektlə bağlı çağırış etdi - “Çin lideri dedi ki...”
-
Magazin128 May 20:00"Bağda gördüyüm ilanı öpüb tumarladım"
-
Ekologiya28 May 19:55Nazirlikdən XƏBƏRDARLIQ - Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun
-
Sosial28 May 19:12Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı




































