Nida Təhlil
Musabəyovun erməni mediasına sensasiyalı Qarabağ MÜSAHİBƏSİNİN 5 SİRRİ - Bakının yeni PLANI
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov
Ermənistanın “arminfo” agentliyinə müsahibə verib. Sensasiya sayıla
biləcək müsahibədə Musabəyovun Dağlıq Qarabağla bağlı səsləndirdiyi
fikirlər Bakının 11 aprel prezident seçkilərindən sonra ərazilərin
azad olunması istiqamətində “yol xəritəsi”ni tətbiq edəcəyi
ehtimalını önə çıxarır.
Musabəyov Ermənistan KİV-inə müsahibəsində Azərbaycanda seçkilərin
vaxtının dəyişdirilməsinin Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması ilə bağlı olduğunu, rəsmi Bakının vaxt itirmək
istəmədiyini qeyd edib.
“Azərbaycandakı seçkilərdən sonra nizamlanma prosesində qarşılıqlı
kompromislər tamamilə realdır. Tərəflər münaqişənin həllinə
mərhələlərlə, qarşılıqlı güzəştlərlə və əvəzində müəyyən bonuslar
əldə etməklə irəliləyə bilərlər. Yəni tərəflər dərhal hər şeyi əldə
etmir, addım-addım, güzəştlərə gedə-gedə həllə yaxınlaşır. Məsələn,
“çərçivə razılaşması”nın qəbulundan dərhal sonra birinci mərhələdə
2-3 rayon boşaldılır, əvəzində Azərbaycan və Türkiyə Ermənistanla
bütün kommunikasiyaları açır. Bu, elə də az deyil. Xüsusən nəzərə
alanda ki, Ermənistan Türkiyə üzərindən Avropaya və Yaxın Şərqə,
Azərbaycan üzərindən isə İrana və Rusiyaya dəmir yol çıxışı əldə
edir. Qarşılıqlı etimadın möhkəmləndirilməsi və qarşıdurmanın
azalması tərəflərə növbəti addıma keçməyə imkan verəcək. Bu
mərhələdə Dağlıq Qarabağın aralıq statusu razılaşdırılacaq.
Əvəzində isə daha 2-3 rayonun işğaldan azad edilməsini həyata
keçirmək mümkündür. Nizamlama prosesində pozitiv dinamikanı təmin
etmək mümkündür və artan qarşılıqlı etimad atmosferində bu gün
həlli mümkün görünməyən bir çox məsələləri həll etmək olar”, - deyə
Musabəyov bildirib.
Mümkündür ki, Musabəyovun bu müsahibəsi Bakının Dağlıq Qarabağ
planının bir parçasıdır. Yəni, Azərbaycan tərəfi seçkidən dərhal
sonra münaqişənin həlli istiqamətində real addımlar atılmasını
istəyir və bunun üçün yeni “yol xəritəsi” də hazırlanıb. Əslində
seçkinin vaxtının 11 aprelə - Ermənistanda keçiriləcək seçkilər
ərəfəsinə salınmasının arxasında da bu plan dayanır.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Bakı yeni “yol xəritəsi”ni Ermənistan mediasında açıqlamaqla 5
hədəfə nail ola bilər:
Birinci: İşğalçı Ermənistan rejimini konstruktiv
mövqeyə dəvət edir və Ermənistan mediasının üzərindən təkliflərini
erməni ictimaiyyətinə təqdim edir. Bu, ilk növbədə Ermənistan
hakimiyyətinin erməni ictimaiyyətini “Azərbaycan sülh istəmir”
iddiaları ilə aldatmasının qarşısını ala, həmçinin, Ermənistanda
müharibə istəməyən böyük kəsimin hakimiyyət üzərində “münaqişənin
həllinə razılaş” təzyiqini artıra bilər.
İkinci: Musabəyov müsahibəsində münaqişənin həlli
nəticəsində Ermənistanın əldə edəcəyi iqtisadi dividendləri
açıqlayır. Ermənistan işğala son qoyarsa, bölgədəki layihələrə
qoşula, kommunikasiya yolları açıla bilər. Bu, faktiki olaraq,
Ermənistanın düşdüyü ağır iqtisadi vəziyyətdən xilas yoludur.
Bakının bu mesajı işğalçı rejimə yox, erməni ictimaiyyətinə
hesablanıb. Çünki Ermənistanda müharibədən varlanan hakimiyyət
ölkənin düşdüyü ağır vəziyyətin günahkarı kimi Azərbaycanı
göstərir. Azərbaycanın “yol xəritəsi”nin erməni mediasında
açıqlanması işğalçı rejimin ermənilər üzərində oynadığı oyunu da
ortaya çıxarır. Mümkündür ki, bu, erməni ictimaiyyətində
müharibədən qazanc əldə edən Sarkisyan hakimiyyətinə qarşı etiraz
əhval-ruhiyyəsini qaldıracaq.
Üçüncü: Bakı bu “yol xəritəsi”ni Ermənistanda
apreldə keçiriləcək seçkilərdən öncə gündəmə gətirməklə incə gediş
edir. Çünki Azərbaycanın münaqişənin həllində maraqlı olması erməni
ictimaiyyətinin “Qarabağ klanı”nın müharibə ritorikasına qarşı
çıxması və seçkidə ümumi rəyə təsir etməsi ilə nəticələnə
bilər.
Dördüncü: Bakı bununla həm də Dağlıq Qarabağda
qondarma rejimin təzyiqi altında yaşayan erməni vətəndaşlarına da
çıxış yolu göstərir.
Beşinci: Azərbaycan Ermənistana son olaraq şərt
irəli sürür: razılaşmasalar, status-kvonu saxlamaq mümkün olmayacaq
və müharibə başlayacaq. Və bunun Ermənistan mediasında
açıqlanmanması erməni ictimaiyyətinə gələcək müharibənin əsl
günahkarının İrəvan rejimi olduğunu göstərmək gedişidir.
Azərbaycan ərazilərinin azad olunması üçün son diplomatik həmləsini
edir və böyük ehtimalla bundan sonra seçiləcək variant müharibə
olacaq.
Asif Nərimanlı
-
İdman13:51
İlk silahımız bu olmalıdır - Qurban Qurbanov "Lion"a hansı sürprizi hazırlayıb?
-
Region12:50
Məşhur futbolçu Gürcüstan prezidenti ola bilər - FOTO
-
Hadisə12:13
Zümrüd Yağmur axtarışa verildi
-
İdman11:52
Ayrıldıqdan sonra daha yaxşı oynayır: Ulduz futbolçunun həyatını "zəhərləyən" gözəl kimdir? - FOTOLAR
-
Maraq dünyası11:40
Bu iki bürcdən olan insanlar qeyri-adi qüvvəyə malikdir
-
Dünya10:44
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
-
Sosial10:25
Şəhid ailələri ilə bağlı daha bir QƏRAR
-
Sosial09:54
Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...