Avropa
Nazir sevgililərindən porno videolar istədi – Britaniyada növbəti SEKS QALMAQALI
Kiçik biznes işləri üzrə Britaniya naziri Endrü Qriffits seksual xarakterli yazışmanın KİV-in əlinə düşməsindən sonra istefa verib.
Publika.az xəbər verir ki, bu haqda “SkyNews” kanalı bildirib.
Britaniyanın tabloid nəşri “The Mirror”un əlinə təxminən iki min mesaj keçib. Nazir mesajları iki tanış qadına göndərirdi. Qriffits onlara açıq şəkillər və videolara əvəz olaraq pulu təklif edirdir.
Məlumata görə, nazir postunu hələ mesajların “The Mirror” tərəfindən dərcinə qədər tərk etməyə qərar vermişdi.
Qriffits KİV üçün bəyanatda bildirib ki, öz davranışına görə dərin peşmanlıq keçirir. Onun sözlərinə görə, davranışı ilə ailəsinə əziyyət verib. O, həmçinin baş nazir Tereza Mey və hökumətdən üzr istəyib. Qriffits etiraf edib ki, oxşar hadisənin təkrarlanmaması üçün ona peşəkar kömək lazımdır.
Qeyd edək ki, bu, seks qalmaqalı ilə əlaqədar olaraq Britaniya hökumətində birinci istefa deyil. Müdafiə naziri Maykl Fellon ötən ilin noyabrında 15 il əvvəl baş vermiş qalmaqala görə postunu tərk edib.
2017-ci ildə İngiltərənin beynəlxalq ticarət üzrə kiçik naziri, Mühafizəkarlar Partiyasından olan deputat Mark Qarnyenin adı seksual zorakılıq qalmaqalında hallanıb. O, öz köməkçisinə seks-oyuncaqlar almaq barədə göstəriş verməkdə ittiham olunub.
Məsələ parlament əməkdaşları arasındakı vatsap yazışmasının ortaya çıxması ilə alovlanıb.
Böyük Britaniyanın baş naziri Tereza Mey seks-qalmaqala görə üzr istəyib.
2017-ci il iyun-oktyabr aylarında isə Britaniya parlamentinin əməkdaşları 24 mindən çox porno saytlara girməyə cəhd ediblər.
Parlamentin hər iki palatasının kompüter parkı 8,5 min qurğudan ibarətdir. Onlardan deputatlar, onların köməkçiləri və başqa əməkdaşlar istifadə edirlər.
Statistik məlumatları “Wi-Fi Qostevi” qeydə alıb. Hakimiyyət nümayəndəsinin sözlərinə görə, bütün porno saytlar (bir gün ərzində təxminən 160 dəfə, başqa sözlər, hər 9 dəqiqədən bir cəhd) daxil olmaq cəhdləri bloklanıb.
Ömər
-
Magazin106:16“Eşref Tek”in tərəf müqabili bəlli oldu - FOTO
-
Avropa05:45Tutduğu balıq sayəsində milyonçu oldu
-
Dünya04:44Ordular birləşdi, genişmiqyaslı əməliyyat başladı
-
Sosial03:43Bu rayonların bir sıra ərazilərində işıq olmayacaq
-
Hadisə02:42Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - VİDEO/YENİLƏNDİ
-
Magazin202:12Elza çiyinləri açıq libasda poza verdi - FOTO/VİDEO
-
Magazin101:11Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni FOTOLARI
-
Kriminal00:45Azərbaycanda molla arvadını qətlə yetirdi - Təfərrüat















.jpg)













.jpg)



