Avropa
Sisinin həbsi tələb olunur - Avropadan ŞOK ADDIM
Misir Prezidenti Əbdülfəttah Sisinin həbsi tələb olunur.
Publika.az xəbər verir ki, Mərkəzi Londonda yerləşən Beynəlxalq Ədalət Palataları (Guernica 37) London Terrorla Mübarizə Təşkilatından Sisinin İngiltərəyə səfərindən əvvəl Misir hökuməti və dövlət qurumları əleyhinə işgəncə iddialarının istintaqını istəyib.
“Guernica 37” Misirin demokratik yolla seçilmiş ilk prezidenti Məhəmməd Mursinin məhkəmə iclasında ölməsində Sisini günahlandırır.
Təşkilata müraciət məktubunda Mursinin ölümü və ölümündən əvvəl onun işgəncəyə məruz qalması faktının araşdırılması tələb olunub. Açıqlamada Mursinin işgəncəyə məruz qalmasından Sisinin xəbərsiz olmadığı, bu işgəncələr səbəbindən öldüyü vurğulanıb. Bildirilib ki, Mursinin ölümünə səbəb olanların cəzasız qalmasına icazə verilməyəcək.
Məhz buna görə Sisi haqqında həbs qətimkan tədbirinin seçilməsi tələb olunub.
Qeyd edək ki, “Guernica 37” daha əvvəl Birləşmiş Millətlər Təşkilatından Mursinin ölümü ilə bağlı müstəqil araşdırma aparılmasını tələb etmişdi.
Xatırladaq ki, “Müsəlman Qardaşlar”ın əfsanəvi liderlərindən biri olan Məhəmməd Mursi 2012-ci ildə demokratik üsulla prezident seçilmişdi. Dövlət çevrilişi ilə prezidentlikdən uzaqlaşdırılaraq həbsə atılan Mursi 17 iyun 2019-cu ildə məhkəmə iclasında ürək infarktı keçirərək ölmüşdü.
Zümrüd
-
Magazin209:43Məşhur aktyor öldü
-
İKT09:32Bu ölkə süni intellektə 9 milyard dollar ayırır
-
Dünya09:00Çinin ən böyük dəniz yatağı REKORD QIRDI
-
Magazin207:47Məşhur bəstəkar vəfat etdi - FOTO
-
Magazin206:16“Polat” onlarla birgə şamı üfürüb tortu kəsdi - FOTO
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO











.png)
















