Avropa
Yunanıstandan tarixi etiraf: “Hər şeyi Türkiyənin qorxusundan etdik”
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyə ilə yaşanan problemlərə görə ölkəsinin silahlı qüvvələrinin çəkindirici gücünü artırmaq üçün etdikləri investisiyaların əhəmiyyətli bir hissəsinə ehtiyac duyduqlarını bildirib.
Publika.az xəbər verir ki, bu barədə o, 88-ci Beynəlxalq Saloniki Sərgisi çərçivəsində təşkil edilən mətbuat konfransında danışıb.
Junalistlərin suallarını cavablandıran Mitsotakis Türkiyə ilə bağlı bunları deyib: “Türkiyə ilə normallaşma prosesinin çətinliklərinin fərqindəyik, lakin vəziyyəti birmənalı şəkildə qiymətləndiririk, realist yanaşma və müsbət inkişaflara diqqət yetiririk".
Mitsotakis Türkiyənin "Mavi Vətən"lə bağlı fikirlərinin dəyişmədiyinin fərqində olduğunu ifadə edərək, Egey və Şərqi Aralıq dənizində dəniz yurisdiksiyası sahələrinin müəyyən edilməsində əsas çətinliyin bu vəziyyət olduğunu müdafiə edib.
"Əgər yaxın bir neçə onillikdə Türkiyə ilə problemlərimizi həll edəcəyimizi düşünsəydik, silahlı qüvvələrimizin çəkindirici gücünü artırmaq üçün etdiyimiz investisiyaların əhəmiyyətli bir hissəsinə ehtiyacımız olmayacaqdı", - o qeyd edib.
Ukraynadakı müharibədə bəzən çox ucuz silah sistemlərinin daha səmərəli olduğunu gördüklərini ifadə edən Mitsotakis, "Bu səbəbdən Müdafiə Nazirliyimizlə birlikdə Yunanıstanın öz yeniliklərini dəstəkləməyə əhəmiyyət veririk" deyib.
Akqabay
-
Sosial13:30Əli Əsədov qərar imzaladı
-
Yaxın Şərq13:00Litani çayından Hermon dağına qədər: İsrail bu ölkələrin ərazisini tutacaq
-
Nida Xəbər 12:31Ermənistanın 20 vətəndaşı Azərbaycana gəldi: Bakıda nə planlaşdırılır?
-
ABŞ11:36Netanyahu bu planı Obamaya da təqdim edibmiş, amma... - Con Kerri sirri açdı
-
Elm və təhsil11:27Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
-
Magazin110:00Xalq artisti rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Dünya09:18Tramp onu təhqir edib - Şok iddia
-
Magazin208:48Rep pioneri vəfat etdi - FOTO













.jpg)



























