Avropa
Ukraynaya raket hücumu: 10 nəfər həlak oldu
Noyabrın 17-də axşam saatlarında Rusiya ordusunun Ukraynanın Sumı şəhərinə həyata keçirdiyi raket zərbəsi nəticəsində azı 10 mülki şəxs həlak olub. Onlardan ikisi uşaqdır.
Bu barədə Publika.az Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla məlumat yayıb.
Qeyd olunur ki, bazar günü Rusiya Ordusu Sumının sıx məskunlaşmış ərazisinə raket zərbəsi endirib və raket doqquzmərtəbəli yaşayış binasının yaxınlığına düşüb.
Raket zərbəsi nəticəsində 55 nəfər yaralanıb ki, onlardan da 8-i uşaqdır.
Hazırda dağıntılar təmizlənir, ölən və xəsarət alanların sayının artacağı istisna edilmir.
-
Avropa09:55Hava limanında müəmmalı insident: Uçuşlar dayandırıldı, polis axtarışlara başladı - FOTO
-
Sağlamlıq09:37Başqalarının "uğur vitrini": Sosial şəbəkələr özünəinamı necə sarsıdır?
-
Hadisə09:19Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Avropa08:48NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir - 1500 hərbçi...
-
Avropa07:30Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16“Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...


































