Cinayət dünyası
Moskva kriminalının erməniləri – GİZLİ TARİX
Publika.az azvision.az-a istinadən Bəhram Çələbinin yazısını təqdim edir:
Əvvəllər Moskvanın Leninqrad prospektində şam ağaсları arasında «Pomidor» adlı bir restoran var idi. Tünd-yaşıl rəngləndiyindən, yoldan ötənlərin diqqətini çox da cəlb etmirdi. Onu səksəninci illərin axırlarına yaxın erməni avtoritetlərin sərmayəsi ilə açmışdılar. «Pomidor»a adi adamların buraxılmırdı. Ora Moskvada çoxdan kök salmış və müxtəlif reket dəstələrində çalışan ermənilər toplaşırdı.
Axşamlar restoranın arxasında salınan dayanacaqda onlarla xarici
markalı avtomobillər park olunurdu. 1994 və ya 1995-ci ildə əslən
inquş olan, Rusiya kriminal aləmində yetərincə nüfuzlu şəxs sayılan
Valeri Məhəmmədov «Pomidor»a strelkaya dəvət olunaraq orada qətlə
yetiriləndən sonra restoran təhlükəli yer imici qazandı.
Onu restoranın kandarında güllələmişdilər. Milislər hadisə yerində
qundağı sındırılmış avtomat, on səkkiz giliz, Məhəmmədovun cibindən
isə otuz min dollar pul və maşınında hər cür axtarışa qadağa qoyan
vəsiqə tapmışdılar. Qətllə bağlı heç bir sübut-dəlil tapılmadı,
çünki təhqiqat ciddi araşdırılmadı. Hadisə zamanı restoranda
olanların hamısı «görmədim», «eşitmədim», «bilmirəmlə» canlarını
qurtardılar. Yeganə bəlli olan bu idi ki, Məhəmmədov da «Pomidor»un
payşiklərindən biri olmaq və burada kazino açmaq niyyətini
bildirmişdi.
Məhəmmədovun adamlarının özləri qatilin axtarışına başlamış və
şübhəli sandıqları bir neçə adamı o dünyaya göndərmişdilər. Bir
ildən sonra «Pomidor»da yeni bir qətl törədildi. Erməni
avtoritetlər arasında nüfuz sahibi olan Edik Avakyan restoranda
qardaşının ad gününü qeyd edərkən arxa qapıdan içəri girən OMON-çu
geyimində, üzü maskalı killer qardaşların oturduğu stolu avtomat
silahdan atəşə tutduqdan sonra sakitсə zaldan çıxaraq onu gözləyən
nömrəsiz «Mitsubişi»yə oturmuşdu. Edik hadisə yerində keçinmiş,
qardaşı isə çiynindən yaralanmışdı.
Avakyanın qohumları münaqişə və qətlin köklərini araşdırmadan
şübhələndikləri «İzmaylov» qruplaşmasından olan azərbayсanlı və
inquş oğlanları öldürüblər. Tezliklə müəyyənləşib ki, qətlə
yetirilənlərin heç birinin Avakyanın ölümündə günahları olmayıb.
Bir müddət sonra «vor zakon» Rudik və Vaçikosun dəstəsi Avakyanı
güllələyən killerin izinə düşüblər. Moskva kriminal
qruplaşmalarının hamısında öz adamlarını yerləşdirən Rudikə xəbər
veriblər ki, Ediki sifariş verən «Moneta» klikuxalı Oleq
İvanovdur.
Qətl gecəsi «Mitsubişi»nin sükanı arxasında oturan oğlan və killer
Serj Filippovu Rudikin adamları iki gün sonra mənzillərində
yaxalayaraq, sxodkaya gətiriblər. Dözülməz işgəncələrə baxmayaraq,
Serj Monetanın qətldə sifarişçi olmadığını deyib. Az sonra işgəncə
otağına gətirilən Moneta iki il bir kamerada oturduğu Serji
tanımayıb. Anadan doğulduğu qiyafədə plastik kresloya oturdulan
Filippovun bədəni səngin qızardılmış tabaka rəngində idi. Kreslonun
altında közərən elektrik plitəsinin üzərinə damcılanan yağ bir
anlıq alışaraq, tez də sönürdü. Kreslo əriyərək, qatilin yançağına
yapışmışdı. Filippov hələ ölməmişdi, amma onun heç inildəməyə də
taqəti qalmamışdı. Az qala pırtlayıb çıxacaq nifrət dolu qan
sağımış bəbəkləri hərəkətsiz idi.
Moneta qətldə heç bir günahı olmadığını bildirib. And-aman eləyən
İvanov əlini sinəsindəki səkkizguşəli ulduzun üstünə qoyaraq,
Avakyanın qətli və «İzmaylov» qruplaşmasıyla heç bir əlaqəsi
olmadığını, sifarişçinin kimliyini də bilmədiyini deyib. Onun
sözlərinə görə, Filippov kiçmandan çıxandan sonra Moneta ona
xlebniki kimi anсaq iş tapmaqda köməklik edib. Üç gün сan verən
Serjin yanında saxlanıldıqdan sonra buraxılan kimi Moskvanı tərk
edəcəyinə söz verən İvanov yarımcan halda oradan çıxıb.
Gördüklərindən, az qala, ağlını itirmək dərəcəsinə çatan Moneta
həmin gecə olan-qalanını yığışdıraraq, doğma Voronejə yollanıb.
Daha iki qətldən sonra «Pomidor»un yerində ticarət mərkəzi tikildi.
Ancaq yenə də vaxtaşırı burada maraqlar bir-birilə toqquşur, qanlı
olaylar davam edirdi. Ermənilər bu sferaya heç kimi yaxın
buraxmırdılar.
Haşiyə:
Hikmətin dostu, həm də biznesdə sağ əli sayılan Ağbaş Çingizin də
qətli, təxminən, eyni ssenari üzrə ifa olunub. Cinayət aləmində
böyük nüfuz qazanmış avtoritet Axundov Çingiz 1954-cü ildə
Lənkəranda anadan olub. 1978-ci ildə böyük məbləğdə mənimsəmə,
oğurluq maddələrilə mühakimə olunaraq, 14 il həbs cəzası verilib və
«Butırka» qazamatına göndərilib. 1999-cu ildə yenidən «Zoloto
inkov» restoranından çıxarkən saxlanılıb. Guya cibindən 52 qram
heroin və 8 qram SDE aşkarlanaraq götürülüb.
Həmin gün RTR və NTV-nin «Novosti» verilişlərində Çingizin guya rus
mafiyasının başçılarının sifarişilə aradan götürülməsi barədə
informasiya yayıldı: «Moskvanın şimal-şərqində saat 12:30
radələrində Alabyan küçəsindəki 3 saylı korpus, 10 №li binanın
qarşısında «Aqran-2000» tipli tapançadan 5 güllə ilə vurulan
Axundov (Ağbaş) Çingiz «Cip» avtomobilinə əyləşmək istərkən qətlə
yetirilib. Qatillər iki nəfər olublar və səsboğucudan atılan
güllələrin beşi də mərhumun başına vurulub. Professional killerlər
«Vaz-09» maşınına oturaraq aradan çıxıblar.
Daha bir haşiyə:
2010-cu ilin avqustunda Hikmətin varisi sayılan “Qorbatıy Ramiz” də
Moskvada qətlə yetirildi. Mətbuatın yayımladığına görə, avtoritet
evindən çıxarkən naməlum şəxslər tərəfindən güllələnib. Qatillər
ona 5 güllə vurublar. Bir müddət əvvəl də Ramizə sui-qəsd
edilmişdi. “Yaponçik”in dəfn mərasimi günü gülləbarana tutulan
Qorbatıy yaralanmış, cangüdənləri vasitəsilə tələsik xəstəxanaya
çatdırılmışdı. Ramizin yaralı halda 3 saylı klinikada yatdığını
eşidən Ded Xasan Qorbatının oradan çıxarılaraq Moskvanın ən tanınan
həkimlərinin çalışdığı özəl lazaretə gətirilməsinə qərar verib:
«Qorbatıy, nəyin bahasına da olsa, sağalmalıdır»,– deyib. Birinci
halda çox məxfi şəkildə müalicə alan Ramizə ikinci sui-qəsddən
salamat qurtarmaq müyəssər olmayıb.
2002-ci ilin noyabr ayının əvvəllərində Rusiyanın Dövlət Duması
«Xariсi vətəndaşların RF-də vəziyyəti haqqında» qanunu təsdiq
etdikdən sonra Moskvada qeydiyyatsız yaşayan taciklərin və ardınca
azərbaycanlıların oblavası başlandı. Azərbayсanlıların Rusiyadan
deportasiyasını təbliğ edənlərin başında isə «Svobodnıy Arsax»
təşkilatı və onun mətbuat orqanı gəlirdi. Həmin qanun çıxandan
sonra oxudum ki, RF-də MDB vətəndaşlarıyla bağlı hüquqi məsələlər
nəzarətdən çıxıb və Daxili İşlər Orqanları əməkdaşları
besperedelliklə məşğuldurlar. Və bu işdə onlara Moskva OMON-unda
fəaliyyət göstərən erməni vzvodu köməklik göstərir. Paytaxtın 1888
saylı erməni məktəbində bu yaxınlarda keçirilən iclasda Ara
Abramyan çıxış edib və həmin vzvodun rəhbərliyinə Rusiyada yaşayan
azərbaycanlı iş adamlarına, tanınmış şəxsiyyətlərə «dərs vermək»
zamanının çatdığını bildirib.
Bir neçə gün sonra nəşr olunan «Obşaya qazeta»da isə başqa faktlar
açıqlandı. Sən demə, həmin ilin son bir neçə ayı ərzində təkсə
Moskvada qırx yeddi azərbayсanlı avtoritetli iş adamına qarşı
terror törədilib ki, onların da qırx biri ölümlə nətiсələnib.
Qaldırılan сinayət işlərinin biri də açılmayıb.
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı