Dünya
Azərbaycanlı milyarder Putindən kömək istədi
Rusiyanın “Lukoyl” neft şirkəti 2015-ci ildə neft hasilatını 86 milyon ton səviyyəsində saxlamağı planlaşdırır.
Publika.az “İnterfaks” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Vahid Ələkbərov Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşdə bildirib.
“Biz 2015-ci ildə Rusiya ərazisində 86 milyon ton neft hasil etməyi planlaşdırırıq. Yeni yataqların hesabına hasilatı kompensasiya edirik”, - Vahid Ələkbərov deyib.
Neft şirkətinin azərbaycanlı rəhbəri əlavə edib ki, hazırda vəziyyət daha mürəkkəbdir. O, şirkətin kəşfiyyat-axtarış işlərinin quru ərazi ilə məhdudlaşdığını bildirib. Vahid Ələkbərov şirkətin Xəzər dənizində də geoloji kəşfiyyat işlərini praktik olaraq dayandırdığını vurğulayıb. Onun sözlərinə görə, şirkət 2014-cü il ərzində Qərbi Sibirdə neft hasilatını sabitləşdirə bilib.
Vahid Ələkbərov həmçinin qeyd edib ki, şirkətdə hələ geoloji-kəşfiyyat işləri aparılmayan yeni ərazilərin mənimsənilməsi ilə bağlı təşəbbüslər var. “Lukoyl” prezidenti yeni layihələrin reallaşdırılmasına dəstək üçün Vladimir Putinə müraciət edib. Rusiya prezidenti təşəbbüslərin həyata keçirilməsi üçün dəstək verəcəyinə söz verib.
“Lukoyl” prezidenti qeyd edib ki, şirkətin planlarında Arxangelsk vilayətində almaz hasilatının artırılması da var. Onun sözlərinə görə, şirkət 2015-ci ildə 1,5 milyon karat almaz çıxarmağı planlaşdırır.
Qeyd edək ki, “Lukoyl” Açıq Səhmdar Cəmiyyəti dünyada ən böyük neft-qaz şirkətlərindən biridir. Şirkətin payına dünya neft hasilatının 2 faizi düşür. 2012-ci ilin sonuna olan məlumata görə, şirkətin sübut edilmiş karbohidrogen ehtiyatları 17,3 milyard barel təşkil edir.
Ömər Dağlı
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq
-
Magazin130 May 22:24Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO
-
İdman30 May 20:36Əfsanə geri dönür?
-
Sosial30 May 20:24Depressiya görün necə müalicə edilir - Tibbdə yenilik
-
Magazin130 May 20:12Qızları Rəvanın toyunda - VİDEO

























.jpg)









