Kremldən bu ölkəyə xəbərdarlıq: Hədəfdə olacaqsınız
Bizi izləyin

Dünya

Kremldən bu ölkəyə xəbərdarlıq: Hədəfdə olacaqsınız

Kremldən bu ölkəyə xəbərdarlıq: Hədəfdə olacaqsınız

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Litva hakimiyyətinin ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın ləğvini müzakirə etməsinə münasibət bildirib.

Publika.az xəbər verir ki, Peskov bu addımın bölgədə gərginliyin yeni mərhələyə keçməsinə səbəb ola biləcəyini deyib.

Onun sözlərinə görə, Litva öz ərazisində nüvə silahı yerləşdirsə, bu silah Rusiyaya qarşı yönələcək.

“Bu, gərginliyin artması baxımından çox ciddi bir eskalasiya olacaq. Əgər öz ərazinizdə nüvə silahı yerləşdirirsinizsə, deməli, o, kiməsə qarşı yönəlib. O, şərqə, yəni bizə tərəf yönələcək”, - Peskov bildirib.

Kremlin sözçüsü əlavə edib ki, Litva ərazisində Rusiyaya yönəlmiş nüvə silahı yerləşdirilərsə, həmin ölkə də Rusiyanın nüvə silahlarının hədəfinə çevriləcək.

Peskovun sözlərinə görə, belə bir vəziyyət regionda gərginliyin daha da artmasına gətirib çıxara bilər.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm