Hadisə
"İraq Hava Yolları"nın menecerini qətlə yetirən şəxsə 20 illik HƏBS TƏLƏBİ
Bakıda “İraq Hava Yolları” şirkətinin ofisində qətl törədən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
O, Elşən Bəşirovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, bu il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən Dəmirçi Plaza MMC-nin binasında icarə əsasında fəaliyyət göstərən “İraq Hava Yolları” şirkətinə məxsus ofisdə qətl hadisəsi baş verib.
Həmin şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer Əli Ağalını qətlə yetirib. O, qətli “COBALT” markalı tüfənglə törədib.
Hadisədən əvvəl Elşən Bəşirov idarə etdiyi “Toyoto” markalı avtomobillə hava limanına gedib. Avtomobildə Əli Ağalı da olub. Yolda mübahisə yaranıb. Elşən Bəşirov evə qayıdaraq ov tüfəngini götürərək ofisə gəlib, Əli Ağalını öldürüb.
Hacı Zeynalov
-
Nəqliyyat19:50Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama
-
Hadisə19:408 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - Foto
-
Rəsmi xronika18:10İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Foto/Video/Yeniləndi
-
Dünya17:26İrandan qeyri-adi QƏRAR: Tramp və Netanyahunu öldürən mükafatlandırılacaq
-
Sosial17:01İlham Əliyev Can Quoçini qəbul etdi
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı
















.jpg)


.jpg)
















.jpg)


