Bu ölkənin baş nazirinin oğlu Türkiyədə öldü
Bizi izləyin

Hadisə

Bu ölkənin baş nazirinin oğlu Türkiyədə öldü

Bu ölkənin baş nazirinin oğlu Türkiyədə öldü

Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybenin böyük oğlu Əbdürrəhman Dibeybe vəfat edib.

Publika.az xəbər verir ki, Baş nazir bununla bağlı sosial media hesabından açıqlama verib.

“Canım oğlum birdən-birə və heç bir xəbərdarlıq etmədən məni tərk etdi. Oğlum valideynlərinə hörmət edən, vəzifəsini yerinə yetirən bir insan idi. Allah sənə rəhmət eləsin”,-deyə Baş nazir əlavə edib.

Liviya mətbuatında yer alan xəbərdə xəstəliyi irəliləyən 38 yaşlı Əbdürrəhman Dibeybenin bir müddət əvvəl köçürüldüyü İstanbuldakı xəstəxanada vəfat etdiyi paylaşılıb.

Türkiyənin Tripoli səfirliyi sosial media hesabında Dibeybe ailəsinə başsağlığı verib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm