Köşə
İndiyədək onsuz necə yaşamışam?
Leyla Sarabi
Bəzən boynuna almaqdan qorxduğun yükü çiyninə alıb daşıyırsan. Hər ötən gün bir az-bir az alışırsan yükünə. Hətta bir gün özünə elə yuva qurur ki, bünövrəsi sən olursan. Ağac yerə kök atan kimi ürəyindən güc alır. Sən onunla, o səninlə bütöv bir "mən" olursan.
Hara getsən, səninlədir. Tənhalığın belə onsuz tənha qalıb darıxmasını istəyirsən. Addımını basmağa yer tapmadığın izdihamda çiynindəki canın yenə səninlədir, səndədir.
İndiyədək onsuz necə yaşamışam? Yəqin onsuz çox qəribə məxluqmuşam. Bəlkə cansız-qansız ən sadə bir əşyaymışam?
Kimsə məni qaynar odda əzab çəkən qazan görüb, kiminçünsə cırıldayan dəmir qapı olmuşam.
Mənə qalsa, şəffaf şərab qabı olardım. Boğazıma qədər dolu al qanımı ətri, dadı ilə öz rəngində hər yanımdan keçənə, hər gözümdən içənə göstərərdim. Və hamını sərxoş edib özüm ayıq gəzərdim.
Amma indi durum daha qəlizdir. İndi sanki mən məsciddə sərxoşam. İçimdəki vicdan yükü çiynimdəki eşq yükündən iki dəfə yüngüldür. Mən onunla üfunətli çirkablarda məhəbbət simfoniyası oxumağa məcburam.
Yükün səndən güc aldıqca sən altında səhra qumuna dönüb çat atırsan. Bir gün onu daşımaqda aciz qalıb canına min can sığan gənc torpağa tapşırırsan.
Yolun uzun, vaxtın qısa... Mənzilinə qayıdırsan. Ac yuxusuzluq çökür haldan düşmüş gözlərinə.
Bəlkə də bir əbədiyyət yuxusu yatıb bir baharda oyanırsan. Hər yan firuzə, hava nərgiz, amma yenə yarımsan.
Hüceyrəmdən oyanmaqçün nəyim çatmır görəsən? Çiynimdəki yük yerim bomboş qalıb deyəsən.
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO
-
ABŞ08:24"Green card" almaq istəyənlərə pis xəbər - 100 min dollar təminat tələb ediləcək
-
ABŞ05:15Vensdən İran və İsraillə bağlı gözlənilməz etiraflar
-
Dünya02:44O da vəzifəsindən ayrılır
-
Region02:18ABŞ hücum etdi, İranda bir gündə 35 nəfər öldü
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq












.jpg)






.jpg)




















