Köşə
Bir ilə sığdıra bilmədiyim 1 il
Leyla Sarabi
Bir ilə sığdıra bilmədiyim 1 il.
Rutin vərdişlərimi ən çox sevdiyim səhifələrimdə gizlədib, içində yarpaq-yarpaq əlfəcinlə yaddaşımın rəfinə qoydum. Əlim çatsa, açıb oxuyaram bəlkə. Qaçmadığım, qovmadığım, ən susqun vaxtımda...
1 gündə iki paralel dünyanı dolaşıb, gecə yatağımda özümə qovuşdum. Tələskənliyimi simiclik etmədən bədənimə bağışladım. Uşaqlığımın mehriban xatirələrini insan şəklində torpağın altına basdırdım. Xəstəliyin amansız, adamların vəfasız, kinoların duyğusuz olduğuna 2021 dəfə əmin oldum.
Məsələn, burnuma sevdiyim ətirləri düzən mahnılarla bölüşmədim əhvalımı. Sökük-tökük boşluğumu sıfırdan yüksəltməyə can atmadım. Əlimdə olan pozitivi həmin ovalın içinə doldurmağa başladım. Sağ əlimlə göz yaşımı silib, digəri ilə növbəti qapını açdım. Orqanizm adlı sistemin bütün funksiyalarına özü bəs etdiyini anladım. Tez-tez içimdəki can bədənimin qəlibindən çıxıb, taaa ucqarlara uçdu. Özümü lap uzaqdan çağırıb oyatmağı öyrəndim.
Dupdurulub nəfəsimdən içimə axdım. Ən dar macalımda zamanın başını qatıb, mədəmi dondurmayla isitdim.
Özümü çox sevdim. Bədənimin bütün künc-bucağı ilə doğmalaşdım. Cıdır düzünün doğma küləyinə qarışdım, muzeylərdə qadağan olunmuş eksponatların fotolarını çəkib müqəddəs günah girdabına girdim, yeni pendir və kofe dadları kəşf etdim.
Təkcənə kafelərdə oturub, duyğularımın savaşını susdurdum, gözümün yaşında çimdim, ciyərlərimin lap dibindən güldüm. Kafkanın dünyasından müvəqqəti boşandım, ən dərin saydıqlarım gözümdə adiləşdi. Enerjimi yadların xatirəsindən qoparıb, gövdəmə səpdim. Doğmalarımı möhkəm qucaqladım.
Özümə kiçik və böyük hədiyyələr etdim. Çünki mənə görə bayram özünə yetindiyin məqamdan qeyri bir şey deyil. Güc deponu bəsləməkdir. Tarix, saat fərq etməz...
Unutma, oksigen nəfəsliyini öncə özün geyinməlisən.
-
Kriminal20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ
-
MDB14:45Rusiyada səfərbərliyə hazırlıq testi keçirilir - Nə baş verir?
-
Rəsmi xronika13:38İlham Əliyevin sosial media hesablarında Buxaraya getməsinə dair video paylaşıldı
-
Region13:01Paşinyandan Aİ ilə bağlı gözlənilməz qərar: Ermənistan üzvlük üçün müraciətə başlayır





















.jpg)

.jpg)














