Köşə
Əcdadlarımızın gizli möcüzəsi
Yaxşı ki, insan həyatında bayram anlayışı var. Ən yorğun günlərdən, aylardan sonra dönüb dolaşan il başında fikirlərdən arındığın bayram günü. Səni günəşin maksimal enerjisinə hazırlayan çərşənbələr. İstəyirsən, adına çərşənbə yox, şənbə de, yenə də missiya dəyişmir.
Əslində böyüdükcə, oxuduğun kitablara inad, bəlkə də elə o kitablardakı incilərə söykənib, öz fəlsəfəni cücərdirsən. Mən inanıram ki, bizdən əsrlər, eralar öncə var olanların əlinə su tökməyə yaramır ağlımız. Əsla, primitiv cərrahiyə əməliyyatlarını, palçığını yadplanetlilərin yapdığı tikililəri, qalaq-qalaq traktatları nəzərdə tutmuram. Mən qədim insanın ruhunu məndən mahir doyura bildiyinə əminəm. Cəmi bir saat kəsilən internet məni havasız, susuz qoyduğu halda, imkanları mənə rəğmən maksimal şəkildə məhdud əcdadlarım qarşılarına çıxan xəstəlikələrə, vaxtsız ölümlərə, qəfil qapısını döyən bəlalara, həddən artıq soyuğa, dərisini qovuran istiyə meydan oxumaqla qalmayıb, hələ bütöv kainatı diri saxlayan inanclar, ruhunu su kimi təmizləyən ayinlər, xoşbəxtlik ipi kimi uzanan bayramlar yaradıblar.
Məsələn, bu gün məni 1 həftəlik tanımadığım dağın ətəyində mağaraya həbs etsələr, "burada yaşa, təpədən dırnağa var ol, ocağını qoru, hələ üstəlik özündən şənlik icad edib qərinələrin hecalarından ötür" desələr, beynimin damarlarında qanım donar. Bəlkə də mən bu gün daha ali məqsədlər üçün vuruşduğumu zənn edirəm. Elmi texnologiyaya qatıb, şəkərbura naxışından da estetik hesablamalar apardığıma əminəm. Bəs səhərin işığını ayın ayağına calayıb, kirpik arasında sıxışdırıdığım ömrümün hansı məqamında mağaramda özümlə qayğısız, gileysiz tək qalmışam? Texnoloji fəallığımı hünər sayıb, ayağımı ən son dəbə dirəməyə çalışan mən 5 nəfərin həyatını eyni anda bayrama bulaya bilmişəmmi? Nə istəyirsən düşün, amma biz elə kələ-kötür əcdadlarımızın simasında hər şeyin əslini itirmişik.
Zaman vücudumuzu yonub təraşladıqca, duyğularımız da çərçivəyə sığışıb. Necə ki, bu gün estetik əməliyyatla eyniləşən, bir-birinin burnunu, dodağını, bədənini öz əyninə geyindirənlərin ruhu inkubatorlaşırsa, biz də tərəqqi saydığımız hər şeyin köləsinə çevrilmişik.
Əslində sonsuz mistikadır yanan ocağın dalğalarını izləmək, bayram gecəsindən gələcəyə dair proqnoz ummaq. Genetik yaddaşından heç bir estetik cərrahın silə bilməyəcəyi möhürdür bayram adətlərinə ürəkdən inanmaq. Bəlkə də həqiqətən 124 min peyğəmbər gəlib bu dünyaya. Bəlkə də dimdikıərindəki bir damcı su olmasaydı, bu gün hər yer səhraya bürünərdi?! Bəlkə də elə torpaqla birgə içimizdəki peyğəmbəri də oyatmağın zamanıdır. Yeni din gətirməsə də, savaşların üstünə bir damcı sülh səpsin.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar















.jpg)























